Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1130/2025 04.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında yaranmış torpaq mübahisəsi ilə bağlı dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 2(022)-98/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi, eyni tərəflər arasında “maddi ziyanın ödənilməsi tələbi” barədə mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə qəbul edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda “maddi ziyanın ödənilməsi tələbi” barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq İddiaçı Cavabdeh qarşı yenidən “maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında “maddi ziyanın ödənilməsi tələbi” ilə bağlı mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə qəbul edildiyindən hazırkı iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, 11 iyul 2024-cü il tarixli 14221103 nömrəli büdcə təsnifat kodu üzrə, AZ73CTRE******************** nömrəli xəzinə hesabına (VÖEN **********) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Biləsuvar Rayon Filialına (VÖEN **********) dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149, 150, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. 11 iyul 2024-cü il tarixli 14221103 nömrəli büdcə təsnifat kodu üzrə, AZ73CTRE******************** nömrəli xəzinə hesabına (VÖEN **********) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, Biləsuvar Rayon Filialına (VÖEN **********) dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1130/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1130/2025
04.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver