Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-925/2022 13.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı Qeyri Bank Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Qeyri Bank Kredit X2 Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1n Məhəmmədəli oğlundan və Cavabdeh2 İddiaçı Qeyri Bank Kredit X2 Cəmiyyətinin xeyrinə 1083 AZN əsas, 101.25 AZN faiz, cəmi 1184,25 AZN kredit borcu və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 dekbar 2016-cı il tarixli 2(021)-7784/2016 nömrəli əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1083 AZN əsas, 101.25 AZN faiz, cəmi 1184,25 AZN kredit borcu və 20 manat dövlət rüsumu tutular İddiaçı MMQBKT-nin xeyrinə verilməsi qərara alınmışdır. Borclu Cavabdeh2 10 sentyabr 2021-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 16 dekbar 2016-cı il tarixli 2(021)-7784/2016 nömrəli məhkəmə əmrininin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(021)-7784/2016 nömrəli qərardadı ilə Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(021)- 7784/2016 nömrəli əmrinin ləğv edilməsi barədə vermiş olduğu etiraz təmin edilməmişdir. Borclu Cavabdeh2 məhkəməyə şikayətlə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(021)-7784/2016 saylı qərardadının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-7784/2016 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(021)- 7784/2016 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, mülki iş materialları şikayətə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(104)-4285/2021 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(021)-7784/2016 nömrəli qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-7784/2016 saylı, 28 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və şikayət təkrar baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(021)-7784/2016 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 2(021)-7784/2016 saylı, 16 dekabr 2016-cı il tarixli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatında keçirilmişdir. İddiaçı Finca Azərbaycan” Qeyri Bank Kredit X2 Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Kreditor "xxxx" MMC QBKT ilə borclu Cavabdeh1 arasında 01 sentyabr 2014-cü il tarixində bağlanmış **********4031 saylı kredit müqaviləsinə əsasən, borcluya illik faizs dərəcəsi 37% olmaqla 18 ay müddətində 2400 AZN məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.08 dekabr 2015-ci il tarixində tərəflər arasında sözügedən Kredit müqaviləsinin Restrukturzizasiyanı dair saziş bağlanmış və 1083 AZN məbləğində olan qalıq əsas borun 18% dərəcəsi ilə 13 ay müddətində ödənilməsi üçün yeni ödəniş cədvəli tərtib edilmişdir. Laki cavabdeh dəfələrlə xəbərdar olunmağına dəfələrlə xəbərdar olunmağına baxmayaraq imzalanmış Sazişlə üzərinə götürdüyü öhdəlikləri lazimınca və vaktında yerinə yetirməmiş və bu səbəbdən iddiaçı yaranmış borcu saziş imzalanadək tətbiq olunan şərtlərə uyğun olaraq hesablanmışdır. Belə ki, saziş imzalanadək tətbiq olunan şərtlərə əsasən borcluların bu günə əsas borc üzrə 1083 manat , faiz borcu üzrə 101,25 azn, cəmi 1184,12 manat məbləğində borcu yaranmışdır. Borclular çoxsaylı müraciətlərə baxmayaraq borcu ödəməkdən imtina edirlər. İddiaçı "xxxx" MM QBKT-nın nümayəndəsi məhkəməyə gəlməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlər apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə ki, iş materiallarında olan 01 sentyabr 2014-cü il tarixli, **********4031 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında Cavabdeh1 götürdüyü krediti, müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan zaminlik müqaviləsindən müəyyən olunur ki, FİNCA Azerbaijan” QBKT MMM ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" QBKT MMM məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(021)-925/2022 saylı qərardadı ilə iş üzrə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Aərbaycan Respublikası Ədliyyə Naizrliyi tərəfindən verilmiş 4/869 nömrəli, 28 iyun 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, "xxxx" MM Qeyri Bank Kredit Təşkilatı ilə X1 arasında bağlanmış **********4031 nömrəli 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə “Zamin” qrafasındakı imza- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən Zzaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən Cavabdeh1 1083 AZN əsas, faiz borcu üzrə 101.25 AZN olmaqla cəmi 1184.25 AZN borc iddiaçının xeyrinə tutulmalıdır. İddianın Cavabdeh2 Müsülm oğluna aid hissəsi isə ekspertiza rəyi nəzərə alınmaqla təmin edilməməlidir. Belə ki, Aərbaycan Respublikası Ədliyyə Naizrliyi tərəfindən verilmiş 4/869 nömrəli, 28 iyun 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, "xxxx" MM Qeyri Bank Kredit Təşkilatı ilə X1 arasında bağlanmış **********4031 nömrəli 01 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə “Zamin” qrafasındakı imza- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə müvafiq olaraq, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Qeyri Bank Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 1083 AZN əsas, faiz borcu üzrə 101.25 AZN olmaqla cəmi 1184.25 (min yüz səksən dörd manat iyirmi beş qəpik) AZN borc və 20 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MM QBKT xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-925/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-925/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver