Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1107/2024 17.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 18 aprel 2022-ci il tarixdə aralarında bağlanmış müqaviləyə və ödəniş cədvəlinə əsasən ayda 27 manat ödəməklə 12 ay müddətinə ödəyib qurtarmaqla 324 (üç yüz iyirmi dörd) manat dəyərində REDMİ 9 32 GB markalı telefonu nisyə almışdır. Aralarında bağlanmış müqaviləyə əsasən borcdan 108 (yüz səkkiz) manat ödənilmiş, 216 (iki yüz on altı) manat isə ödənilməmiş qalmışdır. İddiaçı dəfələrlə Cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb borcu ödəməyi xahiş etsə də, Cavabdeh xahişlərə məhəl qoymamış və borcu ödəməmişdir. Bu səbəbdən də 19 iyul 2024-cü il tarixdə nümayəndə vasitəsi ilə Cavabdeh pretenziya məktubu göndərilərək 10 gün müddətində tələbə əməl olunması xahiş edilmiş, lakin Cavabdeh 28 iyul 2024-cü il tarixdə pretenziya məktubunu alsa da, tələbə əməl etməmişdir. Bu səbəbdən İddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının tələbi: Əsas borca görə 216 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 100 manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 3 manat, pretenziyanın göndərilməsi üçün poçta ödənilmiş 2,37 manat, cəmi 351,37 manat məbləğində pul vəsaitinin Cavabdeh alinaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilmısini məhkəmədən xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 18 aprel 2022-ci il tarixli müqaviəyə əsasən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı müqaviləyə əsasən Cavabdeh REDMİ 9 32 GB markalı telefonu nisyə almaq şərti ilə aylıq 27 manat olmaqla 12 ay müddətinə cəmi 324 manat ödəməyi şəxsi imzası ilə öz öhdəsinə götürmüş, cəmi 108 manat ödəniş edilmişdir. 19 iyul 2024-cü il tarixli pretenziya məktubundan görünürki, Cavabdeh borcu olan 216 (iki yüz on altı) manat məbləğində pul vəsaitinin ödənilməsi üçün İddiaçı tərəfindən 10 gün müddətinə vaxt verilmiş, ödənilmədiyi halda isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. BPM**********32 nömrəli mədaxil qəbzindəndə görünür ki, Biləsuvar Rayon Vəkil Bürosunun bank hesabına 100 (yüz manat) manat ödəniş edilmişdir. 1S-2646 nömrəli reyesterden çıxarışa əsasən AR-İİİ 409944 nömrəli etibarnamənin təsdiq ediməsi üçün notariat ofisinə 3 manat məbləğində dövlət rüsumu ödənilmişdir. **********2 nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı 30 manat məbləğində iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 739.2-ci maddəsinə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; (əvvəlki redaksiya)
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada şifahi qaydada borc müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, İddiaçı olan borcunu ödəməmişdir. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi İddiaçı ödəməlidir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əsas borca görə 216 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 100 manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 3 manat, pretenziyanın göndərilməsi üçün poçta ödənilmiş 2,37 manat, cəmi 351,37 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddiaçı iddiası təmin edilsin. Əsas borca görə 216 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 100 manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 3 manat, pretenziyanın göndərilməsi üçün poçta ödənilmiş 2,37 manat, cəmi 351,37 (üç yüz əlli bir manat otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova