Məhkəmə qərarları › İş №2(022)-1149/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1149/2024

15.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1149/2024 15.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı icra məmuru X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun dəyəri olan cəmi 1277 (min iki yüz. yetmiş yeddi ) manat, 40 (qırx) qəpik pulun ondan alınaraq dövlət nəfinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı icra məmuru X5 iddia ərizəsinə dəqiqləşmə verərək izahatında göstərmişdir ki, cavabdeh Səfərov X2 Ağır Cinayətlər məhkəməsinin 1(099)- 245/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü İlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsrli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.Hökmün İcrası İddiaçınə həvalə edilmişdir.Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır.Bundan sonra 17 iyun 2022-ci il tarixdə şöbə rəisi İlkin Əzizov məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzlİyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir.Elə həmin müvafiq aktla bir ədəd 35640265 nömrəli mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd şarj cihazı hazırkı iş üzrə Cavabdeh təhvil verilmişdir.Bu nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə eldiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir.Lakin cavabdeh öz dediyinə görə elektron qolbağı xx.xx.2024-cü il tarixdə Biləsuvar şəhəri ərazisində yerləşən aerodrom tərəfdəki su kanalında yuyunduğu zaman itirmişdir.Tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobii qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat, 40 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, məhkum həmin məbləğdən cəmi 1400 (min manat) ödəmiş, hazırda onun ödənilməmiş borcu 877 manat 40 qəpikdir.Belə olan halda hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu itirilmiş və dövlətə maddi ziyan dəymişdir. Sonda İddiaçı nümayəndəsi X1 Elnur Aydın oğlundan 877 manat 40 qəpik pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək təmin olunasına qarşı etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsrli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. İşdə olan 17 iyun 2022-ci il tarixli № xx-xx/2022 nömrəli protokoldan görünür ki, Cavabdeh 35640265 saylı mobil nəzarət qurğusu və sarj cihazı işlək vəziyyətdə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Lənkəran Ağır Cinayətlər məhkəməsinin 1(099)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsrli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsinin (mobil nəzarət qurğusunun) işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrini yerinə yetirməmiş və bununla da İddiaçınə 2277.40 manat dəyərində ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, işdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş, elektron nəzarət vasitəsini yarasız vəziyyətə salmış, nəticədə İddiaçınə 2277 manat 40 qəpik dəyərində maddi zərər vurmuşdur. Lakin həmin dəymiş zərərin 1400 manatı cavabdeh tərəfindən ödənilsə də hazırda 877 manat 40 qəpik ödənilməmiş qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 877 manat 40 qəpik məbləğdə pul vəsaiti alınıb Azərbaycan Respublikasının Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.15-ci maddəsinə əsasən dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 877 (səkkiz yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik pul vəsaiti alınıb Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar