Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1041/2024 09.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Kamal oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh sürdüyü maşının pulunu ödəməmək məqsədilə və sonradan həmin maşını sataraq iddiaçının pulunu qaytaracağını bildirərək, 17 sentyabr 2022-ci il tarixdə iddiaçıdan 4800 (dörd min səkkiz yüz) manat borc pul istədi, iddiaçı əvvəlcə vermək istəmədi, lakin Cavabdeh qəbz yazaraq və şəxsiyyət vəsiqəsinin surətini verərək götürdüyü borcu tez bir zamanda qaytaracağını bildirdi. İddiaçı onu tanıdığı üçün etibar edib borc pul verdi. Lakin müəyyən vaxt keçməsinə və dəfələrlə telefonla və ya qapısına gedərək götürdüyü borcunu qaytarması tələb edilsə də, Cavabdeh müəyyən bəhanələr edərək, yalan vədlər verərək borcu qaytarmaqdan yayınmışdır. Bu səbəblərdən İddiaçı qanunamüvafiq olaraq məhkəməyə müraciət edərək Cavabdeh məhkəmə qaydasında ona olan borcunu tələb etmək məcburiyyətində qalmışdır. Cavabdeh hal-hazıradək öz borcunu ödəməmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, iddiaçı X4 Cavabdeh ona borclu olmasını təsdiq edəcək, özü tərəfindən yazılmış 17 sentyabr 2022-ci il tarixli qəbzin olduğunu bildirmişdir. İddiaçının tələbi: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4800 manat borc pul vəsaiti və 68 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4868 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçı X1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 4800 manat məbləğində pul götürdüyünü etiraf etmiş, lakin o pulu iddiaçıya qaytardığını bildirmişdir. Cavabdeh pulu qaytarması ilə bağlı bankdan çıxarış gəyirəcəyini bildirsə də, müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Cavabdeh tərəfindən yazılmış və imzalanmış 17 sentyabr 2022-ci il tarixli qəbziltizamdan görünür ki, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat borc pul götürdüyünü bildirmiş və öz imzası ilə təsdiq etmişdir. 23 iyul 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı X4 tərəfindən məhkəmədə iddia qaldırılması üçün 68 (altmış səkkiz) manat dövlət rüsumu ödənilmişdir. İddiaçı X4 tərəfindən cavabdeh X3 ünvanlanmış 21 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 4800 (dörd min səkkiz yüz) manat məbləğində borcun 05 iyul 2024-cü il tarixə kimi qaytarılmasını, əks halda məhkəməyə müraciət olunacağı barədə məlumat vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.3-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı: İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə irəli sürülmüş tələbin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 -ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, iddia ərizəsində tərəflər arasında olan münasibətlərə tətbiq edəcək norma qismində Mülki Məcəllənin 739-cu maddəsi göstərilsə də, məhkəmə iddiaçıya izah edir ki, məcəllənin həmin norması yuxarıda da istinad edildiyi kimi borc müqaviləsini əks etdirir. İş materiallarından da göründüyü kimi tərəflər arasında iki tərəfin iradəsini əks etdirən hər hansı yazılı sənəd deyil, cavabdehin öz adından yazdığı və imzaladığı qəbzi-iltizam tərtib edilmişdir. Əgər tərəflər arasında olan münasibətlərə müqavilə münasibəti kimi yanaşılarsa, bu zaman mövcud əqd etibarsız hesab olunacaqdır. Belə ki, Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa müqavilə yazılı formada bağlanmalıdır. Mübahisəli məbləğin 3000 manatdan çox olduğunu, tərəflər arasında isə yazılı müqavilənin olmadığını nəzərə alaraq, məhkəmə hazırkı iş üzrə iddia tələbi nə qanundan, nə də müqavilədən irəli gəlmədiyini nəzərə alaraq tələbin qanuni əsasını əsassız varlanma kimi qiymətləndirmişdir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh 4800 manat məbləğində pul vermiş və bu fakt cavabdehin etirafı eyni zamanda da iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş qəbz-iltizamla təsdiq olunur. Məhkəmə icraatı zamanı cavabdeh həmin məbləğdə pulu aldığını etiraf etsə də, bu öhdəliklərini icra etdiyini söz olaraq bildirmiş, bu faktı təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmiş, cavabdeh tərəf isə mübahisə predmeti ilə bağlı etirazına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə icraatı zamanı müəyyən olunmuşdur ki tərəflər arasında olan mübahisəyə səbəb cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (4800 manat məbləğində pul) əldə edilməsi olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, əsassız varlanmış şəxs olaraq Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092-ci maddəsinə uyğun olaraq iddiaçının ona qəbz-iltizam əsasında verdiyi 4800 manat məbləğində pulu geri qaytarmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 (altmış səkkiz) manat, cəmi 4868 (dörd min səkkiz yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X2 ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1041/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1041/2024
09.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver