Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-998/2023 28.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və ziyan tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) materiala görə ondan almış olduğu 1500 manat pulun və ustaya ödədiyi 500 manat əlmuzdunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu Qarabağ qəsəbəsində yaşayır. 20 iyul 2020-ci ildə yaşadığı evin dam örtüyünü Kələntərli kənd sakini Taxta-Şalban bazarında işləyən Cavabdeh almışdır. Evin üstünü isə Bərdə rayonu Lənbəran kənd sakini Barat adlı usta vurmuşdur. O, həmin profnasdeli “Lider” marketdən almaq istəmiş, lakin usta Barat qoymamışdır ki, “Sənan onun tanışı olduğundan ondan alsın. Onlara yaxşı təmiz rəngi getməyən dəmir verəcək”. Amma satdıqları profnasdil göz qabağındadır. Yağış və günəş vurduqca bir il ərzində rəngi getmişdir. Bir il ərzində onlara xahiş yox, hətta yalvarmışdır. Onlarda onu aldatmışlar ki, gəlib dəmiri götürəcəklər, yenisin vuracaqlar, sonra isə maşın rəngi vuracaqlarını demişlər. O, kredit götürüb 1500 manat xərc çəkmişdir. Ona dəyən zərəri ödəməkdən boyun qaçırırlar. Yüksək təziq və ağır şəkər xəsdəsidir, onların bu aldadıcı hərəkətləri səhhətində böyük problemlər yaradır. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və şahid ifadələrini dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmənin 01 mart 2023-cü il tarixli iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı ilə neçə illərdir ki, birlikdə taksi fəaliyyəti ilə məşğul olurlar. İddiaçı ona demişdir ki, evin dam örtüyü köhnə olduğundan material almışdır ki, dam örtüyünü dəyişdirsin. İddiaçıdan materialı haradan aldığını soruşduqda, iddiaçı materialları Sənan adlı şəxsdən aldığını demişdir. İddiaçı dam örtüyünü təxminən iki il əvvəl dəyişmişdir. O özü Sənan adlı şəxsi tanımır, sonuncunun tikinti materialları bazarında işlədiyini yalnız iddiaçıdan eşitmişdir. Məhkəmənin 01 mart 2023-cü il tarixli iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı ilə neçə illərdir ki, qonşudur. İddiaçı yaşadığı evin dam örtüyünü dəyişmək üçün material almışdır. İddiaçının həyətinə keçərək xeyir-dua vermişdir. Söhbət edərkən İddiaçı evin dam örtüyünü dəyişmək üçün materialları haradan aldığını soruşmuş, sonuncu materialları Sənan adlı şəxsdən aldığını bildirmişdir. İddiaçı evinin dam örtüyünü təxminən bir il yarım əvvəl dəyişmişdir. O özü Sənan adlı şəxsi tanımır, sonuncunun tikinti materialları bazarında işlədiyini yalnız iddiaçıdan eşitmişdir. Məhkəmənin 01 mart 2023-cü il tarixli iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı ilə neçə illərdir ki, dostluq edir. İddiaçı yaşadığı evin dam örtüyü köhnəldiyindən və rəngi solduğundan dəyişmək istədiyini bildirmişdir. İddiaçı tikinti materialları aldıqdan sonra sonuncudan materialları hansı inşaat materialları mağazasından aldığını soruşmuş, İddiaçı materialları inşaat materialları mağazasından deyil, tikinti materialları satışı bazarından Sənan adlı şəxsdən aldığını bildirmişdir. İddiaçı evinin dam örtüyünü təxminən bir il yarım əvvəl dəyişmişdir. O özü Sənan adlı şəxsi tanımır. Bir il yarım vaxt ərzində iddiaçının evinin dam örtüyünün rəngi solmuş, aldığı materiallar keyfiyyətsiz olmuşdur. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Laçın rayonu Fərraş kəndində anadan olmuşdur, Laçın rayonu Fərraş kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2022-ci il tarixli 6434 saylı arayışdan görünür ki, İddiaçı Bərdə şəhəri Qarabağ qəsəbəsində yaşayır. Bərdə RPŞ tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli 46224 nömrəli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh xx.xx.2017-ci il tarixdə ASAN-Bərdə tərəfindən AZE 16795876 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Cavabdehin təqsirli və hüquqa zidd əməlləri nəticəsində iddiaçıya maddi zərərin dəyməsi iş materiallarında sübuta yetirilmir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı Cavabdeh ona keyfiyyətsiz (zay) inşaat materialları satmasına görə cavabdehin ondan almış olduğu 1500 manat pulun və ustaya ödədiyi 500 manat əlmuzdunun alınaraq ona ödənilməsinə dair iddia qaldırsa da iddia tələbinin təmin olunması üçün məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı həqiqətən cavabdehdən inşaat materialları almasına dair qəbz və ya hər hansı digər sübut təqdim edə bilmir. Belə bir sübutu təqdim etməsi məhkəmə tərəfindən ona təklif edildikdən sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər isə iddiaçının evinin dam örtüyünü təmir etdirməsi üçün inşaat materiallarını təqribən bir il yarım əvvəl tikinti materialları bazarından Sənan adlı şəxsdən almasını iddiaçının onlara deməsinə görə bildiklərini demişlər. Hər üç nəfər şahid verilən suallara cavab olaraq Cavabdeh tanımadıqlarını, cavabdehin iddiaçıya material satmasını görmədiklərini, cavabdehin iddiaçıya keyfiyyətsiz material satmasını sonradan yalnız iddiaçının onlara deməsini məhkəməyə bildirdilər. İddiaçının iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdə görünən dam örtüyünün yararsız olması və həmin dam örtüyünün cavabdehdən alınması, habelə iddiaçının materiala görə cavabdehə 1500 manat, ustaya isə əlmuzduna görə 500 manat məbləğində pul verməsi məhkəmə iclasında aparılan araşdırma ilə sübut olunmadı. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа isə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olması ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməliidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “pul və ziyan tələbi” barədə iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-998/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-998/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver