Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1132/2024 29.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq”Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun onun abonent hesabından silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 002610 saylı, xx.xx.2024 il tarixli aktın ləğv edilməsi və dəymiş ziyana görə hesablanmış 799 manat 24 qəpik (yeddi yüz doxsan doqquz manat 24 qəpik) manat cərimə məbləğinin **********00245 saylı abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşmə ərizəsi təqdim edərək iddia tələbini onunla əsaslandırmışıdır ki, "xxxx" ASC ilə onun arasında Biləsuvar rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsinə dair bağlanılmış müqaviləyə əsasən istehlakçı olaraq ona **********00245 saylı abonent kodu verilmişdir. Bir istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini həmişə normal ödəmiş, elektrik enerjisindən istifadə qaydalarına və mövcud müqavilə şərtlərinə uyğun istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən onlara xəbərdarlıq edilmədən, baxışda iştirakı təmin edilmədən yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi sayğacına baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq 002610 saylı, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və həmin aktda onların guya Elektrik Enerjisindən istifadə Qaydalarını pozmasına dair qeyd yazılmışdır. Belə ki, sayğaca baxış onlara xəbər verilmədən və onların iştirakı təmin edilmədən keçirilmişdir. Sonradan ərazi üzrə nəzarətçi bildiriş təqdim edərkən 799 manat 24 qəpik (yeddi yüz doxsan doqquz manat 24 qəpik) borc yazıldığını görmüş və borcun səbəbini soruşduqda bildirilmişdir ki, guya o, kənardan verilən naqillə elektrik sayğacını dövriyyədən kənarlaşdırmış və yazılmış cərimə də bununla bağlı tətbiq edilmişdir.Tərtib edilmiş həmin aktdan görünür ki, istehlakçının baxışda iştirakı təmin edilməmişdir. Yəni xəbərdarlıq edilməmiş və akt tərtib edilərkən istehlakçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Əgər onun həmin baxışda iştirakı təmin edilsəydi, birinci variantda aktda imzası olardı, ikinci variantda, imza atmaqdan imtina etsəydi, onda bu barədə aktda qeyd yazılardı. Göründüyü kimi aktda nə onun imzası yoxdur, nə də imza etməkdən imtinaya dair qeyd yoxdur. Bu da həmin aktın "özbaşına" və "gizli" tərtib edildiyini göstərir. Digər tərəfdən sayğacdan kənar bir elektrik xətti olsaydı həmin kənar xəttin foto və yaxud video çəkilişi aparılardı. Əgər belə bir kənar xətt varsa, yaxud olubsa, onda cavabdeh bunun foto və ya video çəkilişini məhkəməyə təqdim etsin. O,elektrik enerjisindən istifadəyə görə hər ay kifayət qədər məbləğlər ödəmişdir. Abonentin saldosundan görünür ki, cari ilin yeddi ayı ərzində o, 280 manat 07 qəpik, 2023-cü il ərzində 503 manat 53 qəpik, 2022-ci il ərzində 447 manat 24 qəpik məbləğində elektrik enerjisindən istifadə etmişdir. Qış aylarında o, bir ay üçün 80 manata qədər məbləğlərdə elektrik enerjisindən istifadə etmişdir. Sonda iddiaçı dəymiş ziyana görə hesablanmış 799 manat 24 qəpik borcun onun abonent hesabndan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə teleqram ünvanlayaraq iddianın əsassız olduğunu, «Azərişıq” ASC-nin əməkdaşlarının keçirilmiş reyd zamanı çəkiliş aparmalarına dair video görüntüləri məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyall № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsayev X1 rayonu Səmədabad kəndində qeydiyyatdadır. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 05 iyul 2024-cü il tarixli AKT № 002610 saylı aktından görünür ki, abonent İddiaçı məxsus yaşayış evinə quraşdırılmış **********00245 kodu olan sayğaca baxış zamanı məlum olmuşdur ki, abonent elektrik enerjisindən sayğacdan kənar istifadə edir. İş materiallarında olan «Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş videoçəkilişdən də görünür ki, İddiaçı sayğacdan kənar elektrik enerjisindən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC-nin elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə hesablanmış cərimə borcunun onun abonent hesabından silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən barəsində hesablanmış 799 manat 24 qəpik borcun onun abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1132/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1132/2024
29.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver