Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-99/2022 30.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı «X5 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «X5 Azərbaycan» QSC-nin Cavabdeh qarşı kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(021)-679/2021 saylı qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı «X5 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 10 dekabr 2013-cü ildə «X5 Azərbaycan» QSC və Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 manat məbləğində kredit kartı ayrılmışdır. «X5 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmişdir. Borclana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş, bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X5 Azərbaycan» QSC-yə olan borcu əsas məbləğ üzrə 549.68 manat, hesablanmış və ödənilməmiş faiz borcu 59,91 manat, cərimə borcu 123,06 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 11.45 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi 748,90 manat təşkil edir. Borcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış 500 manat limitdən 49.68 manat məbləğində limiti aşmışdır. İddiaçı «X5 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10 dekabr 2013-cü saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Cavabdeh ilə «X5 Azərbaycan» QSC arasında bağlanmış, Cavabdeh istehlak yönümlü 500 manat məbləğində kredit kartı limiti ayrılmışdır. İş materiallarında olan 29 dekabr 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh banka əsas məbləğ üzrə 549.68 manat, hesablanmış və ödənilməmiş faiz borcu 59,91 manat, cərimə borcu 123,06 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcu 11.45 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi 748,90 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur Cavabdeh banka olan bütün borcunu gecikdirilmiş ödəniş məbləğini banka qaytarmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu məbləği, hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxxxx 1990-cı ildə ünvan 1ünvanında qeydiyyatdadır. İş üzrə 30 mart 2021-ci il tarixli, 2(021)-679/2021 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli 9/2527 nömrəli rəydə göstərilmişdir ki, «X5 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2013-cü saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə Cavabdeh borc qalığını müəyyən etmək mümkün olmamışdır. İş üzrə 20 sentyabr 2021-ci il tarixli, 2(021)-679/2021 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli 9/7917 nömrəli rəydə göstərilmişdir ki, «X5 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2013-cü saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə Cavabdeh borc qalığını müəyyən etmək mümkün olmamışdır. İş üzrə 06 aprel 2022-ci il tarixli, 2(021)-99/2022 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli, 9/3794 nömrəli mətubda göstərilmişdir ki, iş üzrə 24 yanvar 2022-ci il tarixli 9/7917 nömrəli ekspert rəyi verilmişdir. Bu səbəbdən də mülki iş materialları geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırki mülki iş üzrə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə ekspertiza rəyini də nəzərə almaqla tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin borcunun qalmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, hazırki mülki mübahisə üzrə Cavabdeh müqavilə üzrə borcunun olmasını müəyyən etmək mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «X5 Azərbaycan» QSC-nə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı «X5 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «X5 Azərbaycan» QSC-yə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının 60 (altmış manat) manat dəyəri «X5 Azərbaycan» QSC-nə aid edilsin və 60 (altmış) manat ekspertiza xərci tutularaq X3 ( keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-99/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-99/2022
30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver