Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1034/2023 12.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh nisyə aldığı mallara görə borclu olduğu 1-ci müqavilə üzrə əsas borcuna görə 830 manat, 2-ci müqavilə üzrə əsas borcuna görə 1950 manat, əsas borcuna görə hər iki müqavilə üzrə 2780 manat, gecikdirilmiş müddət üzrə dəbbə borclarına görə hər iki müqavilə üzrə qismən, yəni 220 manat olmaqla, cəmi 3000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2022-ci ilin avqust ayının 10-da cavabdeh iddiaçı ilə malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla ondan 880 manat dəyərində "Regular" markalı paltaryuyan nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin olaraq 50 manat ödəmiş, qalan 830 manatı 12 ay müddətinə ödəməsini öhdəsinə götürmüşdür.Bundan başqa cavabdeh həmin ilin avqust ayının 30-da, yəni 20 gün sonra yenidən malın nisyə alınmasına dair müqavilə bağlamaqla iddiaçıdan 2000 manat dəyərində LG markal soyuducunu nisyə almışdır. Müqavilənin şərtinə görə ilkin olaraq 50 manat ödəmiş və 12 ay müddətində qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə götürdüyü maların pulunu ödəməmişdir. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir.Aralarında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1% dəbbə pulu ödəməli idi. Hazırda cavabdeh ilkin müqavilə üzrə 7 aydır ki, yəni 210 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1-ci müqavilə üzrə 830 manat, 0,1 faizi 83 qəpik edir. Hazırda onun ilkin müqavilə üzrə gecikdirməyə görə 174 manat təşkil edir.Aralarında olan 2-ci müqavilə ilə bağlı cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh soyuducuya dair müqavilə üzrə 7 aydır ki, yəni 210 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 1950 manat, 0,1 faizi 1 manat 95 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə 409 manat təşkil edir. Sonda nümayəndə X3 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən, yəni əsas borcu qəbul edərək, cərimə borcunu qəbul etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Bəydili kəndi M.Fizuli küçəsi ev 60-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il 5028 nömrəli arayışa əsasən Əliyeva X2 şəhəri, Sahil küçəsi, ev 4A ünvanında yaşayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 30 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 2000 manat olan “LG” markalı soyuducunu 50 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hər ay 167 manat ödəmək şərtilə İddiaçı almışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 880 manat olan “Regular” markalı paltaryuyan maşını ilkin ödəniş 50 manat etməklə, 12 ay müddətinə hər ay 69 manat ödəmək şərtilə İddiaçı almışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı birinci müqavilə üzrə əsas borc qismində 830 manat, 2-ci müqavilə üzrə əsas borcuna görə 1950 manat, əsas borcuna görə hər iki müqavilə üzrə 2780 manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. MM-in 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə birinci müqavilə üzrə əsas borcuna görə 830 manat, 2-ci müqavilə üzrə əsas borcuna görə 1950 manat, əsas borcuna görə hər iki müqavilə üzrə 2780 manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 40 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10 avqust 2022-ci il tarixli müqavilə üzrə əsas borc qismində 830 (səkkiz yüz otuz) manat, 30 avqust 2022-ci il tarixli müqavilə üzrə əsas borcuna görə 1950 (min doqquz yüz əlli) manat, cəmi 2780 (iki min yeddi yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun bir hissəninin əvəzi qismində 40 (qırx) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1034/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1034/2023
12.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver