Məhkəmə qərarları › İş №2(022)-120/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-120/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-120/2023 14.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, “Aqro Kİ” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 qarşı 08 iyul 2021-ci il tarixli, 69 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.329 manat, faiz borc qismində 201 manat 30 qəpik, cərimə qismində 219 manat 40 qəpik, cəmi 1.749 manat 70 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: “Aqro Kİ” məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh1 qarşı 08 iyul 2021-ci il tarixli, 69 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.329 manat, faiz borc qismində 201 manat 30 qəpik, cərimə qismində 219 manat 40 qəpik, cəmi 1.749 manat 70 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Ə.Əliyev ərizə ilə məhkəməyə müraciət edərək, hazırda Cavabdeh1 iddiaçıya olan borcunu tam şəkildə ödədiyini, buna görə də mülki işə mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirdi və bununla əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və dövlət rüsumu haqqında qəbzin geri qaytarılmasını xahiş etdi. Cavabdeh1 mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və iddia ərizəsinin geri qaytarılmasına razı olduğunu bildiridi. Həmçinin tərəflər iddia ərizəsinin baxılmamış saxlanmasının hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsi Ə.Ə.Əliyev ərizə verdiyinə, Cavabdeh1 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə və iddiaçının nümayəndəsi xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əsilləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “Aqro Kİ” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh1 qarşı 08 iyul 2021-ci il tarixli, 69 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.329 manat, faiz borc qismində 201 manat 30 qəpik, cərimə qismində 219 manat 40 qəpik, cəmi 1.749 manat 70 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyinə tutulması barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi bardə sənəd iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar