Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1081/2024 20.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qrşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar şəhər sakini Cavabdeh 15700 (on beş min yeddi yüz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin fevral ayında tanışı Biləsuvar şəhər sakini Cavabdeh Buludxan oğlu ilə nahar edən zaman ona bildirmişdir ki, "İran İsalm Respublikasından pinqivin sellofan gətirib topdan sataraq pul qazanmaq olur, şərik işləmək istəyirsənsə pul ver işə başlayaq". O, da inandığından cavabdehə əvvəlcə 5000 (beş min) manat, sonradan 4000 (dörd min) manat, daha sonra isə 3000 (üç min) manat pul göndərmişdir. Mahir onu inandırmaq üçün gətirəcəyi sellefondan nümunə göndərsə də sonran alverdən yayınmışdır. Hər dəfə onunla danışanda alver edərək 700 (yeddi yüz) manat qazancı da maya üçün saxladığını bildirmişdir. Maraqlandıqda isə ona məlum olmuşdur ki, Mahir onu aldadır, əslində onun borcu çox olduğundan ondan aldadıb aldığı pulları köhnə borc sahiblərinə qaytarmışdır. Belə ki, o, Mahirə göndərdiyi pulun 6000 (altı min) manatını həyat yoldaşının adına rəsmləşdirilən kredit müqaviləsinə əsasən pulu götürüb ona vermiş, həmin kredit öhdəliyi üzrə bankın faiz borcunu ödəmişdir. Özü sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan Mahirin təqsiri ucbatından maddi ziyana düşməsi səbəbindən vergi və diğər ödəmələri gecikdirmiş, ona görə də 3000 (üç min) manat ziyanla üzləşmişdir. Bütün bu dövrdə Mahirin təqsiri və aldatması səbəbindən 15700 (on beş min yeddi yüz) manat ona maddi ziyan dəyimişdir. O, xx.xx.2024-cü ildə Biləsuvar Rayon Polis Şöbəsinə Mahir tərəfindən aldadıldığı barədə şikayət etmiş, şikayəti üzrə Təhqiqat Bölməsində müvafiq araşdırılma aparılmış, Mahir tərəfindən verilmiş izahatda Mahirin ona borclu olduğu təsdiqini tapmış, lakin maddi imkanı zəif olmasını bəhanə gətirməklə ona dəymiş ziyanı ödəməkdən yayınmışdır. O, özü hal-hazırda maddi çətinlik çəkir, sahibkarlıq fəaliyyəti dayanmış, vergi qeydiyyatı dondurulmuşdur.Bu səbəbdən də Mahirin onu aldadaraq aldığı pulun özünə qaytarılmasını istəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, həm İddiaçı (VÖEN: **********) və həm də Cavabdeh iş üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən (VÖEN: **********) vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hazırki iş üzrə mübahisənin subyektlərindən görünür ki, Cavabdeh fərdi sahibkar statusuna malk olmaqla sahibkarlıq fəaliyyətini həyata keçirir, iddiaçı özü də fərdi sahibkar kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə ki, işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh sahibkarlıq subyektləri olmaqla vergi ödəyiciləridir və mübahisə xarakterinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 15700 (on beş min yeddi yüz) manat pul tələbinə dair iddia ərizəsinə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı 15700 (on beş min yeddi yüz) manat pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-1081/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1081/2024
20.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver