Məhkəmə qərarları › İş №2(021)-96/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-96/2025

02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-96/2025 02.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə 02 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, hazırki iş üzrə Cavabdeh onların, yəni mülkiyyətçi İddiaçı1 1.000 (bir min) manat, İddiaçı3 1.500 (bir min beş yüz) manat və icarəyə götürən İddiaçı2 6.870 (altı min səkkiz yüz yetmiş) manat, cəmi 9.370 (doqquz min üç yüz yetmiş) manat məbləğində pul vəsaitinin, həmçinin 114 manat dövlət rüsumunun alınıb verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılardan İddiaçı3 - İddiaçı1 həyat yoldaşıdır. Digər İddiaçı2 isə icarədardır. Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən 363 kv.m qeyri-yaşayış sahəsi İddiaçı1 mülkiyyətidədir və bu obyektə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsində **********06-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmaqla MA seriyalı ******* saylı çıxarış verilmişdir. Həmçinin Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 924,6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı3 mülkiyyətidədir və bu obyektə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsində **********92-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmaqla RX seriyalı 09899142 saylı çıxarış verilmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı1 məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən 363 kv.m qeyri-yaşayış sahəsini İddiaçı2 icarəyə götürmüş, İddiaçı3 məxsus Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 924,6 kv.m qeyri-yaşayış sahəsini isə X6 icarəyə götürmüşdür. Hazırki iş üzrə Cavabdeh ilə sözügedən qeyri-yaşayış sahələrinin dam örtüyünün dəyişdirilməsi və rekonstriksiyası ilə bağlı 2021-ci ildə şifahi razılığa gəliblər. Razılaşmaya görə Cavabdeh mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin dam örtüyünü dəyişməli və lazımi təmir işləri aparmasını və onu bərpa etməsini öz öhdəsinə götürmüş, onlar isə bunun müqabilində onun zəhmət haqqısını ödəməli idi. Sözügedən obyektlərdə dam örtüyü Cavabdeh tərəfindən "təmir edilikdən" iki il sonra dam örtüyü yarıtmaz vurulduğundan yağış nəticəsində qeyri-yaşayış sahəsini su basmış, obyektlərin tavanı, divarları, həmçinin paltar mağazalarında olan geyim əşyaları bərbad hala düşmüşdür. Nəticədə obyektlərinin divarları, obyektdəki satış üçün nəzərdə tutulan geyim əşyaları, mebel və digər avadanlıqları sıradan çıxaraq yararsız vəziyyətə düşmüşdür. Yagış nəticəsində obyektlərin içərisinə su axması və nəticədə yararsız vəziyyətə düşməsi barədə dərhal hazırki iş üzrə cavabdeh X2 məlumat verilmiş, lakin vaxtında gəlməmiş və dam örtüyünün bərpa edilməsini təmin etməmişdir. "X5" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2 ədəd rəylərdən görünür ki, onlara dəymiş zərər 6870 manat müəyyən olunur. Həmçinin həmçinin digər rəydən görünür ki, İddiaçı1 mülkiyyətində olan obyektə 1.000 manat və İddiaçı3 mülmiyətində olan obyektə ise 1.500 manat olmaqla, ümumilikdə. 9370 manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh mülki hüquq pozuntusu nəticəsində Rail Yusifovun mülkiyyətində olan obyektə 1000 manat, İddiaçı3 məxsus byekta 1.500 manat və icarəyə götürən İddiaçı2 məxsus geyim əşyalarının korlanmasına görə 6.870 manat, ümumilikdə 9.370 manat məbləğində zərər dəymişdir. Dəfələrlə Cavabdeh onlara vurduğu zərəri ödənilməsini xahiş və tələb etsələr də, heç bir xeyri olmamışdır. Bu səbəbdən məhkəmədə idda qaldırmalı olublar. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək bildirmişlər ki, hazırki iş üzrə Cavabdeh vurduğu zərərin əvəzi olaraq iddiaçılar - İddiaçı1 xeyinrə 2.886 (iki min səkkiz yüz səksən altı) manat, İddiaçı3 xeyrinə 2.817 (iki min səkkiz yüz on yeddi) manat və icarəyə götürən İddiaçı2 xeyrinə 7.161 (yeddi min bir səkkiz altmış bir) manat, cəmi 12.864 (on iki min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaitinin tutulmasına, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 114 manat dövlət rüsumunun alınıb İddiaçı1 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflərin izahatı İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 məhkəməyə ərizə göndərərək Gəncə Apellyasiya Məhkəməsində işi olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinin iştirakları olmadan keçiriilib təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, o, təmir işlərini hər hansı nöqsana yol vermədən aparmışdır. Onun tərəfindən edilən təmirdən iddiaçılar narazı qalmış olsaydı, həmin işi təhvil götürməzdilər. Hesab edir ki, onun etmiş olduğu təmirə sonradan digər usta tərəfindən müdaxilə edilmişdir. Onun tərəfindən təmir işləri 2021-ci ildə həyata keçirilmişdir. Keçən illər ərzində hər hansı nöqsan barədə ona məlumat verilməmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl o, həmin obyektlərə dəvət olunmuşdur. Lakin həmin vaxt onun tərəfindən müdaxilələrin olunduğu aşkar olunmuşdur. 2021-ci ildən 2023-cü ilədək hər hansı nöqsanın aşkarlanmaması, yalnız 2023-cü ildə nöqsanlı təmirin olunmasının bildirilməsi qanunauyğun deyildir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli 09 saylı İcarə müqaviləsindən görünür ki, İddiaçı1 mülkiyyətində olan bərdə şəhəri Qaradağlı kəndi ünvanında yerləşən 860 kv.m olan obyektini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X4 2 il müddətinə icarəyə vermişdir. xx.xx.2023-cü il tarixli 4825 saylı qəbzdən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırılması üçün 114 manat dövlət rüsumu ödəmişlər. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.1965-ci ildə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1964-cü ildə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı2 xx.xx.1998-ci ildə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən 363 kv.m qeyri-yaşayış sahəsi İddiaçı1 mülkiyyətidədir və bu obyektə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsində **********06-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmaqla MA seriyalı ******* saylı Çıxarış verilmişdir. Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 924,6 kv.m qeyri-yaşayış sahəsi İddiaçı3 mülkiyyətidədir və bu obyektə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı ərazi idarəsində **********92-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmaqla RX seriyalı ******* saylı Çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixli “X5” MMC-nin rəyindən görünür ki, İddiaçı1 1000 manat, İddiaçı3 1500 manat ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli “X5” MMC-nin rəyindən görünür ki, zərər dəymiş əşyaların ümumu qyməti 6870 manat təşkil edir.xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/8104- 9/8411/2024 saylıekspert rəyindən görünür ki, qiymətləndirilən əşyalar müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiyməti müəyyən edilmir. xx.xx.2025-ci il tarixli MB 18/1386 saylı qiymətləndirmə hesabatından görünür ki, əşyaların dəyəri 7161 manat, İddiaçı1 dəymiş ziyan 2886 manat, İddiaçı3 dəymiş ziyan 2817 manat təşkil edir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli rəyinə sasən qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə cavablandırma həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmənin mövqeyi Mülki işin mübahisə edilməyən hissəsinə əsasən Bərdə rayonu, Qaradağlı kəndində yerləşən İddiaçı1 məxsusluğu müəyyən olunan 363 kv.metr daşınmaz əmlak obyektində və İddiaçı3 məxsusluğu müəyyən olunan 924.6 kv.metr daşınmaz əmlak obyektində Cavabdeh tərəfindən 2021-ci ilin yay aylarında dam örtüyünün təmir-bərpa işləri aparılmışdır. Təmir-bərpa işləri aparıldıqdan sonra həmin ərəfələrdə təmir yekunlaşdırılmış və iddiaçlar tərəfindən əvvəlcədən razılaşdırılmış haqq cavabdehə ödənilmişdir. Sonradan cavabdeh təmir-bərpa işlərinə dair 2023-cü ilin məhkəməyə məlum olmayan ayında daşınmaz əmlak obyektlərinə dəvət edilmiş, nöqsanlar nəzərinə çatdırılmışdır. Cavabdeh həmin halları qəbul etməmiş, həmin vaxtdan etibarən fikir ayrılığı yaranmış və mübahisə həllin tapmadığından xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə tikinti-texniki ekspertizasının nərticələrinə dair rəydə göstərilir ki, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 1 mərtəbəli 363 kv.metr qeyri-yaşayış binasının 4 otağının tavan hissəsində su sızmanın əlamətləri aşkar olunmuş, otaqların tavanına bərkidilmiş alçipanın çatladığı, rənginin dəyişdiyi, deşik əmələ gəldiyi, susızmaya xarakterik izlərin olduğu müşahidə olunmuşdur. Qüsurlar aşkar edilmiş tikilinin üzərində yalnız dam örtüyünün olduğunun nəzərə alaraq, atmosfer tullantılarının dam örtüyündən su sızma aşkar edilən tikiliyə keçməsi nəticəsində baş verə bilər. Bərdə rayonu, Qaradağlı kəndində yerləşən 924,6 kv.metr qeyri-yaşayış binasının sahəsi 35.68 kv.metr olan 1 dəhliz hissəsi təqdim edilmiş, həmin dəhliz hissəsinin təmir olunaraq ilkin vəziyyəti saxlanılmadığı üçün susızma əlamətləri aşkar edilməmişdir. Rəyə əsasən Cavabdeh tərəfindən təmir zamanı nöqsana yol verildiyi sübut olunmur. Dam örtüyü məmulatlarının iki ildən arıtq vaxt intervalında rənginin dəyişməsi, çatlaması zaman daxilində aşınmasını əks etdirən göstəricilərdir. Dam örtüyündə deşiyin əmələ gəlməsi müdaxilənin və ya zərbənin təsirindən əmələ gəlməsi ağlabatandır. Qeyd olunmalıdır ki, təmir işlərini həyata keçirmiş Cavabdeh tikinti materiallarına dair istehsalçı qüsurlarına cavabdeh deyilddir. Nəzərə alınmalıdır ki, 2021-ci ildə həyata keçirilmiş təmir-bərpa işlərindən 02 ildən bir qədər artıq vaxt keçmiş, həmin zaman çərçivəsində işin nəticəsinə dair mübahisə yaranmamış, mümkün soyuq və isti havanın təsirindən nöqsanlar aşkara çıxmamışdır. Qeyd olunanlara və iş materiallarına istinadən iddia sübut olunmadığından, iddia tələbi təmin edilməməlidir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci və qiymətləndirmənin dəyəri iddiaçılardan tutularaq səlahiyyətli qurumlara köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

İddia təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş 114 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 100 manat pul cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM VÖEN **********, hesab AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** m/h AZ41NABZO013601**********3944, SWİFT Bik:CTREAZ22) ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının cəmi dəyəri olan 300 manat pul cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, H/h AZ33İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal flialı, KOD 805562, VÖEN ********** m/h AZ03NABZ013501**********2944, SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar