Məhkəmə qərarları › İş №2(022)-1166/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1166/2025

18.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1166/2025 18.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 7600 manat pul tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ondan borc olaraq almış olduğu 4720 manat və ödənilmiş dövlət rüsumuna görə 67.20 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o, Biləsuvar şəhərində yaşamaqla fərdi əmək fəaliyyəti ilə məşğul olur. 2024-ci ilin fevral ayında Biləsuvar rayonundan olan bir tanışı Cavabdeh onun yanına gətirərək, xeyir işi olduğu üçün pul lazım olduğunu bildirmişdir. Cavabdeh onunla söhbət zamanı ona 7600.0 manat pul lazım olduğunu və ona köməklik etməsini xahiş etmişdir. O, cavabdehin düşdüyü vəziyyəti başa düşərək kömək məqsədi ilə ona 7600.0 (yeddi min altı yüz) manat borc olaraq 3 (üç) ay müddətinə qaytarmaq şərti ilə vermişdir. Cavabdeh həmin pulu 29 may 2024-ci il tarixinə kimi ona qaytaracağını bildirmişdir. Buna görə də Cavabdeh bu haqda ona sənəd vermiş və həmin vaxt həmin sənədi öz imzası ilə təsdiq etmişdir. Lakin onun qeyd etdiyi müddət başa çatsa da o, bu günə kimi ona olan 7600.0 manat borcundan 2880 manat ödəniş etmiş, qalan 4720 manat borcunu isə ödəmək istəmir və ödəməkdəm qəsdən yayınır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-939/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh X1 qarşı 7600 (yeddi min altı yüz) manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə prosesi zamanı iddiaçı ərizə tədim edərək Cavabdeh tərəfindən borcunun ona tam ödənildiyinə görə iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)- 939/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 7600 (yeddi min altı yüz) manat pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Göründüyü kimi Biləsuvar rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-939/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 7600 (yeddi min altı yüz) manat pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsinə baxmayaraq, iddiaçı cavabdehə qarşı eyni tələblə və eyni əsaslarla məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 153.2.2-ci maddəsi həmin işə mülki mühakimə icraatı qaydasında baxılamsını istisna edir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı 7600 manat pul tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 7600 (yeddi min altı yüz) manat pul tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar