Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1199/2023 29.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi, İddiaçı1 Kirman qızının nümayəndəsi və İddiaçı4, Cavabdeh2 oğlunun iştirakı ilə, İddiaçı1 Kirman qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Mobil oğlunun və İddiaçı7 Mobil oğlunun Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddiaçılara vurulmuş 8.000 manat məbləğində maddi ziyanın və məhkəmədə iddia ərizəsinə baxılması üçün ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə iddialarına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 13 sentyabr 2023-cü il tarixdə İddiaçı1 Kirman qızı, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Mobil oğlu və İddiaçı7 Mobil oğlu Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddiaçılara vurulmuş 8.000 manat məbləğində maddi ziyanın və məhkəmədə iddia ərizəsinə baxılması üçün ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 Kirman qızının nümayəndəsi və İddiaçı4 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, o, iş məhkəmədə baxıldığı müddətdə cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə dair razılıq əldə etmişdir. Bununla əlaqədar İddiaçı4 iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Həmçinin iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Cavabdeh2 oğlu məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin geri qaytarılmasına razı olduğunu, həmçinin iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 Mobil oğlu və İddiaçı7 Mobil oğlu, habelə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, İddiaçı1 Kirman qızının nümayəndəsi və İddiaçı4 ərizə verdiyinə, Cavabdeh2 oğlu işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə, habelə digər İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6 Mobil oğlu və İddiaçı7 Mobil oğlu, habelə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.11-ci maddəsinin tələbinə görə isə iddiaçı iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçılar xahiş etdiklərinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, iddiaçılara qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 Kirman qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Mobil oğlunun və İddiaçı7 Mobil oğlunun Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddiaçılara vurulmuş 8.000 manat məbləğində maddi ziyanın və məhkəmədə iddia ərizəsinə baxılması üçün ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı1 Kirman qızına, İddiaçı4, İddiaçı3, İddiaçı4 və İddiaçı5 izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əslləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçılara qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1199/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1199/2023
29.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver