Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1159/2025 19.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı dəymiş ziyana görə yazılmış borcun abonent hesabından silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Azəriqaz" İB tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2025-ci il tarixli tələbnamənin ləğv edilməsi və dəymiş ziyana görə ona hesablanmış 2863 manat 90 qəpik məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, onunla "Azəriqaz" İB-i arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bir istehlakçı kimi həmişə təbii X7na, mövcud müqavilə şərtlərinə uyğun istifadə etmişdir. xx.xx.2025-ci ildə qaz təsərrüfatı işçiləri ona məxsus evin qaz sərfiyyatının ölçülməsi üçün quraşdırılmış qaz sayğacına baxış keçirərək, ******* saylı akt tərtib etmişlər. Tərtib edilmiş aktın qeyd hissəsində (həmin qarafada sayğacın çıxarılma səbəbləri göstərilir) sayğacın yerində başqa sayğac quraşdırılması səbəbindən çıxarılmasına dair qeyd edilmişdir. Akt tərtib edilərkən ailə üzvlərindən kim isə dəvət edilməmiş və akta imza etməmişdir. Daha sonra cavabdeh tərəfindən 10593 m3 qaz itkisi hesablanaraq, ona 2863 manat 90 qəpik məbləğində borc yazılmışdır. Həmin tələbnamədən görünür ki, cavabdeh tərəf ona 2863 manat 90 qəpik məbləğində dəymiş ziyan hesablamışdır. Hal-hazırda "Azəriqaz" İB tərəfindən abonent hesabına əsassız olaraq 2863 manat 90 qəpik məbləğində borc yazılmışdır. Hesab edir ki, bu qanunsuzdur. Saldonun "Qalıq və aktlar" qrafasından görünür ki, cari ilin aprel ayında onun abonent hesabına 2863 manat 90 qəpik məbləğində borc yazılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 izahatında iddia tələbini müdafiə etdiyini, ona görə də tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan stifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* saylı aktin ləğv edilməsi, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı Musayev X4 rayonu, Günəşli kəndində yaşamaqla Lənkəran X8 İdarəsinin Biləsuvar Xidmət Sahəsində **********01220 saylı kodla abonent qeydiyyatındadır.“Azəriqaz” İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2025-cü il tarixdə Biləsuvar rayonu, Günəşli kəndində İddiaçı yaşayış sahəsində təbii qazın uçotu və təbii X7na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı İddiaçı “X7”nın tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacı açaraq Lənkəran RQİİ-nin Biləsuvar XS də qeydiyyatda olmayan sayğac quraşdırmışdır. Təbii X7nın pozulması haqqında xx.xx.2025-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmışdir. “Azəriqaz” İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X7nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq xx.xx.2025-ci il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 10593 m3 olmaqla İddiaçı abonent hesabına 2863 manat 9 qəpik pul hesablanmışdır. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” X1 X8 İdarəsinin “təbii X7nın pozulması haqqında” 30 aprel 2025-ci il tarixli AKT № ******* nömrəli aktına əsasən abonent qaz sayğacını açaraq əvəzində G-4 markalı 1002AQ**********9 nömrəli qaz sayğacını bağlayıb qeyri-qanuni təbii qazdan istifadə etməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, abonent İddiaçı Əlyar oğluna məxsus abonent kodu **********01220 olan Zenner G4T smart tipli № **********669, quraşdırma tarixi xx.xx.2023-cü il. Qazın sərfi 10593 m3 qalıq və aktlar 2863.90 manat təşkil etmişdir. İş materiallarında olan “Azəriqaz” X1 X8 İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 aprel 2024-cü il tarixli akta əsasən qaz istifadəçilərindən PQ-3 maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 278 gün qeyri standart su qızdırıcı 80 litr, maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 12 saat, hesabat müddəti 278 gün, qaz sobası (İran sobası) maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, oırta günlük iş rejimi 12 saat, hesabat müddəti 151 gün, qaz sobası (dəmoir sobası) maksimal saatlıq qaz. sərfi 1.4 m3/saat, orta günlük ış rejimi 12 saat, hesabat müddəti 151 gün, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin.0.8x12x278=2669 0.8x12x278=2669 1.4x12x151=2537 1.5x12x151=2427.90 cəmi: 10593m3 il ərzində istifadə olunan qaz sərfi 0 m3 olduğundan 1200-0=1200m3 1200x0.125=150 1300x0.22=286 8093x0.30=2002.80 cəmi 2863.9 manat ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş video çəkilişdən də müəyyən olunur ki, İddiaçı təbii X7nı pozaraq təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, işin hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı “Azəriqaz" İB tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2025-ci il tarixli tələbnamənin ləğv edilməsi və dəymiş ziyana görə ona hesablanmış 2863 manat 90 qəpik məbləğində borcun abonent hesabından silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh «Azəriqaz”İstehsalat Birliyinə qarşı “Azəriqaz" İB tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2025-ci il tarixli tələbnamənin ləğv edilməsi və dəymiş ziyana görə ona hesablanmış 2863 manat 90 qəpik məbləğində borcun abonent hesabından silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1159/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1159/2025
19.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver