Məhkəmə qərarları › İş №2(021)-929/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-929/2024

22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-929/2024 22.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəmə iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qаrşı “alimentin artırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qаrşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-929/2021 saylı qətnaməsi əsasında Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilən 150 manat ümumilikdə 300 manat olan aliment məbləğinin artırılaraq cavabdehdən hər ay 235 manat ümumilikdə 470 manat alimentin onun xeyrinə tutulmasına dair qətnаmə qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə Ağdam rayon Məhkəməsində baxılmalıdır. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı rəsmi qeydiyyat (yaşayış) ünvanı Ağdam rayonu, Qiyaslı kəndidir, Cavabdeh rəsmi qeydiyyat (yaşayış) ünvanı isə Ağdam rayonu, Şıxlar kəndidir. İş materiallarında olan yaşayış yeri haqqında arayışda isə Ağdam rayonundan məcburi köçkün düşmüş İddiaçı ünvan 3i ünvanında yerləşən məcburi köçkün qəsəbəsi, bina 10, mənzil 7 ünvanında qeydiyyatda olduğu, lakin məskunlaşmadığı qeyd olunmuşdur. Tərəflər arasında bundan əvvəlki iddialara da Ağdam rayon Məhkəməsində baxılması və tərəflərin rəsmi qeydiyyat ünvanlarının Ağdam rayonu olması, alimentin təyini və alimentin miqdarının artırılmasına dair iddiaların iddiaçıların yaşayış yeri üzrə verilə bilməsinin mümkünlüyünə baxmayaraq iş materiallarında olan yaşayış yeri üzrə arayışda iddiaçının Bərdə rayonu Həsənqaya kəndində yerləşən məcburi köçkün qəsəbəsində yalnız qeydiyyatda olması, lakin yaşamaması və məskunlaşmamasını nəzərə alaraq məhkəmə hazırki iddiaya ərazi aidiyyəti üzrə Ağdam rayon Məhkəməsində baxılmasını qanunvericiliyin tələbinə uyğun və doğru hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda ərazi aidiyyəti məsələsi həll edilməli, aidiyyət qaydalarının pozulmasına yol verildiyi nəzərə alınaraq, mülki iş baxılması üçün tərəflərin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməlidir. Sözügedən mülki iş üzrə iddiaçı və cavabdehin Ağdam rayonunda qeydiyyatda olduğunu nəzərə alaraq hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRАRА АLDİ: İddiaçı Cavabdeh qаrşı “alimentin artırılması” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad məlumat üçün tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar