Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1161/2024 17.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 16 may 2023-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında Cavabdeh verdiyi 4.400 manat məbləğində pul vəsatinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 15 avqust 2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 16 may 2023-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında Cavabdeh verdiyi 4.400 manat məbləğində pul vəsatinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 17 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, kredit müqaviləsinin müddətinin bitməsinə 3 ay qalmış Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışdır. Vaxtından əvvəl iddia qaldırdığına görə o, hazırda mülki işin mahiyyəti üzrə baxılmasını istəmir. Bununla əlaqədar İddiaçı Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin geri qaytarılmasını xahiş etdi. Həmçinin İddiaçı iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə İddiaçı dinləyərək hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 16 may 2023-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında Cavabdeh verdiyi 4.400 manat məbləğində pul vəsatinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 64 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1161/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1161/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver