Məhkəmə qərarları › İş №2(022)-1179/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1179/2024

17.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1179/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hal-hazırda tərəflər məhkəməyə ərizələrlə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirdilər, həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər:

1. Hüseynov X1 Vidadi Feyruz oğluna bu Sazişin bağlandığı anadək əmələ gəlmiş əsaslar üzrə, yəni 10 iyun 2022-ci və 01 avqust 2022-ci il tarixlərdə İddiaçı hissəhissə olmaqla, cəmi 4.000 (dörd min) manat məbləğində borc aldığığını, həmin borcundan hal-hazıradək heç bir ödəniş etmədiyini və bu əsas üzrə İddiaçı hazırda cəmi 4.000 (dörd min) manat məbləğində borcunun olduğunu etiraf edir;

2. İddiaçı, Cavabdeh bu Sazişin bağlandığı anadək əmələ gəlmiş əsaslar üzrə ondan, yəni 10 iyun 2022-ci və 01 avqust 2022-ci il tarixlərdə hissə-hissə olmaqla, cəmi 4.000 (dörd min) manat məbləğində borc aldığını, həmin borcundan ona halhazıradək heç bir ödəniş icra etmədiyini və bu əsas üzrə Cavabdeh ona hazırda cəmi 4.000 (dörd min) manat məbləğində borcunun olduğunu təsdiq edir;

3. Hüseynov X1 Vidadi Feyruz oğluna olan cəmi 4.000 (dörd min) manat məbləğində borcunu 05 mart 2025-ci il tarixdən başlayaraq, hər növbəti ödənişi növbəti ayın 05dən gec olmamaqla ödəmək şərti ilə, hər ay 200 (iki yüz) manat olmaqla, 1 (bir) il 8 (səkkiz) ay ərzində, hissə-hissə şəklində, tam qaytarmağı öhdəsinə götürür;

4. İddiaçı Cavabdeh cəmi 4.000 (dörd min) manat məbləğində borcunu 05 mart 2025ci il tarixdən başlayaraq, hər növbəti ödənişi növbəti ayın 05-dən gec olmamaqla ödəmək şərti ilə, hər ay 200 (iki yüz) manat olmaqla, hissə-hissə şəklində, qəbul etməyi öhdəsinə götürür;

5. Cavabdeh etiraf edir və razılaşır ki, bu Sazişin 3-cü bəndi ilə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi, yəni cəmi 4.000 (dörd min) manat məbləğində borcunu 05 mart 2025-ci il tarixdən başlayaraq, hər növbəti ödənişi növbəti ayın 20-dən gec olmamaqla ödəmək şərti ilə, hər ay 200 (iki yüz) manat olmaqla, hissə-hissə şəklində, tam ödəyib qurtarmaması və ya hər hansı 2 (iki) təqvim ayı ərzində İddiaçı ödəniş etməməsi X4nin icraya yönəldilməsinə və cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin və ya onun ödənilməmiş hissəsinin birdəfəlik qaydada Cavabdeh İddiaçı xeyrinə icra məmurları vasitəsilə məcburi qaydada tutulmasına əsasdır;

6. İddiaçı etiraf edir ki, bu Sazişin bağlandığı anadək tərəflər arasında yaranmış münsibətlərdən əmələ gəlmiş əsaslar üzrə Cavabdeh ona hər hansı başqa borcu yoxdur;

7. İddiaçı öz öhdəsinə götürür ki, X4ni imzalamaqla o, Biləsuvar rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 (dörd min) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair 2(022)-1179/2024 saylı mülki iş üzrə bütün tələblərindən imtina edir;

8. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər;

9. X4 tərəflərin iradə ifadəsini əks etdirir.

10. X4 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. Həmçinin tərəflər barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 122.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında əldə olunmuş razılığa uyğun olaraq, iddiaçının çəkdikləri məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 262- 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Aşağıda göstərilən məzmunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi təsdiq edilsin:

1. Hüseynov X1 Vidadi Feyruz oğluna bu Sazişin bağlandığı anadək əmələ gəlmiş əsaslar üzrə, yəni 10 iyun 2022-ci və 01 avqust 2022-ci il tarixlərdə İddiaçı hissəhissə olmaqla, cəmi 4.000 (dörd min) manat məbləğində borc aldığığını, həmin borcundan hal-hazıradək heç bir ödəniş etmədiyini və bu əsas üzrə İddiaçı hazırda cəmi 4.000 (dörd min) manat məbləğində borcunun olduğunu etiraf edir;

2. İddiaçı, Cavabdeh bu Sazişin bağlandığı anadək əmələ gəlmiş əsaslar üzrə ondan, yəni 10 iyun 2022-ci və 01 avqust 2022-ci il tarixlərdə hissə-hissə olmaqla, cəmi 4.000 (dörd min) manat məbləğində borc aldığını, həmin borcundan ona halhazıradək heç bir ödəniş icra etmədiyini və bu əsas üzrə Cavabdeh ona hazırda cəmi 4.000 (dörd min) manat məbləğində borcunun olduğunu təsdiq edir;

3. Hüseynov X1 Vidadi Feyruz oğluna olan cəmi 4.000 (dörd min) manat məbləğində borcunu 05 mart 2025-ci il tarixdən başlayaraq, hər növbəti ödənişi növbəti ayın 05-dən gec olmamaqla ödəmək şərti ilə, hər ay 200 (iki yüz) manat olmaqla, 1 (bir) il 8 (səkkiz) ay ərzində, hissə-hissə şəklində, tam qaytarmağı öhdəsinə götürür;

4. İddiaçı Cavabdeh cəmi 4.000 (dörd min) manat məbləğində borcunu 05 mart 2025-ci il tarixdən başlayaraq, hər növbəti ödənişi növbəti ayın 05-dən gec olmamaqla ödəmək şərti ilə, hər ay 200 (iki yüz) manat olmaqla, hissə-hissə şəklində, qəbul etməyi öhdəsinə götürür;

5. Cavabdeh etiraf edir və razılaşır ki, bu Sazişin 3-cü bəndi ilə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsi, yəni cəmi 4.000 (dörd min) manat məbləğində borcunu 05 mart 2025-ci il tarixdən başlayaraq, hər növbəti ödənişi növbəti ayın 20-dən gec olmamaqla ödəmək şərti ilə, hər ay 200 (iki yüz) manat olmaqla, hissə-hissə şəklində, tam ödəyib qurtarmaması və ya hər hansı 2 (iki) təqvim ayı ərzində İddiaçı ödəniş etməməsi X4nin icraya yönəldilməsinə və cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitinin və ya onun ödənilməmiş hissəsinin birdəfəlik qaydada Cavabdeh İddiaçı xeyrinə icra məmurları vasitəsilə məcburi qaydada tutulmasına əsasdır;

6. İddiaçı etiraf edir ki, bu Sazişin bağlandığı anadək tərəflər arasında yaranmış münsibətlərdən əmələ gəlmiş əsaslar üzrə Cavabdeh ona hər hansı başqa borcu yoxdur;

7. İddiaçı öz öhdəsinə götürür ki, X4ni imzalamaqla o, Biləsuvar rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 (dörd min) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair 2(022)-1179/2024 saylı mülki iş üzrə bütün tələblərindən imtina edir;

8. Tərəflər öhdələrinə götürürlər ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə qarşı hər hansı iddia irəli sürməyəcəklər;

9. X4 tərəflərin iradə ifadəsini əks etdirir.

10. X4 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə iddiaçının çəkdiyi məhkəmə xərcləri, o cümlədən ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar