Məhkəmə qərarları › İş №2(021)-92/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-92/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-92/2024 28.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X45 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı, üçüncü şəxs Maraqlı şəxs ASC olmaqla, “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə əldə etdikləri kredit müqavilələri üzrə 515000 (beş yüz on beş min) manat pul vəsaitinin ½ hissəsinin, yəni 257500 (iki yüz əlli yeddi min beş yüz) manat məbləğində pulun və ödənilmiş 550 (beş yüz əlli) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X33 və xx.xx.2019-cu il təvəllüdlü X20 adlı övladları anadan olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(021)-1058/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Avtomaşın alveri ilə məşğul olub ailəsini dolandırmışdır. Bu məqsədlə Cavabdeh ilə birgə nikah dövründə olan zaman Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialından xx.xx.2021-ci il tarixli, 12-BİZ-1 -0-7- 21(K) saylı kredit müqaviləsinə əsasən - 100.000 (bir yüz min) manat, xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(K2) saylı kredit müqaviləsinə əsasən - 15.000 (on beş min) manat, xx.xx.2021-ci il tarixli 12-BİZ-1-0-7-21/3 saylı kredit müqaviləsinə əsasən - 200.000 (iki yüz min) manat, xx.xx.2022-ci il tarixli, 12-BİZ-1-0-7- 21/4 saylı kredit müqaviləsinə əsasən - 160.000 (bir yüz altmış min) manat və xx.xx.2022ci il tarixli, 12-BİZ-1-0-7- 21(K2) saylı kredit müqaviləsinə əsasən - 40.000 (qırx min) manat olmaqla, ümumilikdə 515.000 (beş yüz on beş min) manat kredit götürmüşdür. Götürülmüş kredit məbləğlərini avtomaşın alverindən əldə etdiyi qazanc hesabına qrafikə uyğun olaraq vaxtında ödəyir. Bu günlərdə Cavabdeh ona qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddia qaldırmışdır. Həmin işə baxılarkən bildirmişdir ki, avtomaşın alveri ilə məşğul olur və həmin avtomaşınları başqa-başqa şəxslərə kreditlə satır. Onlar maşına görə ona borclu olduqları pulu ödəyib qurtaranadək maşınlar onun adında qalır və həmin şəxslərə etibarnamə verir, ona olan borclarını ödədikdən sonra maşını həmin şəxslərin adlarına keçirir. Bu səbəbdəndir ki, ona borclu olduqları pulu ödəyib qurtarmadıqlarından və o banklara olan borcunu hər ay hissə-hissə qaytardığından avtomaşınlar onun mülkiyyətində qalmışdır. Ancaq Cavabdeh avtomaşınların onun mülkiyyətində qalmasından sui-istifadə edib ona qarşı qərəzli iddia qaldırmışdır. Qeyd etməyi zəruri hesab edir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2076/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı, üçüncü şəxslər X13, X28, X10, X14 və qeyrilərinə qarşı “birgə nikah dövründə əldə olunmuş avtomobillərə iddiaçının ½ pay hüququnun tanınması, birgə nikah dövründə əldə olunmuş avtomobillərin başqa şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və etibarsız hesab olunmuş alqı-satqı müqaviləsi üzrə avtomobillərə münasibətdə pay hüququnun tanınması, Bərdə rayon Şorəlli kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinə pay hüququnun tanınması" tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə əsasən VAZ 21063 minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı, VAZ 21011 minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı , VAZ 21013 minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı, VAZ 21063 minik markalı 60 ВТ 113 dövlət qeydiyyat nişanlı, VAZ 21013 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı, VAZ 2109 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero İO minik markalı ** UK *** dövlət qeydiyyat nişanlı, VAZ 21063 minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillərə iddiaçı Cavabdeh ½ pay hüququnun tanınması, İddiaçı ilə X29 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Range Rower VOGUE minik markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli Toyota Camry minik markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli BMW-5301 minik markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli Mercedes Benz E 270 CDİ minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21061 minik markalı 09 ВТ 563 dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-Cİ il tarixli VAZ 21061 minik markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli X51 yük markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli Mercedes Benz E 220 CDİ minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022- ci il tarixli VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21723 minik markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21074 minik markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21074 minik markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli Ford Transit yük markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqavilələri etibarsız hesab olunmuş və həmin avtomobillərə iddiaçı Cavabdeh ½ pay hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin qətnamənin məzmunundan görünür ki, birgə nikah dövründə onun mülkiyyətində olan avtomaşınların ½ hissəsinə Cavabdeh pay hüququ tanınmışdır. Belə olan halda isə təqdim etdiyi bank kredit müqavilələri üzrə yaranmış öhdəlyinin də ½ hissəsinə Cavabdeh öhdəliyi yaranmalıdır. Sadalananlara əsasən hesab edir ki, birgə nikah dövründə əldə etdikləri kredit öhdəliyinin ½ hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək həmin kredit müqavilələri üzrə faiz məbləğlərinin də cavabdehlə aralarında bölünərək, Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmədə Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi tələbinə dair iddia qaldırmışdır. Cavabdeh ilə birgə nikah dövründə olan zaman “Yelo bank" Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialından - xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-1(K) saylı kredit müqaviləsinə əsasən - 100.000 (bir yüz min) manat, xx.xx.2021 -ci il tarixli, 12-BİZ-1 -0-7-21 (K2) saylı kredit müqaviləsinə əsasən - 15.000 (on beş min) manat, xx.xx.2021-ci il tarixli 12-BİZ-1 - 0-7-21/3 saylı kredit müqaviləsinə əsasən - 200.000 (iki yüz min) manat, xx.xx.2022-ci il tarixli, 12-BİZ-1-0-7-21/4 saylı kredit müqaviləsinə əsasən - 160.000 (bir yüz altmış min) manat və xx.xx.2022-ci il tarixli, 12-BİZ-1 -0-7- 1(K2.) saylı kredit müqviləsinə əsasən - 40.000 (qırx min) manat olmaqla, ümumilikdə 515.000 (beş yüz on beş min) manat kredit götürmüşdür. Götürülmüş məbləğləri avtomaşın alverindən əldə etdiyi qazanc hesabına qrafikə uyğun olaraq vaxtında ödəyir. Həmin kredit müqavilələri üzrə ümumilikdə xx.xx.2021-ci il tarixli, 12-BİZ-1 -0-7- 1(K) saylı kredit müqaviləsinə əsasən - 100.000 (bir yüz min) manata görə 8309,97 manat, xx.xx.2021-ci il tarixli, 12-BİZ-1 -0-7-21 (K2) saylı kredit müqaviləsinə əsasən - 15.000 (on beş min) manata görə 2010,79 manat, xx.xx.2021-ci il tarixli, 12-BİZ-1 -0-7-21/3 saylı kredit müqaviləsinə əsasən - 200.000 (iki üz min) manat üzrə 34287,66 manat, xx.xx.2022-ci il tarixli, 12-BİZ-1-0-7-21/4 saylı kredit müqaviləsinə əsasən - 160.000 (bir yüz altmış min) manat üzrə 12843,28 manat, xx.xx.2022-ci il tarixli, 12-BİZ-1 -0-7- 1(K2.) saylı kredit müqaviləsinə əsasən - 40.000 (qırx min) manat üzrə 3210,79 manat faiz ödəmişdir. İddia ərizəsində qeyd etdiyi kimi həmin dövrdə cavabdehlə birlikdə yaşamış, lakin cavabdeh həmin faiz məbləğinin ödənilməsində iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, götürdüyü kreditlərdən cavabdehin məlumatı olmuşdur. Kredit götürərkən qardaşları və anası ona zamin olmuşlar, cavabdeh isə şəxsən zamin olmasa da, götürülən kreditlərdən məlumatlı olmuşdur. Belə ki, həmin kredit məbləğləri ilə ailənin yeganə dolanışacaq mənbəyi olan avtomaşın alveri işini qurmuş, cavabdeh isə arvadı olduğuna görə bütün bu işlərin tam olaraq içində olmuş və baş verənləri bilmişdir. Sözügedən kredit məbləğləri hesabına alıb satdığı avtomobillərə boşandıqdan sonra keçmiş arvadının iddiası əsasında sonuncunun ½ pay hüququnun tanınması haqqında məhkəmə qətnaməsi çıxmışdır. Ona görə də hesab edir ki, birgə nikah dövründə əldə etdikləri kredit öhdəliyinin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsini tələb etməyə haqqı çatır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil İddiaçı göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X3 iddianı qəbul etməyərək göstərdi ki, cavabdehin götürülən kreditlərdən məlumatı olmamış, kredit məbləğlərinin bankdan götürülməsində heç bir rolu olmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs Maraqlı şəxs ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Bərdə rayonu Şorəlli kəndində anadan olmuşdur, Bərdə rayonu Şorəlli kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 dekabr 2022-ci il tarixli, 1531 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Şorəlli kəndində yaşayır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Bərdə rayonu Hüseynbəyli kəndində anadan olmuşdur, Bərdə rayonu Hüseynbəyli kəndində qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 yanvar 2015-ci il tarixli, AZ-İİ ******* nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 21 yanvar 2015ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində 18 nömrə ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Həsənova soyadı verilmişdir. Bərdə Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(021)-1058/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 21 oktyabr 2015-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 18 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 05 noyabr 2015-ci ildə anadan olmuş X15 və 01 yanvar 2019-cu ildə anadan olmuş X6 iddiaçı Cavabdeh himayəsində qalması, 05 noyabr 2015-ci ildə anadan olmuş X15 və 01 yanvar 2019-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı 19 iyul 2022-ci ildən başlayaraq ayda hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat miqdarında aliment alınaraq iddiaçı Cavabdeh verilməsi, cavabdeh İddiaçı dövlət rüsumu hesabına 56 (əlli altı) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı 120 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 200000 (iki yüz min) manat həcmində kredit limiti ayrılmışdır. Kreditin təminatı: -X29 tərəfindən verilən zaminlik (xx.xx.2021-ci il tarixli 12-BİZ-1-0-7-21(Z2)); -İddiaçı məxsus olan daşınar əmlakın girovu: Daşınar əmlak-dövriyyədə olan vasitələr (xx.xx.2021-ci il tarixli 12-BİZ-1-0-7-21(G1) nömrəli müqavilə); -X16 tərəfindən verilən zaminlik (xx.xx.2021-ci il tarixli 12-BİZ-1-0-7-21(Z3)); -X34 tərəfindən verilən zaminlik (xx.xx.2021-ci il tarixli 12-BİZ-1-0-7-21(Z1)); -Bərdə rayonu Şorəlli kəndində ünvanında yerləşən və X11 məxsus olan fərdi yaşayış evi ipotekası (xx.xx.2021-ci il tarixli 12-BİZ-1-0-7-21(İ) nömrəli müqavilə); xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(K) nömrəli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı əsas və dövriyyə vəsaitlərinin artırılması məqsədilə, 12 ay müddətinə, illik 15,96 faiz dərəcəsi ilə 100000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(K) saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(K) saylı kredit müqaviləsi üzrə 8309,97 (səkkiz min üç yüz doqquz manat 97 qəpik) manat məbləğində faiz borcu hesablanmışdır. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(K2) nömrəli kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı əsas vəsaitlərinin artırılması məqsədilə, 18 ay müddətinə, illik 17,34 faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(K2) saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(K2) saylı kredit müqaviləsi üzrə 2010,79 (iki min on manat 79 qəpik) manat məbləğində faiz borcu hesablanmışdır. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21/3 nömrəli Razılaşmadan (kredit verilməsinə dair) görünür ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı əsas vəsaitlərin artırılması və cari kreditin bağlanılması məqsədilə, 24 ay müddətinə, illik 15,5 faiz dərəcəsi ilə 200 000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21/3 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli 12-BİZ-1-0-7-21/3 saylı kredit müqaviləsi üzrə 34287,66 (otuz dörd min iki yüz səksən yeddi manat 66 qəpik) manat məbləğində faiz borcu hesablanmışdır. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(G1) nömrəli girov müqaviləsindən görünür ki, Girov qoyan-İddiaçı mülkiyyət hüququ ilə ona məxsus dövriyyədə olan 100000 (bir yüz min) manat dəyərində telefon və telefon aksesuarlarını xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0- 7-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi Girov saxlayan Maraqlı şəxs ASC-yə girova verir. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(Z3) nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 24 fevral 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan İddiaçı tərəfindən kreditor Maraqlı şəxs ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra edilməsi üçün məsuliyyəti zamin X16 öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(Z2) nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 24 fevral 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə üzrə bankdan kredit götürmüş borcalan İddiaçı tərəfindən kreditor Maraqlı şəxs ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra edilməsi üçün məsuliyyəti zamin X29 öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(Z1) nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 24 fevral 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan İddiaçı tərəfindən kreditor Maraqlı şəxs ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra edilməsi üçün məsuliyyəti zamin X34 öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, Z/07007/21 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 24 fevral 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan İddiaçı tərəfindən kreditor Maraqlı şəxs ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin X35 öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21(İ) nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan X16 mülkiyyət hüququ ilə ona məxsus olan və Bərdə rayonu Şorəlli kəndində yerləşən, ümumi birgə mülkiyyət hüququ ilə X7, İddiaçı, X21 və X13 məxsus olan ümumilikdə 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 292,9 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini kreditor Maraqlı şəxs ASC ilə borcalan İddiaçı arasında Bərdə şəhərində bağlanmış xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir. xx.xx.2021-ci il tarixli, DA/00637/21 nömrəli İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan X35 mülkiyyət hüququ ilə ona məxsus olan və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipotekası: ümumi sahəsi 130,4 m2, yaşayış sahəsi 76,8 m2, yardımçı sahə 53,6 m2, 3 otaqlı fərdi yaşayış evi kreditor-Maraqlı şəxs ASC ilə borcalan-İddiaçı arasında Bərdə şəhərində bağlanmış xx.xx.2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verir. xx.xx.2022-ci il tarixli, 12-BİZ-1-0-7-21/4 nömrəli Razılaşmadan (Kredit verilməsinə dair) görünür ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı dövriyyə və əsas vəsaitlərin artırılması və Maraqlı şəxs ASC-də olan cari kreditin bağlanması məqsədilə, 12 ay müddətinə, illik 14,5 faiz dərəcəsi ilə 160000 (bir yüz altmış min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 12-BİZ-1-0-7-21/5 nömrəli Razılaşmadan (Kredit verilməsinə dair) görünür ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı dövriyyə və əsas vəsaitlərin artırılması məqsədilə, 12 ay müddətinə, illik 14,5 faiz dərəcəsi ilə 40000 (qırx min) manat məbləğində kredit verilmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-2076/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Nizami oğluna, üçüncü şəxslər X13, X28, X10, X14, X30, X22, X23, X31, X24, X32, X4, X8, X17, X5, X18, X25, X9 və X26 qarşı “birgə nikah dövründə əldə olunmuş avtomobillərə ½ pay hüququnun tanınması, birgə nikah dövründə əldə olunmuş avtomobillərin başqa şəxslərə satılmasına dair alqısatqı müqavilələrinin etibarsız hesab olunması və etibarsız hesab olunmuş alqı-satqı müqaviləsi üzrə avtomobillərə münasibətdə ½ pay hüququnun tanınması, Bərdə rayon Şorəli kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinə pay hüququnun tanınması” tələbinə dair iddiası qismən təmin edilmiş, VAZ 21063 minik markalı ** UF *** dövlət qeydiyyat nişanlı, VAZ 21011 minik markalı ** CC *** dövlət qeydiyyat nişanlı , VAZ 21013 minik markalı ** BC *** dövlət qeydiyyat nişanlı, VAZ 21063 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı, VAZ 21013 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı, VAZ 2109 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı, Mitsubishi Pajero İO minik markalı ** UK *** dövlət qeydiyyat nişanlı, VAZ 21063 minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillərə iddiaçı Cavabdeh 1\2 pay hüququnun tanınması, İddiaçı ilə X29 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Range Rower VOGUE minik markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli Toyota Camry minik markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli BMW-5301 minik markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli Mercedes Benz E 270 CDİ minik markalı ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21061 minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21061 minik markalı ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli X51 yük markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli Mercedes Benz E 220 CDİ minik markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21723 minik markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21074 minik markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli VAZ 21074 minik markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair, xx.xx.2022-ci il tarixli Ford Transit yük markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqavilələrinin etibarsız hesab olunması və həmin avtomobillərə iddiaçı Cavabdeh 1\2 pay hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş dövlət rüsumunun 356.5 manatının iddiaçı Cavabdeh aid edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 210.5 manatının cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməsi, iş üzrə ödənilməmiş 91.5 manat dövlət rüsümunun kəsirinin iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, 6661 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 50 manat məbləğində xidmət haqqı ödəmişdir. 24 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 500 (beş yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 213.1-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 214.1-ci maddəsinə görə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, bərabər sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2015-ci ildə Cavabdeh ilə evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuş, tərəflər aralarında yaranan narazılıqlara görə ayrılmış, nikahları Bərdə Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə, yəni 24 fevral 2021-ci ildə Maraqlı şəxs ASC-dən İddiaçı adına 100000 (bir yüz min) manat məbləğində, 30 aprel 2021-ci ildə 15000 (on beş min) manat məbləğində və 31 avqust 2021-ci ildə 200000 (iki yüz min) manat məbləğində kredit götürmüşlər. 24 fevral 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçıya 8309,97 (səkkiz min üç yüz doqquz manat 97 qəpik) manat məbləğində faiz, 30 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 2010,79 (iki min on manat 79 qəpik) manat məbləğində faiz və 31 avqust 2021-ci il tarixli müqaviləyə əsasən 34287,66 (otuz dörd min iki yüz səksən yeddi manat 66 qəpik) manat məbləğində faiz hesablanmışdır. Göründüyü kimi, tərəflər 315000 (üç yüz on beş min) manat krediti birgə nikah dövründə, əldə etmiş və istifadə etmişlər. Həmin kredit əsas vəsaitlərin artırılması məqsədlə verilmişdir və ailə ehtiyaclarının təmin edilməsinə sərf edilmişdir. Tərəflər arasında olan nikah 19 iyul 2022-ci il tarixdə pozulmuş, kredit borcu iddiaçı tərəfindən ödənilir. Bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.2022-ci il tarixli, 12-BİZ-1-0-7-21/4 saylı razılaşma üzrə götürdükləri 160000 (bir yüz altmış min) manat məbləğində kreditin və xx.xx.2022-ci il tarixli, 12-BİZ-1- 0-7-21/5 saylı razılaşma üzrə götürülmüş 40000 (qırx min) manat məbləğində kreditin də yarı dəyərinin cavabdehdən alınıb ona verilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan kreditlər birgə nikah dövründə əldə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, qeyd edildiyi kimi, tərəflərin nikahı 19 iyul 2022-ci il tarixdə pozulduğundan həmin kreditlər birgə nikah dövründə götürülməmişdir və belə olan halda, iddiaçı birgə nikah dövründə götürülməyən kreditlər üzrə öhdəliyin aralarında bölünməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair iddiası qismən təmin olunmalıdır. Bu, həm də aşağıda qeyd edilənlərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. X19 Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 B nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. İşin hallarından görünür ki, iddiaçı avtomobillərin alqı-satqısı ilə məşğul olmuş, birgə nikah dövründə götürdüyü kreditlərlə avtomobil alıb sataraq əldə etdiyi gəliri ailə ehtiyaclarına sərf etmişdir. İddiaçı avtomobilləri müştərilərinə kreditlə satdığına görə borc ödənilənədək bütün avtomobillər iddiaçının mülkiyyətində saxlanılmış, cavabdeh məhkəmədə iddia qaldıraraq iddiaçının adına qeydiyyatda olan avtomobillərin yarı dəyərini tələb etmiş, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən sözügedən avtomobillərə Cavabdeh ½ pay hüququ tanınmış, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bərdə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının bankdan kredit götürüb aldığı və müxtəlif şəxslərə sataraq gəlir əldə etdiyi avtomobillərin yarı dəyərinə pay hüququ əldə etmişdir. Belə olan halda, iddiaçı tərəfindən birgə nikah dövründə götürüb ailə ehtiyaclartı üçün sərf etdiyi kredit məbləğləri və onlara hesablanmış faizlərin ½ hissəsinin cavabdehdən tələb edilməsi əsaslı və qanunauyğundur. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 469,80 (dörd yüz səksən doqquz manat 80 qəpik) manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xidməti haqqı, cəmi 519,8 (beş yüz on doqquz manat 80 qəpik) manat məbləğində vəsait cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 24 fevral 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 (K) saylı kredit müqaviləsinə əsasən verilmiş 100000 (bir yüz min) manat məbləğində kreditin yarı dəyəri olan 50000 (əlli min) manat və 8309,97 (səkkiz min üç yüz doqquz manat 97 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 4154,98 (dörd min bir yüz əlli dörd manat 98 qəpik) manat; 30 aprel 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21 (K2) saylı kredit müqaviləsinə əsasən verilmiş 15000 (on beş min) manat məbləğində kreditin yarı dəyəri olan 7500 (yeddi min beş yüz) manat və 2010,79 (iki min on manat 79 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 1005,39 (bir min beş manat 39 qəpik) manat; 31 avqust 2021-ci il tarixli, 12-BİZ-1-0-7-21/3 saylı kredit müqaviləsinə dair razılaşmaya əsasən verilmiş 200000 (iki yüz min) manat məbləğində kreditin yarı dəyəri olan 100000 (bir yüz min) manat və 34287,66 (otuz dörd min iki yüz səksən yeddi manat 66 qəpik) manat məbləğində faiz borcunun yarı dəyəri olan 17143,83 (on yeddi min bir yüz qırx üç manat 83 qəpik) manat məbləğində pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 469,80 (dörd yüz altmış doqquz manat 80 qəpik) manat məbləğində dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiya xidməti haqqı olmaqla, cəmi 180324 (bir yüz səksən min üç yüz iyirmi dörd) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar