Məhkəmə qərarları › İş №2(022)-1116/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1116/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1116/2024 23.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kişik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borca görə 520 manat, dövlət rüsumuna görə ödədiyi 30 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 100 manat, etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 3 manat, pretenziyanın göndərilməsi üçün poçta ödənilmiş 2,37 manat, cəmi 655,37 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onunla bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və ödəniş cədvəlinə əsasən ayda 90 (doxsan) manat ödəməklə 6 ay müddətinə 540 ( beş yüz qırx) manat dəyərində REDMİ NOT 11 4/64 GB markalı mobil telefonu və xx.xx.2023-cü il tarixli müqaviləyə və ödəniş cədvəlinə əsasən ayda 48 (qırx səkkiz) manat ödəməklə 12 ay müddətinə 576 (beş yüz yetmiş altı) manat dəyərində SAMSUNG A 24/128 GB markalı mobil telefonu nisyə almışdır. Aralarında bağlanmış birinci müqaviləyə əsasən cavabdeh borcdan 500 (beş yüz) manat ödəmiş, həmin borcdan 40 (qırx ) manat qalmışdır. İkinci müqavilə üzrə borcdan 96 manat ödəmiş, 480 manat isə ödənilməmiş qalmışdır. Dəfələrlə cavabdehlə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb borcu ödəməsini xahiş etsə də, cavabdeh onun xahişlərinə məhəl qoymamış və nəticədə üzərinə götürdüyü öhdəliklərə əməl etməmidir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə nümayəndəsi tərəfindən cavabdehə pretenziya göndərilərək 10 (on) gün müddətində borcu ödəmək təklif edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə pretenziyanı alsa da, heç bir üzürlü səbəb göstərmədən borcu ödəməmişdir. Hazırda cavabdehin ona borcu cəmi 520 mantdır.Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, alqı-satqı müqaviləsinə əsasən İddiaçı 540 manat məbləğində malı 6 ay müddətinə hər ay 90 manat ödəmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki alqı-satqı müqaviləsinə əsasən 576 manat məbləğində malı 12 ay müddətinə hər ay 48 manat ödəmək şərti ilə Cavabdeh satmışdır. Beləliklə, iş materialları ilə müəyyn olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alıq-satqı müqavilələrinə əsasən «satıcı» olaraq İddiaçı «alıcı» olaraq Cavabdeh 6 ay müddətinə ayda 90 (doxsan) manat ödəməklə 540 ( beş yüz qırx) manat dəyərində REDMİ NOT 11 4/64 GB markalı mobil telefonu və 12 ay müddətinə ayda 48 (qırx səkkiz) manat ödəməklə 576 (beş yüz yetmiş altı) manat dəyərində SAMSUNG A 24/128 GB markalı mobil telefonu nisyə olaraq Cavabdeh satmış, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən REDMİ NOT 11 4/64 GB markalı mobil telefona görə 500 (beş yüz) manat ödəmiş etmiş, lakin 40 (qırx ) manat ödənilməmiş qalmışdır. Bundanə əlavə, xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən 576 (beş yüz yetmiş altı) manat dəyərində SAMSUNG A 24/128 GB markalı mobil telefona görə 96 manat ödəmiş, 480 manat isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə (nisyə) alqı-satqı müqavilələri üzrə 520 (beş yüz iyirmi) manat məbləğdə pul vəsaiti Cavabdehdan iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınaraq İddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat və vəkilin hesabına ödənilmiş məbləğin bir hissəsinin əvəzi qismində 50 (əlli) manat pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 520 (beş yüz iyirmi) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və vəkilin hesabına ödənilmiş məbləğin bir hissəsinin əvəzi qismində 50 (əlli) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar