Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-962/2021 23.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi______________ X2 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və faizlərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 0323-0379-02 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2000 manat əsas borc, 525,00 manat faiz borcu, cəmi 2525,00 manat, eləcə də iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 30 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 ərizə ilə İttifaqa müraciət etmiş, kredit verilməsi üçün xahiş etmişdir. 30 oktyabr 2019-cu il tarixdə 0323-0379-02 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 32% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2000 manat məbləğində istehlak üçün kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini kreditora hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Borclu Cavabdeh1 05 fevral 2021-ci il tarixə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 2000 manat əsas kredit borcu, 640,00 manat əsas məbləğdə hesablanmış faiz borcu, 765,00 manat hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcu mövcuddur. Cavabdeh1 ittifaqa ödənilmiş 880,00 manat məbləğində ödəniş ilk olaraq cərimə məbləğindən, daha sonra faiz və əsas məbləğindən çıxılır. Kredit müqaviləsi üzrə öhdəliklərini ittifaq qarşısında icra etməyən Cavabdeh1 05 fevral 2021-ci il tarixə iddiaçıya 2000 manat əsas kredit borcu, 525,00 manat əsas məbləğə hesablanmış faiz borcu, cəmi 2525,00 manat borcu qalmışdır. Ona dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Müqavilənin şərtlərinə əməl etmədiyi üçün cavabdehə qarşı qaldırılan iddianın ümumi məbləği 2000,00 manat əsas borc, 525,00 manat faiz borcu, cəmi 2525,00 manat təşkil edir. 30 oktyabr 2019-cu il tarixdə Cavabdeh2 ilə bağlanmış 0323-0379-01 saylı zaminlik müqaviləsinin 3.1-ci maddəsinə əsasən borcalan ittifaq qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımı qaydada və vaxtında icra etmədikdə ittifaq mülahizəsinə əsasən həmin öhdəliyin icrasını borcludan və ya zaminlərdən, yaxud onların üçündən birlikdə tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyyətinin sədri X4 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək kredit müqaviləsi üzrə öhdəliklərini ittifaq qarşısında icra etməyən Cavabdeh1 05 fevral 2021-ci il tarixə iddiaçıya 2000,00 manat əsas kredit borcu, 525,00 manat əsas məbləğə hesablanmış faiz borcu, cəmi 2525,00 manat borcu qaldığını bildirmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli 0323-0379-02 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 32% ödəmək şərti ilə 2000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli 0323-0379-01 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin Cavabdeh2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi zamin durmuşdur. İş materiallarında olan 16 noyabr 2020-ci il tarixli bildiriş surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 10 gün müddətində borclarını ödəmələrini, əks halda tərəflər arasında bağlanmış 0323-0379-02 saylı kredit müqaviləsinin ödəniş cədvəli üzrə ödənilməməsini nəzərə alaraq sənədlər kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən Bərdə Rayon Məhkəməsinə təqdim olunacağı barədə xəbərdar edilmişlər. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, cavabdeh 30 oktyabr 2019-cu il tarixli 0323-0379-02 nömrəli kredit müqaviləsinə əsasən kredit borcunu vaxtında icra etmədiyindən, hazırda cavabdehin 2000 manat əsas kredit borcu, 525,00 manat faiz borcu olmaqla ümumilikdə 2525,00 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh1 2000 manat məbləğində kredit alması və həmin kredit üzrə 2000 manat əsas kredit borcu, 525,00 manat faiz borcu olmaqla ümumilikdə 2525,00 manat məbləğində borcu yaranması sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh1 30 oktyabr 2019-cu il tarixli 0323-0379-02 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2000 manat əsas kredit borcu, 525,00 manat faiz borcu olmaqla ümumilikdə 2525,00 manat məbləğində borcunu tam olaraq ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu səbəbdən zamin Cavabdeh2 kreditor "xxxx" MMC-nin qarşısında borc öhdəliyinin icrasına görə borclu Cavabdeh1 ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh1 2000 manat məbləğində kredit alması və həmin kredit üzrə 2000 manat əsas kredit borcu, 525,00 manat faiz borcu olmaqla ümumilikdə 2525,00 manat məbləğində borcu yaranması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və faizlərin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 manat əsas kredit borcu, 525,00 manat faiz borcu olmaqla ümumilikdə 2525.00 manat (iki min beş yüz iyirmi beş) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-962/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-962/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver