Məhkəmə qərarları › İş №2(022)-104/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-104/2025

14.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-104/2025 14.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh Nəsir oğluna qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Nəsir oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Nəsir oğlundan 5000 (beş min) manat və dövlət rüsumuna görə ödədiyi 70 (yetmiş) manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək göstərmişdir ki, Biləsuvar şəhərində yaşayır. Cavabdeh Nəsir oğlu ilə ədavət və düşmənçiliyi olmamaqla normal münasibətdə oilmuşlar.2023-cü ilin avqust ayının 1-də İlqar yanına gələrək ona 5 min manat borc pul lazım olduğunu bildirmişdir. Münasibətləri normal olduğundan o, İlqara inanmış və qəbz almaqla İlqara 5 min manat pul vermişdir. Artıq 6 aydan çox bir müddət keçsə də, cavabdeh ondan aldığı pulu qaytarmamışdır.Cavabdehdən pulunu tələb etsə də bu günə kimi verməmişdir. İddiaçı ərizə təqdim edərək bildirmidir ki, cavabdeh həmin borcundan 900 manat pulu qaytarmış, lakin hazırda onun 4100 manat borcu qalmışdır. Sonda iddiaçı iddia tələbini müdafiə etdiyini, ona görə də cavabdehdən borclu qaldığı 4100 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi vəkil X3 eyni məzmunda ifadə verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Nəsir oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri digər iş materialları ilə birlikdə tam və hərtərəfli araşdıraraq və işin müəyyən olunmuş hallarına hüquqi qiymət qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qarayev X2 şəhəri Puşkin küçəsi 7 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh Nəsir oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmış qəbzdən görünür ki, o, İddiaçı 5000 (beş min) manat borc pul götürdüyünü və həmin borcunu tez bir zamanda qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1 maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən borcverən İddiaçı, digər tərəfdən isə borcalan Cavabdeh Nəsir oğlu olmaqla borc müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh Nəsir oğlu İddiaçı 5000 manat borc pul almış, ondan 900 manatını qaytarmış, lakin borclu qaldığı 4100 manat pulu müxtəlif əsaslar gətirməklə ona ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Nəsir oğlundan 4100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Nəsir oğlundan 4100 (dörd min yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar