Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-960/2022 31.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Cəfər oğluna qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cəfər oğlundan 9800 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Cəfər oğlu ilə əvvəllər mal alveri etdiyindən 52 baş xırda buynuzlu heyvanlarını 9800 manata razılaşaraq satması üçün ona təhvil vermişdir. Cavabdeh Bəhmənyar Abbasov ona bir neçə günə heyvanları satıb 9800 manata pulu gətirəcəyini bildirmişdir. Lakin cavabdeh sözünə əməl etməməmiş və onun 9800 manat pulunu bu günə qədər verməmişdir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, cavabdeh məhkəmə iclasına gəlməkdən yayındığına görə onun iştirakı olmadan qiyabi qətnamə qəbul olunmasını məhkəmədən xahiş edərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında İddiaçı vəkili X10 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Cəfər oğluna qanunda nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bərdə rayon Ərəblər kəndində anadan olmuşdur. Bərdə rayon Ərəblər kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyət Başçısının Güloğlular kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 991 saylı 16.08.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Ərəblər kəndində yaşayır. Mülki işə əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Cavabdeh Cəfər oğlu barəsində Bərdə RPŞ-nə müraciət etmiş, lakin müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 qızı bidirdi ki, İddiaçı onun əridir. Cavabdeh Cəfər oğlu onların 52 baş xırda buynuzlu heyvanlarını nisyə almışdır, lakin bu günə qədər pulu verməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, İddiaçı ilə qonşudurlar. Cavabdeh Cəfər oğlunun onlara gedib-gəldiyini, qoyunların apardığını görmüş, lakin heyvanların neçəyə satıldığından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 bidirdi ki, İddiaçı ilə həmkəndlidir. İddiaçı evində olarkən onun yanında Cavabdeh Cəfər oğlu ilə qoyunları 9800 manata nisyə satmağa razılaşmışlar, cavabdeh həmin qoyunları aparmışdır. Lakin sonradan eşitmişdir ki, Bəhmənyar qoyunların pulunu verməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bidirdi ki, İddiaçı onun həmkəndlisidir. X2 arvadıdır. O, arvadı ilə Müzəffərgilin evində olarkən Cavabdeh Cəfər oğlu ilə qoyunları 9800 manata nisyə satmağa razılaşmışdırlar. Lakin sonradan eşitmişdir ki, Bəhmənyar qoyunların pulunu verməmişdir. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh Cəfər oğlu İddiaçı nisyə olaraq 9800 manat dəyərində 52 baş xırda buynuzlu heyvan almış, lakin bu günə qədər borcunu qaytarmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdehin məhkəmə iclasına gəlib öz etiraz və mülahizəsini təqdim etmədiyi nəzərə alınmaqla, Cavabdeh Cəfər oğlundan 9800 manat alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh Cəfər oğlundan alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh Cəfər oğlundan 9800 (doqquz min səkkiz yüz) manat alınaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh Cəfər oğlundan alınaraq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-960/2022
Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(021)-960/2022
31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver