Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1009/2024 06.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızının sədrliyi, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə 21 avqust 2024-cü il tarixli, 25 sentyabr 2024-cü il tarixli və 06 noyabr 2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş və iddia ərizəsində qeyd olunan ünvanlara bildiriş göndərilməsinə baxmayaraq, gəlməmələrinin səbəbi və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən tərəflər məhkəmə iclasına gəlməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 260.1-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli Qərarının: 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Belə ki, iddiaçı məhkəmənin təyin edilmiş iki hazırlıq və bir baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, yalnız bir dəfə səhhəti ilə bağlı məhkəmə iclasında gələ bilməyəcəyi ilə kifayətlənmiş və bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, mülki iş materialarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixliv 2(022)-547/2023 saylı qərardadından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə bağlı iddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada iddia ərizəsiylə məhkəməyə müraciət etmiş və ona qanunvericiliyin tələbləri izah olunaraq mübahisə ilə bağlı iddia ərizəsinə borc sənədi qismində əlavə edilmiş qəbzin kim tərəfindən nə vaxt tərtib edildiyini müəyyən etmək mümkün olmadığından həmin qəbzin verilmiş tələbi təsdiq edən sənəd kimi hesab edilə bilmədiyi izah olunmuşdur. Lakin İddiaçı qanunvericilin tələblərinə formal əməl edərək eyni sənədləri məhkəməyə iddia ərizəsi formasında təqdim etmiş və təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmiş, habelə bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Göstərilərə əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Ərizə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1009/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1009/2024
06.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver