Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1012/2024 27.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 704,89 manat məbləğində borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona hesablanmış 3261 kub qaz sərfiyyatı üçün 704,89 manat məbləğində borcun abonent saldosundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanda qeydiyyatdadır. 2023cü ilin mart ayının əvvəllərində Bakı şəhərində işləməsi səbəbindən ailəvi olaraq ünvan 4 ünvanlarda olmaqla kirayədə yaşayır.O, ünvan 5ı şəhərinə gedərkən qaz və eləcə də işıqla bağlı abonenet kimi heç bir borcu olmamışdır.Biləsuvar rayonu Nəsimi kəndi ünvanda olan evdən gedərkən bu haqda qaz və işıq idarələrinin sahə nəzrətçilərinə bildirmişdir. Xahiş etmişdir ki, bu haqda öz sahələri üzrə nəzərə alsınlar. Cavabında qaz üzrə sahə nəzarətçisi ona kitabında bu ünvanda yaşayış olmaması barədə qeyd aparacağını və narahat olmamasını bildirmişdir. O, ailəvi olaraq 2023-cü ilin mart ayının əvvəllərindən hal-hazıra kimi Bakı şəhərində ipoteka ilə alınmış evdə yaşayır. Həmin vaxtdan o, Biləsuvar rayonu Nəsimi kəndində yerləşən evinə gəlmir. 2023-cü ilin dekabr ayında Biləsuvar rayonu, Nəsimi kəndi üzrə qaz idarəsinin sahə nəzarətçisi telefonla ona zəng edərək 704,89 manat borcunun olduğunu ona bildirmişdir. O, borcun yaranması səbəbini öyrənmək istədikdə qaz idarəsinin əməkdaşları sistemə baxmış və bunun qazdan istifadə üzrə borcu olduğunu ona bildirmişlər. Ona abonent saldosunu təqdim etmişlər. Həmin abonent saldosundan görünür ki, onun 2022-ci ilin fevral ayından avqust ayına kimi qaz sərfiyyatı demək olar ki, olmamışdır. 2022-ci ilin sentyabr ayında 13,52 manat, oktyabr ayında 17,48 manat, noyabr ayında 23,60 manat, dekabr ayında 26,32 manat məbləğində borcu olmuş və tərəfindən ödənilmişdir. 2023-cü ilin oktyabr ayına kimi eyni qaydada qaz sərfiyyatı 200, 155, 45 ,84 ,10 kub olması qeyd olunmuşdur.Amma 2023-cü ilin oktyabr ayında isə birdən birə ona qaz sərfiyyatı kimi 3261 kub olmaqla həmin qazın ödəniş məbləği də 704,89 manat göstərilmişdir. Əvvəla o, həmin evdə yaşamış olsaydı belə oktyabr ayı, yəni havalar hələ soyumadığı üçün bu qədər qaz işlətməsi qeyri mümükündür. İkincisi, o, evdə yaşadığı vaxtlarda bir illik qaz sərfiyyatı bu qədər etməzdi. Ona təqdim edilmiş abonent saldosundan görünür ki, onun qaz sərfiyyatına görə borcu yoxdur və həqiqətən də həmin evdə daimi yaşayış olmamış və müvəqqəti baş çəkməklə bağlı gəlişlərdə isə istifadə olunmuş qazın pulu ödənilmişdir.Lakin 2023-cü ilin oktyabr ayında heç bir əsası olmayan 3261 kub qazın pulu 704,89 manat borc kimi görünür. Ona görə həmin borc onun hesabından silinməlidir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək, İddiaçı Azəriqaz” İstehsalat Birliyinə qarşı 704,89 manat məbləğində borcun silinməsi brədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-39-12/2-551/2024 saylı arayışından görünür ki, Hümmətov X1 rayonu Nəsimi kəndində yaşayır. İş materiallarında olan № **********3 saylı sayğacın fotoşəkilindən görünür ki, sayğacda 04375 kub qaz sərfiyyatı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "AzəriQaz" İstehsalat Birliyi tərəfindən ona hesablanmış 3261 kub qaz sərfiyyatı üçün 704,89 manat məbləğində borcun abonent saldosundan silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona hesablanmış 3261 kub qaz sərfiyyata görə 704,89 manat məbləğində borcun onun abonent saldosundan silinməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1012/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1012/2024
27.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver