Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1071/2025 24.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh dələduzluq yolu ilə ondan mənimsədiyi 7.500 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 95 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandlrmışdır ki, Cavabdeh onun etibarından sui-istifadə eməklə və aldatma yolu ilə ünvan 1 ünvanda yerləşən evin mülkiyyətində olması və ya həmin evə dair hər hansı sənədə malik olmadığı halda satılması üçün elan verdikdən sonra ona 36.000 manata satacağı ilə razılaşmış və cavabdeh 10 oktyabr 2022-ci il tarixdə ünvan 2 ünvanda yerləşən “Park Azur" yaşayış kompleksinin qarşısında ondan 12.000 manat nağd pul vəsaitini beh kimi alıb ələ keçirməklə 12.000 (on iki min) manat miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cavabdeh onu aldadaraq ələ keçirdiyi 12000 manat puldan 4500 manatını qaytarsa da, qalan 7.500 manat pulu ona ödəməmişdir. Onun şikayəti əsasında Xətai Rayon Məhkəməsinin 1(011)-356/2023 saylı xx.xx.2023 tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonda iddiaçı Cavabdeh dələduzluq yolu ilə ondan mənimsədiyi 7.500 manat və dövlət rüsumu olaraq ödədiyi 95 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə nümayəndəsini göndərməmiş, nə də iddia tələbinə münasibətini bildirməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-356/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh məhkəmədə ifadəsində göstərmişdir ki, övladlarının dolanışığını təmin etmək üçün pul əldə etmək niyyəti ilə yaşadığı evi satmağı barədə sosial şəbəkədə elan yerləşdirmişdir. Lakin evə dair hər hansı sənədi və ya evin ona məxsus olması barədə heç bir çıxarışı olmamışdır. Niyyəti təcili olaraq pul əldə edərək Türkiyə Respublikasına getmək olmuşdur. Övladı futbol ilə məşğul olmuş və bununla əlaqədar oğluna Türkiyə Cumhuriyetinin “Beşiktaş” klubunun 13 yaşlılaradək komandasından təklif gəlmişdir. Oğlunun gələcəyini fikirləşdiyi üçün, həmçinin borclarının olması və borclarını ödəməkdə çətinlik çəkməyi səbəbindən X1 şəhərinə köçmək qərarına gəlmişdir. Zabrat qəsəbəsində yaşadığı ev həyət evi olmaqla 3 otaqdan ibarətdir. Evə dair elan yerləşdirdikdən 3 gün sonra Mülkədar adlı makler ilə əlaqə saxlamışdır. Mülkədara evi 36.000 manat dəyərindən aşağı qiymətə satdığını bildirmişdir. Mülkədar ev barədə ətraflı məlumat alaraq sağollaşmışdır. Bundan sonra bir neçə gün sonra Mülkədar ounla əlaqə saxlayaraq evə müştəri tapdığını bildirmiş və uyğun zamanda gəlib evə baxmaq stədiklərini demişdir. Həmin şəxs ilə razılaşmışdır. 10 oktyabr 2022-ci il tarixdə Mülkədar ilə birlikdə evə müştəri qismində baxmaq üçün adı sonradan məlum olan Əfqan və sonuncunun valideyinləri gəlmişdir. Onlar evə baxdıqdan sonra bəyəndiklərini bildirmişlər və onlar 36.000 manat qarşılığında evin satılması barədə razılaşmışlar. Həmin zaman onlara 12.000 manat beh verilməsi, qalan məbləğin isə sənədlər hazır olmadığından hazır olan müddətədək ödənilməsi barədə razılaşmışdır. Reallıqda isə evin sənədlərinin hazırlanması barədə heç bir addım atmamışdır. Baş verən hadisə zamanı artıq azyaşlı övladları ilə birlikdə 3 aylıq “Park Azure” yaşayış kompleksində kirayə yaşamışdır. Əfqan və ailəsi evə baxıb razılaşdıqdan sonra onlar birlikdə Əfqanın yaşadığı Bakıxanov qəsəbəsinə getmişlər. Əfqanın evdə xəstə bacısı da olmuşdur. Əvvəlcə Əfqanın bacısını görüb pis olsada məcburiyyət üçün yenidən Əfqanı aldatmağa davam etmişdir. Əfqanın və valideylərinin iştirakı ilə ərizə tərtib olunmuşdur. Bundan sonra Əfqan öz avtomobili ilə “Park Azure” yaşayış kompleksinin qarşısına gətirmişdir. Bundan sonra Əfqan həmin ünvanda 12.000 manat pul vermişdir. Əfqana bildirmişdir ki, sənədlər hazır olanda məlumat verəcək. Daha sonra onlar sağollaşmış və ev ünvanına qalxmışdır. Həmin günü Əfqanın və ailəsinin saflığından istifadə edərək daha 4.000 manatını əldə etmək qərarına gəlmişdir. Axşam saatlarında Əfqana zəng edərək sənədlərin hazırlanması prosesi üçün əlavə 4.000 manat lazım olduğunu demişdir. Bundan sonra Əfqanı evinə dəvət etmişdir. Bir saat keçdikdən sonra Əfqan, atası Qəzənfər və onları tanış edən makler Mülkədar ilə birlikdə “Park Azure” yaşayış kompleksində kirayə yaşadığı evə gəlmişlər. Orada Əfqana demişdir ki, sənədlər 10 gün ərzində hazır olacaqdır, bunun üçün əlavə pul lazımdır. Bundan sonra Əfqan şübhələnmiş və bildirmişdir ki, heç bir məbləğdə pul verməyəcək. Həmin vaxt Əfqan verdiyi 12.000 manatı tələb etmişdir. Əfqana pulu gün ərzində xərclədiyini demişdir. Əfqan da polisə müraciət etmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət olunmuş və orada izahatı alınmışdır. Əfqanı aldadaraq sonuncudan 12.000 manat məbləğində pul almışdır. Həmin pulun 4.500 manatını geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərəri ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-356/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh İddiaçı ev alqı-satısı ilə bağlı aldatmaqla ondan 12000 (on iki min) manat pul almış, həmin pulun 4500 manatını qaytarsa da, müxtəlif əsaslar gətirməklə 7500 manat pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddiaçının iddia tələbinə qarşı etirazını əsaslandıran məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 7500 (yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 95 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavbadeh Cavabdeh 7500 (yeddi min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 95 (doxsan beş) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində ondan Biləsuvar rayon Məhkəməsi, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(022)-1071/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1071/2025
24.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver