Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-954/2021 02.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Cavabdeh Cavabdeh2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin və 17.04.2020-ci il tarixli 025A**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025A********** saylı kredit müqaviləsi üzrə 1752,06 manat məbləğində kredit borcu, 215,75 manat məbləğində faiz borcu və 385,77 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2353,58 manat məbləğində borcun, 025A********** saylı kredit müqaviləsi üzrə 1536,52 manat məbləğində kredit borcu, 263,69 manat faiz borcu və 334,96 manat cərimə olmaqla, cəmi 2135,17 manat, cəmi 4488,75 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17.01.2020-ci il tarixli 025A********** saylı kredit müqaviləsi əsasında aylıq fazi dərəcəsi 2,0833% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17.06.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 247,94 manat ödəniş etmiş və onun iddiaçıya 1752,06 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12.01.2021-ci il tarixə 209 gün üçün hesablanmış faiz borcu 215,75 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 12.01.2021-ci il tarixə 209 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 385,77 manat təşkil edir. Bununla yanaşı, Cavabdeh1 İddiaçı QSC ilə 06.11.2019-cu il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2,0833% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1900 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17.04.2020-ci il tarixli 025A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 363,48 manat ödəniş etmiş və onun iddiaçıya 1536,52 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişaylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12.01.2021-ci il tarixə 218 gün üçün hesablanmış faiz borcu 263,69 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 12.01.2021-ci il tarixə 218 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 334,96 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən hər iki kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə teleqram göndərərək məhkəmə iclasda üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişdir ki, oğlu Cavabdeh1 İddiaçı QSC-dən kredit götürmüş, özü də oğluna zamin olmuşdur. Maddi vəziyyətləri ilə əlaqədar olaraq kredit borclarını tam ödəyə bilməmişlər. 2021-ci ilin fevral ayında kredit borcundan 100 manat ödəsələr də bu məbləğ borc məbləğindən silinməmişdir. 100 manat pulun əsas borc məbləğindən silinərək və cərimə borcunun silinərək iddianın qalan hissədə təmin olunmasına etirazının olmadığını bildirmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 yanvar 2020-ci il tarixli 025A********** nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bank ümumi məbləği 2000 manat olan borc pulu aylıq faiz dərəcəsi 2,0833 % olmaqla 12 ay müddətinə kredit alan- Cavabdeh1 verir. -Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 06 noyabr 2019-cu il tarixli 025A********** nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bank ümumi məbləği 1900 manat olan borc pulu aylıq faiz dərəcəsi 2,0833 % olmaqla 18 ay müddətinə kredit alan- Cavabdeh1 verir. -Kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 17 yanvar 2020-ci il tarixli 025G**********01 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 06 noyabr 2019-cu il tarixli 025G**********01 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan Kredit Müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 17 aprel 2020-ci il tarixli 025A**********S saylı sazişdən müəyyən olunur ki, bank ilə kredit alan arasında 06 noyabr 2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti artırılır və 17 ay təşkil edir. -Bank ilə kredit alan arasında 06 noyabr 2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi əsasında kredit alan, götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 17 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka verməlidir. -Kredit vaxtından əvvəl qismən qaytarıldıqda kredit alan vaxtından əvvəl ödəniş məbləği üzrə iki aylıq faizi də əlavə olaraq banka ödəyir. İş materiallarında olan Zaminlik Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17 aprel 2020-ci il tarixli 025G**********01S saylı sazişdən müəyyən olunur ki, bank ilə zamin arasında 06 noyabr 2019-cu il tarixdə bağlanmış 025G**********01 saylı zaminlik müqaviləsinin prembulasına dəyişiklik edilərək həmin preambulaya aşağıdakı cümlə əlavə edilsin: -kredit müddəti 17 ay təşkil edir. -bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və borcalanın bank ilə 06 noyabr 2019-cu il tarixdə bağlanmış 025A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam icra icra olunanadək qüvvədədir. İş materiallarında olan 28.01.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025A********** saylı 17.01.2020-ci il tarixli kredit razılaşması üzrə iddiaçıya 12.01.2021-ci il tarixə 1752,06 manat məbləğində əsas kredit borcu, 215,75 manat faiz borcu, 385,77 manat cərimə borcu, cəmi 2353,58 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 28.01.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 025A********** saylı 06.11.2019-cu il tarixli kredit razılaşması üzrə iddiaçıya 12.01.2021-ci il tarixə 1536,52 manat məbləğində əsas kredit borcu, 263,69 manat faiz borcu, 334,96 manat cərimə borcu, cəmi 2135,17 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh1 19 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 100 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli xəbərdarlıq surətindən müəyyən olunur ki, Cavabdeh1 03.01.2021-ci il tarixinədək hesablanmış məbləği banka qaytarmasa banka borclu olduğu məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli xəbərdarlıq surətindən müəyyən olunur ki, Cavabdeh2 03.01.2021-ci il tarixinədək hesablanmış məbləği banka qaytarmasa banka borclu olduğu məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli xəbərdarlıq surətindən müəyyən olunur ki, Cavabdeh2 25.01.2021-ci il tarixinədək hesablanmış məbləği banka qaytarmasa banka borclu olduğu məbləğin, həmçinin hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda təkcə banaka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı xərcləri ödəyəcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 24.01.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı QSC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1900 manat məbləğində və 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2000 manat məbləğində kredit almış, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi ərəfədə cavabdeh 19 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 100 manat məbləğində banka ödəniş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 19 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə etdiyi 100 manat məbləğində pul əsas borc məbləğindən çıxılmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1900 manat məbləğində və 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2000 manat məbləğində kredit alması, 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1536,52 manat məbləğində əsas kredit borcu, 263,69 manat faiz borcu və 334,96 manat cərimə borcu olmaqla cəmi 2135,17 manat məbləğində, 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1652,06 manat məbləğində əsas kredit borcu, 215,75 manat məbləğində faiz borcu və 385,77 manat məbləğində cərimə borcu olmaqla cəmi 2253,58 manat məbləğində, ümumilikdə hər iki müqavilə üzrə 4388,75 manat məbləğində borcu yaranması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1536,52 manat məbləğində əsas kredit borcu, 263,69 manat faiz borcu və 334,96 manat cərimə borcu olmaqla cəmi 2135,17 manat məbləğində, 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1652,06 manat məbləğində əsas kredit borcu, 215,75 manat məbləğində faiz borcu və 385,77 manat məbləğində cərimə borcu olmaqla cəmi 2253,58 manat məbləğində, ümumilikdə hər iki müqavilə üzrə 4388,75 manat məbləğində borcunu ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor İddiaçı QSC qarşısında borc öhdəliyinin icrasına görə borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tələb edilən cərimə pulunun miqdarı yaranmış 06 noyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc 1536,52 manat məbləğinə mütənasib olmadığından 334,96 manat məbləğində cərimə pulunun 34,96 manat məbləğinə, 17 yanvar 2020-ci il tarixli müqavilə üzrə əsas borc 1752,06 manat məbləğinə mütənasib olmadığından 385,77 manat məbləğində cərimə pulunun 85,77 manat məbləğinə azaldılması məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1900 manat məbləğində və 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2000 manat məbləğində kredit alması, 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1536,52 manat məbləğində əsas kredit borcu, 263,69 manat faiz borcu və 334,96 manat cərimə borcu olmaqla cəmi 2135,17 manat məbləğində, 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1652,06 manat məbləğində əsas kredit borcu, 215,75 manat məbləğində faiz borcu və 385,77 manat məbləğində cərimə borcu olmaqla cəmi 2253,58 manat məbləğində, ümumilikdə hər iki müqavilə üzrə 4388,75 manat məbləğində kredit borcu yaranması sübuta yetirildiyindən iddia tələbi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsinin və 17.04.2020-ci il tarixli 025A**********S saylı sazişin ləğv edilməsi, 06 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1536,52 manat məbləğində əsas kredit borcu, 263,69 manat faiz borcu və 34,96 manat cərimə borcu olmaqla cəmi 1835,17 manat məbləğində, 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1652,06 manat məbləğində əsas kredit borcu, 215,75 manat məbləğində faiz borcu və 85,77 manat məbləğində cərimə borcu olmaqla cəmi 1953,58 manat məbləğində, ümumilikdə hər iki müqavilə üzrə 3788,75 manat məbləğində borcunun tutulmasına dair hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 06.11.2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi və 17.04.2020-ci il tarixli 025A**********S saylı saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06 noyabr 2019-cu il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 1536,52 manat məbləğində əsas kredit borcu, 263,69 manat faiz borcu və 34,96 manat cərimə borcu olmaqla cəmi 1835,17 manat məbləğində, 17 yanvar 2020-ci il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə 1652,06 manat məbləğində əsas kredit borcu, 215,75 manat məbləğində faiz borcu və 85,77 manat məbləğində cərimə borcu olmaqla cəmi 1953,58 manat məbləğində, ümumilikdə hər iki müqavilə üzrə 3788,75 (üç min yeddi yüz səksən səkkiz manat yetmiş beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-954/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-954/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver