Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1017/2025 19.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil X4, Cavabdeh Müsafir oğlunun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh Müsafir oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Müsafir oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Müsafir oğlundan 3600 (üç min altı yüz) manat və dövlət rüsumuna görə ödədiyi 56 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, Biləsuvar şəhərində yaşayır. Özünə məxsus ** BA *** dövlət qeydiyyat nişanlı BELARUS 1221 markalı traktoru vardır. Cavabdehlə aralarında heç bir ədavət və düşmənçilik olmamış, yalnız normal münasibətləri olmuşdur.Onun idarə etdiyi traktora ehtiyat hissələri lazım olduqda cavabdehə məxsus Ağalıkənd kəndində yerləşən ehtiyat hissəsləri mağazasından alır. 2024- cü ilin iyul ayında traktoruna 4 təkər, yəni 2 arxa və 2 qabaq təkər lazım olduğu üçün o, cavabdehə məxsus Ağalıkənd kəndindəki mağazaya gedərək 4 ədəd təkər sifariş vermişdir. 15 iyul 2024-cü il tarixdə cavabdeh 4 ədəd təkəri evinə gətirmiş və razılaşdıqları kimi ondan 3600 manat pul almışdır. Ertəsi gün səhər təkərləri traktora vurmaq istəyərkən təkərlərin birinin başqa marka olduğunu görmüşdür. Bu barədə cavabdehə telefonla bildirmişdir. Cavbdeh təkəri Sumqayıtdan alaraq satdığını, Sumqayıtdan ona eyni markalı bir ədəd təkər gətirəcəyini bildirmişdir. O, da cavabdehlə razılaşmışdır. 2024- cü ilin avqust ayının 24-də cavabdeh uyğun gəlməyən təkərin əvəzinə yenisini gətirərək ona vermişdir. O, təkərləri traktora vurub hava vurduqdan sonra təkərlər təzə olsa da, keyfiyyətsiz və standartlara uyğun olmadığını bilmişdir. Belə ki, təkərlər traktoru atıb-tutmuşdur. Bundan sonra o, dərhal cavabdehə məlumat vermişdir ki, “bu təkərlər Belşina markalı "orqinal təkər deyil, həmin təkərlərin “obmankası"dır. Odur ki, təkərləri ya dəyişib "oriqinal" Beiişa markalı təkər verməsini, ya da pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh Sumqayıtda onu aldadaraq belə təkər verdiklərini, qısa müddətə dəyişəcəyini bildirmişdir. Bir müddət sonra isə ona orada təkərləri dəyişmək istəmədiklərini bildirmişdir. Bundan sonra o, tələb etmişdir ki, onun pulunu qaytarsın. Çünki özünə də bildirmişdir ki, təkərləri traktordan çıxarıb istifadəyə yararsız olduğundan saxlamışdır. Sonda cavabdeh ümumiyyətlə nə pulunu qaytarmamış, nə də təkərləri dəyişməmişdir. Odur ki, Cavabdeh Müsafir oğlundan 3600 (üç min altı yüz) manat və dövlət rüsumuna görə ödədiyi 56 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 da iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh Müsafir oğlunun vəkili X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdeh fərdi əməklə məşğul olaraq dolanışığını təmin edir. X8 məxsus Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən traktor ehtiyat hissələri mağazası vardır. Mağazaya ehtiyat hissələrini Sumqayıt şəhərindən gətizdirir. O, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərinə Ağamusa ilə birlikdə mağaza üçün ehtiyat hissələri gətirmək üçün getmişlər. Həmin vaxt atası zəng edərək 4 ədəd Belşina markalı təkər sifariş olunduğunu, həmin təkərləri də avtomobilə yükləyib Biləsuvar rayonunda Rəşad adlı şəxsə verməli olduğunu bildirmişdir. Ağamusa ilə birlikdə mağaza üçün lazım olan ehtiyyat hissələrini avtomobilə yükəyərək həmin təkərləri də avtomobilə qoyub Biləsuvar rayonuna yola düşmüşlər. X10 Rəşadın mobil nömrəsini verərək həmin təkərləri onun ünvanına aparmasını istəmişdir. Biləsuvar rayonuna gəldikdən sonra Rəşadla əlaqə saxlamış, yaşadığı ünvanı dedikdən sonra onun yaşadığı ünvana gedib 4 ədəd Belşina markalı təkərləri ona təhvil vermişlər, o da təkərlərin pulunu, yəni 3600 manat pulu ona vermişdir. Təxminənən 2 ay müddət keçdikdən sonra Rəşad atasına zəng edərək təkərlərin nasaz olmasını bildirmişdir. O, İddiaçılə təkər alqı-satqısı ilə bağlı danışıq aparmamış, təkər sifariş edən zaman atası ilə bu barədə söhbət etmişdir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «cinayıt işi başlanmasının rədd edilməsi haqqında» Biləsuvar RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X2 02 mart 2025-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Rəsulzadə X3 RPŞ-nin TB-də izahatında göstərmişdir ki, fərdi əməklə məşğul olaraq dolanışığını təmin edir. X8 məxsus Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən traktor ehtiyat hissələri mağazası vardır. Mağazaya ehtiyat hissələrini Sumqayıt şəhərindən gətizdirir.xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərinə Ağamusa ilə birlikdə mağaza üçün ehtiyat hissələri gətirmək üçün getmişlər. Həmin vaxt atası zəng edərək 4 ədəd Belşina markalı təkər sifariş olunduğunu, həmin təkərləri də avtomobilə yükləyib Biləsuvar rayonunda Rəşad adlı şəxsə verməli olduqlarını bildirmişdir. Ağamusa ilə birlikdə mağaza üçün lazım olan ehtiyyat hissələrini avtomobilə yükəyərək, həmin təkərləri də avtomobilə qoyub Biləsuvar rayonuna yola düşmüşlər. X10 Rəşadın mobil nömrəsini verərək həmin təkərləri onun ünvanına aparmasını istəmişdir. Biləsuvar rayonuna gəldikdən sonra Rəşadla əlaqə saxlamış, yaşadığı ünvanı dedikdən sonra onun yaşadığı ünvana gedib 4 ədəd Belşina markalı təkərləri ona təhvil vermişlər, o da təkərlərin pulunu, yəni 3600 manat pulu ona vermişdir. Pulu aldıqdan sonra oradan çıxıb mağazaya gəlmiş və ehtiyyat hissələrini boşaltmışlar. Təxminənən 2 ay müddət keçdikdən sonra Rəşad atasına zəng edərək təkərlərin nasaz olmasını bildirmişdir. İddiaçılə təkər alqı-satqısı ilə bağlı danışıq aparmamış, təkər sifariş edən zaman atası ilə bu barədə söhbət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 570.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəsinə əsasən Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2024-cü ilin iyul ayında cavabdehə sifariş etdiyi 4 ədəd taraktor təkərinin bir ədədinin digərlərindən fərqli olmaqla standarta uyğun olmaması barədə məlumat verdiyini, cavabdehin isə qeyd olunan təkəri Sumqayıt şəhərindən sifariş edərək ona tələb olunan təkəri verdiyini, lakin bununla belə həmin təkərlərin lazımi keyfiyyətdə olmaması səbəbindən onlardan istifadə edə bilmədiyini göstərmişdir.Göründüyü kimi iddiaçı yalnız sifariş etdiyi 4 ədəd traktor təkərinin bir ədədinin standart olmamasını əsas gətirməklə həmin təkərin lazımi keyfiyyətli mal ilə əvəvz edilməsini satıcı olaraq cavabdehə bildiriş verməklə tələb etmiş, cavabdeh isə satıcı olaraq həmin malı dəyişdirməklə alıcının tələbini yerinə yetirmişdir. Lakin daha sonra iddiaçı alqı-satqı qaydasında əldə etdiyi təkərlərin keyfiyyətsiz olmasını əsas gətirməklə cavabdehə ödədiyi 3600 manat pulun geri qaytarılmasını tələb etmişdir. Bundan əlavə, işdən görünür ki, İddiaçı Cavabdeh Müsafir oğluna qarşı təkərlərin Belşina markalı "orqinal təkər deyil, həmin təkərlərin “obmankası" olduğunu göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh Müsafir oğluna qarşı pul tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçının Cavabdeh Müsafir oğluna qarşı 3600 (üç min altı yüz) manat və ödədiyi dövlət rüsumuna görə 56 manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2(022)-1017/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1017/2025
19.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver