Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-89/2025 22.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və əldən çıxmış fayda” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 3185 manat, itirilən qazanca görə 1500 manat və ödənilən dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 07 iyun 2023-cü il tarixində saat 09:30 radələrində Bakı-Qazax Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 94-cü km-də Cavabdeh idarə etdiyi Vaz 21063 markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qazax istiqamətində hərəkətdə olan vaxtı yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək sükan arxasında yuxulamış və nəticədə arxa tərəfdən ona məxsus Kamaz-5511 markalı ** BJ *** nömrə nişanlı avtomobilə toqquşmuşdur. Baş vermiş hadisə barəsində araşdırma aparılmış və cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. İmişli Vaz təmir stansiyası tərəfindən verilmiş akta əsasən sözü gedən yol nəqliyat hadisəsi nəticəsində onun avtomobilinə 3185 manat ziyan dəymişdir. O, dəfələrlə cavabdehdən ona dəymiş ziyanı ödəməsini xahiş etsə də o, ziyanı ödəmir. Bununla yanaşı o, sözü gedən Kamaz markalı nəqliyyat vasitəsi ilə yük daşıyaraq ayda 800 mantdan çox qazanc əldə edirmiş, hazırkı halda cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomobilindən istifadə edə bilmədiyi üçün mən 1500 mantdan çox qazanc itrmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir, iddiaçının “Kamaz” yük avtomobilinə 3185 manat ziyan dəyməsi mümkün deyil. Məhkəmə iclasında iddiaçı Cavabdeh vəkili X3 bildirdi ki, minik avtomobilinin “Kamaz” markalı yük avtomobilinə bu qədər zərər verməsi mümkün deyil. Tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bİ Tİ YNHDİ İstintaq və Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərardan görünür ki: 07 iyun 2023-cü il tarixdə saat 09-30 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 94-cü km-də Cavabdeh oglu idarə etdiyi «Vaz- 21063» markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan İddiaçı oglunun idarə etdiyi Kamaz-5511 markalı ** BJ *** nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə Vaz-21063 markalı avtomaşında olan sərnişin X4 TTYS-na müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmışdır. Material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 244 N-li rəyindən görünür ki, X2 müayinəsi zamanı onun bədəni üzərində aşkar olunmuş xəsarətlər küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 07 iyun 2023cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsine göre sağlamlığa zərər vurmayan xəsarətlər oldugu üçün dərəcəsi təyin edilmir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 07 iyun 2023-cü il tarixdə saat 09- 30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 94-cü kilometrində Cavabdeh oglu idarə etdiyi «Vaz- 21063» markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olan vaxtı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı və öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı oldugu halda, yorgun vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək, sükan arxasında yuxulayaraq, eyni istiqamətdə hərəkətdə olan İddiaçı oglunun idarə etdiyi Kamaz-5511 markalı ** BJ *** nömrə nişanlı avtomaşınla toqquşmasının səbəbkarı olmuşdur. Nəticədə Vaz-21063 markalı avtomaşında olan sərnişin R.Talıbova dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Toplanmış material üzrə sürücü Cavabdeh oglunun əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 maddəsi ilə inzibati cəza tədbiri görülməsi üçün qərarın surəti BDYPİ YPXA-na göndərilmişdir. Mülki işə əlavə olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh 07 iyun 2023-cü il tarixdə saat 09-30 radələrində idarə etdiyi «Vaz- 21063» markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 40 manat cərimə tətbiq edilmişdir. Mülki işə əlavə edilmiş "İmişli Vaz Təmir Stansiyası” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, "Mercedec 5511" markalı, 30BJ334 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər cəmi 3185 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9\151 saylı xx.xx.2024-cü il tarixli Ekspert Rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktı məlumatlarına əsasən "Kamaz-5511" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir- bərpa xərci təxminən 2535,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti - 2265.00 manat, - təmir-bərpa işlərinin qiyməti -270,00 manat- hesblanmışdır. (Aparılmış tədqiqatın dəyəri 50 manat) Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 79 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 07 iyun 2023-cü il tarixdə saat 09- 30 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən 94-cü km-də Cavabdeh oglu idarə etdiyi «Vaz- 21063» markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan İddiaçı oglunun idarə etdiyi Kamaz-5511 markalı ** BJ *** nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Faktla bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, 07 iyun 2023-cü il tarixdə saat 09-30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 94-cü kilometrində Cavabdeh oglu idarə etdiyi «Vaz- 21063» markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olan vaxtı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı və öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı oldugu halda, yorgun vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək, sükan arxasında yuxulayaraq, eyni istiqamətdə hərəkətdə olan İddiaçı oglunun idarə etdiyi Kamaz-5511 markalı ** BJ *** nömrə nişanlı avtomaşınla toqquşmasının səbəbkarı olmuşdur. Nəticədə Vaz-21063 markalı avtomaşında olan sərnişin R.Talıbova dərəcəsi təyin edilməyən bədən xəsarəti almışdır. Bİ Tİ YNHDİ İstintaq və Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarı ilə toplanmış material üzrə sürücü Cavabdeh oglunun əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 maddəsi ilə inzibati cəza tədbiri görülməsi üçün qərarın surəti BDYPİ YPXA-na göndərilmiş və TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat cərimə tətbiq edilmişdir. Hadisə nəticəsində həmçinin iddiaçıya məxsus Kamaz-5511 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə ekpert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qismən təmin olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin 1500 manat əldən çıxmış fayda hissəsində iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 79 manat məbləğində rüsumunun iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 43,35 manatı Cavabdeh oğundan alınaraq İddiaçı ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh oğundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh oğundan 2535 (iki min beş yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 43,35 manat məbləğində dövlət rüsumu Cavabdeh oğundan alınaraq İddiaçı ödənilsin. Ekspertiz tədqiqatının dəyəri 50 manat Cavabdeh oğundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-89/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-89/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver