Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-9/2022 06.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı BOKT “X7” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı BOKT “X7” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X7» MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 1285.16 ABŞ dolları məbləğində əsas borc, 591.39 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, 3.13 ABŞ dolları məbləğində cərimə borcu, 96.92 ABŞ dolları əldən çıxmış fayda, cəmi 1976.60 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 20.40 manat dövlət rüsumunun müştərək qaydada alınaraq BOKT “X7” MMC-nə verilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(021)1958/2018 saylı məhkəmə əmri ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 1285.16 ABŞ dolları məbləğində əsas borc, 591.39 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, 3.13 ABŞ dolları məbləğində cərimə borcu, 96.92 ABŞ dolları əldən çıxmış fayda, cəmi 1976.60 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 20.40 manat dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilatı «X7» MMC-nə ödənilməsi qərara alınmışdır. Borclu Cavabdeh1 Bərdə Rayon Məhkəməsinin 2(021)-1958/2018 saylı, 21 fevral 2018ci il tarixli məhkəmə əmrinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(021)-1958/2018 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-1958/2018 saylı, 21 fevral 2018-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı «X7» MMC iddia tələbini onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 Rəşid oğlu 19 avqust 2015-ci il tarixdə bank olmayan kredit təşkilatı “X7” MMC-nin Bərdə filalına kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla tələbkar təşkilat arasında 19 avqust 2015-ci il tarixli L- AG/0038892-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclu, illik 29 % olmaqla 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində şəxsi ehtiyac məqsədi ilə kredit almışdır. Həmin tarixdə kreditin ödənilməsinin təminatı məqsədi ilə borclunun Cavabdeh2 və Cavabdeh3 Elxan oğlu ilə 19 avqust 2015-ci il tarixli L- AG/0038892-F saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, borclular tərəfindən 1500 ABŞ dolları məbləğində əsas borcdan 214.84 ABŞ dolları, hesablanmış faiz borcu 163.43 ABŞ dolları, cərimə borcu 193.14 ABŞ dolları, ümumilikdə cəmi 571.41 ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Beləliklə hal-hazırda borcluların təşkilata ödənilməmiş 1285.16 ABŞ dolları məbləğində əsas borcu, 591.39 ABŞ dolları məbləğində hesablanmış faiz borcu,3.13 ABŞ dolları cərimə borcu, 96.92 ABŞ dolları əldən çıxmış fayda, cəmi 1976.60 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Daha sonra iddiaçı Bank Olmayan Kredit Təşkilatı «X7» MMC-nin nümayəndəsi məhkəmə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı «X7» MMC-nə 831,57 ABŞ dolları məbləğində əsas borcun, 445,38 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 1276,95 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumu 20.40 AZN alınaraq təşkilata ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı “X7” MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafə edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19 avqust 2015-ci il tarixli, L-AG/0038892-F nömrəli kredit müqaviləsinin surətindən müəyyən olunur ki, bank Borcluya 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilməsinə, Borclunun isə kredit qəbul etməsinə, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kreditə görə hesablanmış faizləri Kreditora qaytarmasına dair borc pul öhdəliyidir. İş materiallarında olan 19 avqust 2015-ci il tarixli, L-AG/0038892-F nömrəli zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, bank olmayan kredit təşkilatı “X7” MMC tərəfindən verilən kreditlə bağlı Borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək Cavabdeh2 və X5 Kreditor qarşısında Borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür. İş materiallarında olan 10 yanvar 2018-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, cavabdeh Cavabdeh1 Vaqif oğlunun 19 avqust 2015-ci il tarixli, L-AG/0038892-F saylı kredit müqaviləsi üzrə iddiaçıya 1285.16 ABŞ dolları məbləğində əsas borc, 591.39 ABŞ dolları məbləğində hesablanmış faiz borcu, 3.13 ABŞ dolları məbləğində cərimə borcu, 96.92 ABŞ dolları əldən çıxmış fayda, cəmi 1976.60 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan iddia həcminin azaldılması barədə ərizədən müəyyən olunur ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı «X7» MMC-nə 831,57 ABŞ dolları məbləğində əsas borcun, 445,38 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 1276,95 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 831,57 ABŞ dolları məbləğində əsas borcun, 445,38 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 1276,95 ABŞ dolları məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 19 avqust 2015-ci il tarixli, L- AG/0038892-F saylı kredit müqaviləsi üzrə yaranmış 831,57 ABŞ dolları məbləğində əsas borcun, 445,38 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 1276,95 ABŞ dolları məbləğində borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 kreditor «X7» MMC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 20.40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı Bank olmayan kredit təşkilatı «X7» MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ : İddiaçı BOKT “X7” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 831,57 ABŞ dolları məbləğində əsas borcun, 445,38 ABŞ dolları məbləğində faiz borcu olmaqla cəmi 1276,95 ABŞ dolları (min iki yüz yetmiş altı dollar doxsan beş sent) məbləğində kredit borcu və ödənilmiş 20.40 manat (iyirmi manat qırx qəpik) dövlət rüsumu tutularaq iddiaçı BOKT “X7” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-9/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-9/2022
06.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver