Məhkəmə qərarları › İş №2(022)-1028/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1028/2024

15.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1028/2024 15.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2000 (iki min) manat məbləğdə pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X2 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı Cavabdeh ilə uzun illər bir-birini tanımış və bir-birinə inamları olmuşdur. Aralarında heç bir ədavət və düşmənçiliuk olmamışdır.12 dekabr 2023-cü il tarixdə cavabdeh iddiaçının yanına gələrək ondan 2000 manat borc pul istəmiş və 6 ay müddətinə qaytaracağını bildirmişdir. O, münasibəti olduğundan və cavabdehə inandığından ondan qəbz almaqla ona 2000 manat borc pul vermişdir. 2023-cü ilin dekabr ayından cavabdehin öhdəsinə götürdüyü 6 ay müddətinin keçməsinə baxmayaraq cavabdeh bu günə kimi borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 2000 manat məbləğində borcun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddiaçıya tələb edildiyi qədər deyil, iddiaçıdan cəmi 700 manat borc olaraq pul aldığını, lakin iddiaçı ondan tələb etdiyinə görə 2000 manat ondan borc pul almasına dair qəbz yazaraq imza etdiyini, borcun ödənilməsi üçün pensiya kartını iddiaçıya verdiyini və iddiaçının onun kartından istifadə etdiyini, hazırda iddiaçıya cəmi 263 manat borcunun olduğunu göstərmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış qəbzdən görünür ki, Cavabdeh 12 dekabr 2023-cü il tarixdə İddiaçı 2000 manat məbləğdə borc pul aldığını və həmin borcunu 6 ay müddətinə ödəyəcəyini göstərmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(022)-1028/2024 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh məxsus (kart nömrəsi *** **** 7332 7454) "xxxx" ASC-nə aid ödəniş kartından 2023-cü ilin dekabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla həmin kartdan pulun kim tərəfindən çıxarılmasını (hansı məbləğdə çıxarılmasını və həmin çıxarılmış pulların cəmi məbləği) əks etdirən video görüntülərin məhkəməyə təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş video-görüntülərdən məlum olur ki, Cavabdeh oğıuna məxsus (kart nömrəsi *** **** 7332 7454) "xxxx" ASC-nə aid ödəniş kartından 2023-cü ilin dekabr ayından 2024-cü ilin aprel ayı da daxil olmaqla həmin kartdan İddiaçı tərəfindən pul çıxarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2000 manat məbləğdə borc pul almış və həmin borc məbləğini 6 ay müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin hazırkı vaxta kimi həmin borcu ödənməsi iş üzrə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529-cu maddələrinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh borc qismində 2000 manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat 40 (qırx) qəpik pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar