Məhkəmə qərarları › İş №2(021)-895/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-895/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-895/2021 03.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 773,24 manat, faiz borcu üzrə 17,62 manat borcları olmaqla, cəmi 790,86 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında 17 oktyabr 2019-cu il tarixdə bağlanmış BakRest-133 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, cəmi 794,62 manat məbləğində qalıq əsas kredit borcu Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanının icrasının təmin edilməsi məqsədi ilə restrukturizasiya edilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə möhlət müddəti ərzində hər ay orta hesabla 0,66 manat möhlət müddəti bitdikdən sonra 16,89 manat və sonuncu ödənişi isə 17,11 manat olmaqla, cəmi 818,86 manat məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər 21,38 manat əsas və 6,62 manat faiz borcu olmaqla, cəmi 28,00 manat ödəniş etmişdir. Lakin borclu bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmasına baxmayaraq, yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, borclu kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faiz və krediti ödəmədiyi təqdirdə, borclu kreditorun xeyrinə gecikdirilmiş əsas məbləği və müqavilə faizi ödəməyə borcludur. Belə ki, 18 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borclu bu günə əsas borc üzrə 773,24 manat, faiz borcu üzrə 17,62 manat olmaqla, cəmi 790,86 manat məbləğində borcu yaranmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKR "xxxx" MMC ilə Cavabdeh2 arasında 17 oktyabr 2019-cu il tarixində ZM-BakRest-133-1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin, müqavilənin və onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, onlara bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazlarının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə iddiaçı BOKT "xxxx" MMC arasında bağlanmış 17 oktyabr 2019-cu il tarixli, BakRest-133 saylı kredit (Restrukturizasiya) müqaviləsinin surətindən müəyyən olunur ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış bu müqavilə ilə borclunun illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, cəmi 794,62 manat məbləğində qalıq əsas kredit borcu Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanının icrasının təmin edilməsi məqsədi ilə restrukturizasiya edilmişdir. İş materiallarında olan 17 oktyabr 2019-cu il tarixli ZMBakRest-133-1 saylı zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, bu müqavilə Azərbaycan respublikasının Prezidentinin “Azərbaycan respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə kreditor ilə borcalan arasında bağlanan 17 oktyabr 2019-cu il tarixli BakRest-133 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən kreditor tərəfindən birbaşa, yəni borcluya ödənilmədən borclu Cavabdeh1 vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilən kredit məbləği üçün nəzərdə tutulmuş öhdəliklərə görə kreditor qarşısında zamin və borclunun birgə məsuliyyətinin əsaslarını müəyyən edir. -Zamin Kreditor qarşısında borclunun 17 oktyabr 2019-cu il tarixli Bakrest-133 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. İş materiallarında olan 18 yanvar 2021-ci il tarixli 120/QK saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 17 oktyabr 2019-cu il tarixli, BakRest-133 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən 18 yanvar 2021-ci il tarixə 773,24 manat əsas, 17,62 manat faiz olmaqla cəmi 790,86 manat məbləğində borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından müəyyən olunur ki, BOKT "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, BOKT "xxxx" MMC ilə borclu Cavabdeh1 arasında 17 oktyabr 2019-cu il tarixdə bağlanmış BakRest-133 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, 12 ay güzəşt müddəti olmaqla, cəmi 794,62 manat məbləğində qalıq əsas kredit borcu Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanının icrasının təmin edilməsi məqsədi ilə restrukturizasiya edilmişdir. Borclu müqavilənin şərtlərini vaxtında icra etmədiyindən, hazırda onun 773,24 manat əsas, 17,62 manat faiz borcu olmaqla cəmi 790,86 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 17 oktyabr 2019-cu il tarixdə bağlanmış BakRest-133 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən 773,24 manat əsas, 17,62 manat faiz borcu olmaqla cəmi 790,86 manat borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 17 oktyabr 2019-cu il tarixli BakRest-133 saylı kredit (Restrukturizasiya) müqaviləsi üzrə yaranmış 773,24 manat əsas, 17,62 manat faiz borcu olmaqla cəmi 790,86 manat borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor BOKT "xxxx" MMC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 17 oktyabr 2019-cu il tarixli BakRest-133 saylı kredit (Restrukturizasiya) müqaviləsi üzrə 773,24 manat əsas, 17,62 manat faiz borcu olmaqla cəmi 790,86 manat borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ : İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 773,24 manat əsas, 17,62 manat faiz borcu olmaqla cəmi 790,86 (yeddi yüz doxsan manat səksən altı qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar