Məhkəmə qərarları › İş №2(021)-955/2025

Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(021)-955/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-955/2025 24.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2560 manat nağd pulun və 47 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci il tarixdə Cavabdeh tanımamış, onun yaxın qohumu (dayısı) Əli İbrahimovun evində usta işləyən vaxt yaxın münasibətləri olmuşdur, ona sürücülük vəsiqəsinin alınıb-verilməsi müqabilində müxtəlif vaxtlarda cəmin 2960 manat nəğd pul almışdır, sonradan ona məlum olmuşdur ki, onu aldadıb, onu aldatmağına baxmayaraq, o, cavabdehin yaşadığı ünvan gəlmiş və cavabdehin atasına bildirmişdir ki,oğlunuz Cavabdeh ona sürücülük vəsiqəsinin alınıbverilməsi vədi ilə 2960 manat nəğd pul almışdır, hal-hazırda verdiyi pulu geri tələb etsə də, cavabdeh müəyyən bəhanələr edir, lakin cavabdehin atası bildirmişdir ki, onun Cavabdeh adlı oğlum yoxdur, o, məcburiyyət qarşısında qalıb, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin qaynar xəttinə mobil telefon vasitəsi ilə müraciət etmiş, işin araşdırılması Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsində aparılıb və cavabdehin yaxın qohumları ona yalan vədlər vermiş, pulunun geri qaytarılacağı barədə onu inandırmışlar. Pulunun 400 manatını geri alıb, qalan 2560 manat pulu qalmışdır. Bərdə rayon Polis Şöbəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul ediləndən sonra mülki qaydada Bərdə Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Pulunu almaq üçün cavabdehin qeydiyyatda olduğu Bərdə Rayon Məhkəməsinə müraciət etməlidir. O, dəfələrlə cavabdehdən ona olan 2560 manat verdiyi pulu tələb etsədə cavabdeh başına bu oyunları açıb onu aldatmış, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə verərək, cavabdehin dəfələrlə məhkəməyə gəlmədiyinə görə, mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 3 aprel 2025-ci il tarixli 2(021)-955/2025 saylı qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərardad qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etməklə tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 9 aprel 1998-ci il tarixdə doğulmuşdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı 9 aprel 1998-ci ildə Bərdə rayonu Yeni Əyricə kəndində doğulmuşdur, Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kpitanı X1 21 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 47 manat dövlət rüsumu ödəmşdir. Mülki iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdə olan səs yazısından görünür ki, cavabdeh bir neçə dəfə müxtəlif vaxtlarda aparılan telefon danışıqlarında iddiaçıdan 2500 manat məbləğində vəsaiti aldığını təsdiq edir. Mülki iş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin 4567/22 nömrəli təhqiqat materiallarından görünür ki, İddiaçı Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2730 manat məbləğində vəsaiti Cavabdeh işə düzəltmək adı ilə aldığını və sonuncunun onu aldadaraq pulunu ələ keçirdiyini bildirmişdir. Mülki iş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin 4567/22 nömrəli təhqiqat materiallarından görünür ki, X4 Cavabdeh tərəfindən Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 238. Qiyabi icraatın əsasları 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Maddə 241. Qiyabi icraat qaydası 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Maddə 242. Qiyabi qətnamənin məzmunu Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Maddə 252. Qiyabi qətnamənin qanuni qüvvəyə minməsi Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. Maddə 253. Qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi 253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz. 253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə; 253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə. 253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli olan dövlət rüsumu 45 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 47 manatdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlar məhkəməyə iddiaçı tərəfindən cavabdehə birinciyə sürücülük vəsiqəsi düzəltmək üçün pul vəsaitinin verildiyini qənaətinə gəlməyə imkan verir. Qeyd edilən fakt dolayı sübutlarla X3 Bərdə Rayon Polis Şöbəsinə verdiyi izahatla, o cümlədən iddiaçı ilə cavabdeh arasında aparılan telefon danışıqları əsasında cavabdehin etirafı ilə təsdiqini tapır. Eyni zamanda cavabdeh tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin əsassız varlanması nəticəsində əldə edilmiş pul vəsaiti geri qaytarılmalıdır. MPM-in 82.4-cü maddəsinə əsasən məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən preyudisial əhəmiyyətə malik olduğu üçün cinayət işinin başlanmasının rədd olunması barədə ibtidai araşdırma orqanının qərarı və ya iş üzrə gəldiyi qənaət mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bununla belə həmin qərar və ya ibtidai araşdırma zamanı verilmiş izahatlar, o cümlədən təqdim edilmiş sübutlar mülki işə baxarkən sübut növlərindən biri kimi digər sübutlarla birlikdə tədqiq edilə və qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı hər hansı müqavilə münasibətləri mövcud olmadığından, həmçinin cavabdehin əməlində hər hansı cinayətin tərkib əlamətləri səlahiyyətli orqanlar tərəfindən müəyyən edilmədiyindən, verilmiş pulun geri qaytarılması tələbinin qanuni əsası kimi məhkəmə tərəfindən Mülki Məcəllənin 1091.2 və 1092.1-ci maddələrinə istinad edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 2500 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 45 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bərdə Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar