Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1017/2024 29.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit, faiz və cərimə borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024 -ci il tarixə tarixə kredit təşkilatına 1118,0 manat kredit, 271.1 manat faiz, 393.1 manat cərimə, cəmi 1782.2( bir min yeddi yüz səksən iki manat, 20 qəpik) qəpik) manat borcun və 38 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2dan tutularaq kredit təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 xx.xx.2023-ci tarixdə "xxxx" MMC-nin idarə heyətininə müraciət edərək ona 13 ay müddətinə 1800 ( bir min səkkiz yüz) manat məbləğində istehlak krediti verilməsini xahiş etmişdir. Cavabdeh1 kredit götürmək üçün 01 yanvar 2023-ci il tarixli Biləsuvar rayon Gigeniya və Epidemiologiya Mərkəzi təfəfindən verilmiş 10 saylı işləməsi barədə arayışını, yaşayış yerindən arayışını və şəxsiyyət vəsiyəsinin surətini təqdim etmişdir. İsmayılov X3 rayon Gigeniya və Epidemiologiya Mərkəzi təfəfindən verilmiş 11 saylı işləməsi barədə və şəxsiyyət vəsiyəsinin surətini təqdim təqdim edərək Cavabdeh1 götürdüyü kreditə zamin duraraq, zaminlik müqaviləsinə imza ataraq cavabdehlə bərabər öhdəlik götürmüşlər. Beləliklə lazımi sənədlər tam təqdim edildikdən sonra Kredit İttifaqı onun xahişini nəzərə alarar 1800 ( bir min səkkiz yüz ) manat məbləğində kredit vermişdir. Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ayın 16-da 163,89 (bir yüz altımış üç manat 89 qəpik) manat ödəniş aparmalı idi. Cavabdeh1 16 fevral 2023-cü il tarixdə 163,0 manat, mart ayında 162,0 manat ödəniş aparmış, aprel ayında ödəniş aparmamış, avqust ayında 160,0 manat ödəniş aparmış, sentyabr, oktyabr ayında ödəniş aparmamış, noyabr ayında isə 164,0 manat ödəniş aparmış, sonradan isə heç bir ödəniş aparmamışdır. O, kredit təşkilatı qarşısında götürdüyü öhdəliyi dəfələrlə pozmuşdur. Bu günə kimi dəfələrlə şifahi və xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 və zamin Cavabdeh2 kredit təşkilatı qarşısında olan kredit və faiz borclarını ödəməmişdir. Hər dəfə kredit borcunu tezliklə ödəyəcəyinə söz versə də borcunu ödəmir. Müqavilə müddəti də artıq başa çatmışdır.B ütün yuxarıda göstərilən şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq Cavabdeh1 və zamin Cavabdeh2 borcun ödənilməsindən yayınırlar. Ödəniş cədvəlinə uyğun olaraq ödəniş vaxtında aparılmadığından Cavabdeh1 xx.xx.2024-ci il tarixə "xxxx"MMC-yə 1118,0 manat kredit, 271,1 manat faiz, 393,1 manat cərimə, cəmi 1782.2 ( bir min yeddi yüz səksən iki manat 20 qəpik) manat borcu yaranmışdır.Kredit müqaviləsinə görə borclu müqavilə şərtlərini pozduqda , kredit üzrə faiz borclarını vaxtında ödəmədikdə, borc verən krediti aksepsiz qaydada vaxtından əvvəl tutmaq və ya məhkəmələr qarşısında iddia qaldırmaq hüququna malikdir. Sonda Ə.Əliyev xx.xx.2024 -ci il tarixə kredit təşkilatına 1118,0 manat kredit, 271.1 manat faiz, 393.1 manat cərimə, cəmi 1782.2( bir min yeddi yüz səksən iki manat ,20 qəpik) qəpik) manat borcun və 38,0 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2dan tutularaq kredit təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 110 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 13 ay müddətinə illik 30% dərəcəsi ilə 1800 manat məbləğdə kredit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh1, digər tərəfdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla xx.xx.2023-cü il tarixli 110 saylı kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 110 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 110 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinə görə məsuliyyəti zamin qismində öz üzərlərinə götürmüşlər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 393.1 manat məbləğdə dəbbə borcunun 39 (otuz doqquz) manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla da, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli 110 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 1118,0 manat əsas borc, 271.1 manat faiz borcu, 39 manat cərimə olmaqla cəmi 1428 ( bir min dörd yüz iyirmi səkkiz) manat 10 (on) qəpik borc iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin 04.12 manat məbləğdə hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 34 (otuz dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğdə pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1118,0 manat əsas borc, 271,1 manat faiz borcu, 39 manat cərimə, cəmi 1428 ( bir min dörd yüz iyirmi səkkiz) manat 10 (on) qəpik və ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat 28 (iyirmi səkkiz) qəpik pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-1017/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1017/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver