Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-93/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyeektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 sentyabr 2022-ci il tarixə 451.35 manat gecikdirilmiş əsas, 399.91 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 280.95 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpası üçün tələb edilən 1093 manat, ümumilikdə 2225.2 manat borc və ödənilmiş 42.26 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME321458 ban nömrəli, qara rəngli avtomobil 16700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə N23) əsasən X4 illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 426.28 manat, ümumilikdə isə 23862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 23862 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 13 sentyabr 2021-ci il tarixdə X4, X3 və İddiaçı MMC arasında MAS-3640 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri A.Novruzlu öz üzərinə götürmüşdür. 12 aprel 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-3640 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxililizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 06iyul 2022-ci il tarixdə 432 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 01 sentyabr 2022-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1093 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 sentyabr 2022-ci il tarixə ümumilikdə 1132.21 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmaqla iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 aprel 2021-ci il tarixli, MAS-3640 nömrəli operativ lizinq müqaviləsindən müəyyən olunur ki, İddiaçı MMC X1 “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəsinə verilmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli, MAS-3640 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən müəyyən olunur ki, X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-3640 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC -nə ümumilikdə 2225.21 manat borcu yaranmışdır. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh banka olan borcunu tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1994-cü ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri Ədalət Ədilov küçəsində qeydiyyatdadır. İş materiallarında olan 13 sentybr 2021-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı saz vəziyyətdə olan avtomobilin lizinq alan X1 təhvil verilməsi aktlaşdırılmışdır. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı saz vəziyyətdə olan avtomobilin lizinq alan Cavabdeh təhvil verilməsi aktlaşdırılmışdır. İş materiallarında olan qüsur aktından müəyyən olunur ki, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işlərinə 1093.50 manat xərc tələb olunması aktlaşdırılmışdır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1302/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3542 saylı, 30 noyabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, İddiaçı MMC tərəfindən tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021 -ci il buraxılışlı “Khazar SD” markalı, **-PZ-*** qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 1093,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 513,50 manat; Təmir-bərpa işlərinin qiyməti - 580,0 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 1 il (2021-2022) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 493,0 manat müəyyən edilir: / 5 1 3 , 5 0 - 4 % / - 1 dəfə, nəzəri hesablama yolu ilə İddiaçı MMC tərəfindən tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021 -ci il buraxılışlı “Khazar SD” markalı, **-PZ-*** qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1073,0 manat müəyyən edilir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 42.26 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 01 sentyabr 2022-ci il tarixə 451.35 manat gecikdirilmiş əsas, 399.91 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 280.95 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpası üçün tələb edilən 1093 manat, ümumilikdə 2225.2 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 24 aprel 2021-ci il tarixli MAS-3640 saylı “Daxili lizinq” müqaviləsi üzrə borcu yaranması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bundan başqa məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsi üzrə cavabdehdən 451.35 manat gecikdirilmiş əsas, 399.91 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 80.95 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpası üçün tələb edilən 1073 manat, ümumilikdə 2005.21 manat borc alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 42.26 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 451.35 manat gecikdirilmiş əsas, 399.91 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 80.95 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpası üçün tələb edilən 1073 manat, ümumilikdə 2005.21 (iki min beş manat iyirmi bir qəpik) manat lizinq borcu və ödənilmiş 42.26 manat dövlət rüsumu tutulаrаq iddiaçı “Aqroservis” xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-93/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-93/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver