Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1136/2025 10.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Biləsuvar rayonu Aşağı Cürəli kəndində 18 may 2025-ci il tarixdə, saat 20:20 radələrində bir baş iri buynuzlu inəyini yol-nəqliyyat hadisəsi nəticəsində vuraraq öldürməsi nəticəsində ona dəymiş 2500 (iki min beş yüz) manat məbləğində zərərin əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun təsərrufatında olan bir baş iri buynuzlu inəyini 18 may 2025-ci il tarixdə, axşamüstü saat 20:20 radələrində heyvanları evə apararkən Aşağı Cürəli kəndi məktəbinin qarşısında AR DİN BDYP idarəsinin verdiyi texniki pasporta əsasən, **-UL-*** dövlət nömrə nişanlı, “Opel Astra” markalı avtomaşını idarə edən Cavabdeh vuraraq öldürmüş və hadisə yerində inəyin başını özü kəsmişdir. Cavabdeh 18 may 2025-ci ildə təxminən saat 20:20 radələrində Aşağı Cürəli kənd tam orta məktəbinin qarşısında gediş istiqamətindən əks istiqamətə çıxaraq, yolun sol zolağında onun iri buynuzlu bir baş inəyini idarə etdiyi avtomaşnla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vuraraq öldürmüşdür. Cavabdeh idarə etdiyi avtomaşın yüksək sürətlə inəyə toxunduğundan inək hadisə yerində ölmüş və həmin vaxt kənd sakini Siyasət adlı şəxsdən bıçaq alaraq inəyin başını kəsmişdir. Həmin vaxt Rövşən ona atasının gəlib ona dəyən ziyanı ödəyəcəyini bildirmişdir. Atası yol polisi əməkdaşları ilə saat 21:27-də hadisə yerinə çatmış, polislər gələn kimi hadisə yerinə baxış keçirmədən, şəkillər və hadisənin baş verməsi barədə məlumat və izahatlar alınmadan onu günahlandıraraq inəyi yiyəsiz buraxdığını bildirmişlər. Halbuki, məktəbin qarşısında surət həddi 40 km saatdır. Cavabdeh avtomabili yüksək sürətlə idarə edərək yolun sağ hissəsi ilə getməli olduğu halda, getdiyi yolun sol zolağına çıxaraq yüksək surətlə inəyi vurmuşdur. İş materialından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biləsuvar rayon məhkəməsi tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati protokol və ona əlavə edilmiş materiallar tamamlanması üçün Biləsuvar rayon Polis şöbəsinə geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd. İş materiallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinə dair inzibati xəta ilə əlaqədar cavabdehin inzibati məsuliyyətini müəyyən edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, məhkəməyə iddia ərizəsi verilərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi tələbinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə ələaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizələri verildikdə; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat, 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. MPM-in 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-1136/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1136/2025
10.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver