Məhkəmə qərarları › İş №2(022)-108/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-108/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-108/2025 16.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Borclu Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Borclu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirərək, xx.xx.2008-ci il tarixdə doğulmuş Sərvət, xx.xx.2010-cu il tarixdə doğulmuş Zeynəb və xx.xx.2015-ci il tarixdə doğulmuş Ümid adlı övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona verilmsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurararaq rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan onların xx.xx.2008-ci il tarixdə Sərvət, xx.xx.2010cu il tarixdə Zeynəb və xx.xx.2015-ci il tarixdə isə Ümid adlı övladları dünyaya gəlmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Sərvət və Zeynəb adlı övladlarının atasının cavabdeh olması faktı müəyyən edilmiş və cavabdehdən hər uşağa görə hər ay 80 manat alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. 2017-ci ildən artıq 7 il keçmiş və bu müddətdə həm qiymətlər, həm də insanların gəlirləri artmışdır. Hazırki vəziyyətdə övladının saxlanılması üçün cavabdehdən tutulan hər uşağa görə 80 manat miqdarında alimentin məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə cavabdehdən hər uşağa görə hər ay üçün 80 manat alimentin tutulması müəyyən etmişdir. Ona görə də Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirərək, xx.xx.2008-ci il tarixdə doğulmuş Sərvət, xx.xx.2010-cu il tarixdə doğulmuş Zeynəb və xx.xx.2015-ci il tarixdə doğulmuş Ümid adlı övladlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat alimentin tutularaq ona verilmsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına dəyişiklik edilməsi barədə» Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyn edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti «indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsindən göründüyü kimi iddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilən əsaslara, yəni aliment ödəyən tərəfin gəlirlərinin artmasına əsaslanmadan, 2017-ci ildən keçən 7 il müddətində qiymətlərin artması ilə yanaşı insanların gəlirlərinin artasına istinadən alimentin miqdarının artırılmasını tələb etmişdir. Göründüyü kimi iddiaçı iddiasını minimum əmək haqqı məbləğinin artımına əsaslanaraq vermişdir. Göstərilənlərə əsasən və MPM-in 153.2.1-ci, 261.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Borclu Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar