Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1043/2023 03.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(022)-2472/2016 saylı qətnaməsinə əsasən 12 oktyabr 2005-ci ildə doğulmuş Əli və 01 iyun 2007-ci ildə doğulmuş Xədicə adlı uşaqlarının saxlanılması üçün cavabdehdən onun xeyrinə tutulması müəyyən olunmuş hər ay 80 manat məbləğində alimentin miqdarının hər ay 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil X5 məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək göstərmişdir ki, Biləsuvar rayon məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(022)- 2472/2016 saylı qətnaməsinə əsasən 12 oktyabr 2005-ci ildə doğulmuş Əli və 01 iyun 2007-ci ildə doğulmuş Xədicə adlı uşaqların saxlanılması üçün hər ay 80 manat cavabdehdən aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı maddı vəziyyəti həddən artıq ağırdır. Uşağın birinin 15, digərinin isə 17 yaşı vardır. Hər ay cavabdeh tərəfindən verilən 80 manat pul vəsaiti uşağın tələbatını təmin etmir. Uşaqları saxlamaqda çətinlik çəkir. Səhhətində problemlər vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdehin maddi imkanı yüksəkdir. Lakin uşağa əlavə heç bir yardım etmir. Odur ki, Biləsuvar rayon məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(022)- 2472/2016 saylı qətnaməsinə əsasən 01 iyun 2007-ci ildə doğulmuş Xədicə adlı uşağının saxlanılması üçün cavabdehdən onun xeyrinə tutulması müəyyən olunmuş hər ay 80 manat məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini, yəni iddiaçının tələb etdiyi miqdarda alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı № 970281 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 iyun 2007-ci il tarixdə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı yazılmışdır. İş materiyallarında olan AZ-İ seriyalı № 251250 saylı X6 Haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan Biləsuvar şəhəri İnzibati Ərazi Dairəsindən verilmiş 5-39- 1/228 saylı arayışdan görünür ki, Rüstəmova X2 şəhəri T.İsmayılov küçəsi ev 7-də qeydiyyatdadır. Lakin həmin evdə yaşamır. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 28ş04.2023-cü il tarixli MŞL/MT014/2023-00755 saylı arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının iştirak etmiş və 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən yazılı şəkildə imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını - uşağın maddi tələbatının artması, iddiaçı ilə yanaşı cavabdehin də uşağı saxlamaq vəzifəsini, uşağın sağlam şəkildə böyüməsi və minumum yaşayış səviyyəsinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(022)-2472/2016 saylı qətnaməsi ilə Cavabdeh 01 iyun 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat miqdarında müəyyən edilmiş alimentin miqdarı artırılaraq 150 manat sabit pul məbləğində müəyyən edilməlidir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaysan Respublikası Qanunun 9.1-si maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(022)-2472/2016 saylı qətnaməsi ilə Cavabdeh 01 iyun 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 80 (səksən) manat müəyyən edilmiş alimentin miqdarı artırılaraq 150 (yüz əlli) manat müəyyən edilsin. 01 iyun 2007-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1043/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1043/2023
03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver