Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1047/2024 03.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 281,09 manat debitor borcun qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona hesablanmış 281,09 manat debitor borcun qanunsuz hesab edilərək ləğv edilməsi və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar şəhərində yaşayır.Yaşadığı həyət və ev valideynlərinə məxsus olmuşdur. X3 2021-ci ildə, anası isə 2006-cı ildə vəfat etmişlər. 2017-ci ilin iyun ayında Qaz idarəsinin işçiləri gəlib evinə quraşdırılmış qaz sayğacının vaxtı keçdiyi üçün yenisi ilə əvəzləşdirmişlər. Qaz idarəsinin əməkdaşları "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı Akt da tərtib etmişlər. Həmin aktda Qaz idarəsinin əməkdaşları sayğacın yararlı halda qəbul edildiyini qeyd etmişlər. Bu yaxınlarda ona bildirmişlər ki, 5 il bundan əvvəl qaz sayğacına müdaxilə olmuş və buna görə də cərimə ödəməlidir. Onun heç vaxt qaz sayğacına müdaxiləsi olmamışdır. Bir də istifadə müddəti keçmiş qaz sayğacını qaz idarəsinin işçiləri özləri çıxarmış və aktda da sayğacın yararlı olduğunu göstərmişlər. Əgər müdaxilə var idisə onlar nəyə görə həmin vaxt ona demədən akt yazaraq sayğaca müdaxilə olduğunu göstərmiş və 2 ildən sonra bu barədə ona bildirmişlər. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Abıyev X1 şəhəri M.İbrahimov küçəsi ev 281 ünvanında yaşamaqla X2 İstismar İdarəsinin Biləsuvar Xidmət Sahəsində **********01580 saylı kodla abonent qeydiyyatındadır. Belə ki, abonent İddiaçı mənzilinə xx.xx.2010-cu il tarixdə ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Sözügedən qaz sayğacının plombu karroziyaya uğradığı üçün xx.xx.2017-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli aktla 04343881 nömrəli plombla əvəz olunaraq xx.xx.2017-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli aklta sayğacı yararlı qəbul etmişdir. xx.xx.2019-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı aktla ******* nömrəli sayğac növbəti dövlət yoxlamasına getdiyi üçün **********4 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu" haqqında ******* nömrəli aktla abonent İddiaçı barəsində itirilmiş qazın bərpası ilə bağlı hər hansı akt tərtib edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı 281.09 manat debitor borcunun qanunsuz hesab edilərək ləğv edilməsinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X2 İstismarı İdarəsinin 29 avqust 2024-cü il tarixli müraciətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə təbii qazdan istifadəyə görə 262.69 manat debitor borcu vardır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Zenner tipli G-4 markalı **********4 nömrəli qaz sayğacı saz vəziyyətdə qəbul edilmiş və Elestr tipli G-4 markalı ******* nömrəli sayğacın abonentə təhvil verilməsi barədə aktda sayğacı yararlı vəziyyətdə qəbul etməsinə dair qeyd aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddia ərizəsindən görünür ki, iddiaçı tələbini evinə quraşdırılmış qaz sayğacına müdaxilə etmədiyi halda, cavabdeh təşkilat tərəfindən qaz sayğacına müdaxilə etməsi səbəbindən barəsində qanunsuz olaraq akt tərtib edilməklə 281,09 manat ona borc hesablanması ilə əsaslandırmışdır. Lakin iş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı əvvəlki illərdə qazdan istifadəyə görə ödənişləri tam olaraq icra etməməsi səbəbindən onun debitor borcu yaranmışdır. İddiaçı qazdan istifadəyə görə illər üzrə borcunun olmadığını, həmin borcun əsassız olaraq ona hesablandığını göstərsə də, istinad etdiyi halı təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, İddiaçı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona hesablanmış 281,09 manat debitor borcun qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona hesablanmış 281,09 manat debitor borcun qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1047/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1047/2024
03.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver