Məhkəmə qərarları › İş №2(022)-1215/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1215/2025

28.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1215/2025 28.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun və 60 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəldən tanıyır. Cavabdeh 2024-cü ildə Səmədabad kəndində icarəsinə verilmiş 400 ha torpaq sahəsində çəltik əkmişdir.Həmin çəltik sahəsində özünə məxsus traktorla hər hektarına 20 manat ödənilməsi şərti ilə bəndvurma işlərini görmüş və nəticədə Zahirin ona 8000 (səkkiz min) manat borcu yaranmışdır. Həmin borcdan Zahir ona 4000 (dörd min) manatını ödəmiş, lakin qalan 4000 manatını borclu qalmışdır. Həmin 4000 (dörd min) manatı ödəmək üçün o, Cavabdehla belə razılaşmışlar ki, həmin borcu notarial qaydada Cavabdeh ona 4000 (dörd min) manat borclu olması barədə müqavilə bağlamaqla rəsmiləşdirsinlər. Ona görə də 12 mart 2025-ci il tarixdə notariat kontoruna gedərək Cavabdeh 4000 manat borc verməsi, cavabdehin həmin borcu xx.xx.2025-ci il tarixədək qaytarmasını öhdəsinə götürməsinə dair borc müqaviləsi bağlamışlar. Müqavilə bağladıqları gün, yəni 12 mart 2025-ci il tarixdə Cavabdeh notariusun depozit hesabına qoymaq üçün pul vəsaiti olmadığına görə o, 4000 manat özünə məxsus pulu notariusun depozit hesabına qoymuş və həmin gün Cavabdeh notariusun depozit hesabından 4000 manat pulu onun iştirakı ilə çıxararaq ona qaytarmışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun Biləsuvar rayonunun Səmədabad kəndində 500 hektardan çox torpaq sahəsi vardır. O, həmin torpaq sahəsini Elnur Qasımov adlı şəxsə icarəyə vermişdir. Elnur həmin torpaq sahəsində digər iki nəfər şəxslə birlikdə çəltik əkmişlər. Həmin əkin sahəsinin becərilməsi və digər işlərin görülməsi barədə onun hər hansı məlumatı olmamışdır. İddiaçı onun barəsində Biləsuvar rayon Polis Şöbəsinə şikayət etdikdən sonra tanımışdır. Belə ki, İddiaçı ona zəng vuraraq Elnur və digər şəxslərin ona borclu olmasını və ondan şikayət edəcəyini bildirmişdir. Belə olan halda o, İddiaçı kart hesabına 500 manat pul köçürmüşdür ki, ondan şikayət etməsin. Lakin buna baxmayaraq İddiaçı Biləsuvar rayon Polis şöbəsinə şikayət etmişdir. Onun şikayəti əsasında polis şöbəsində araşdırma aparılarkən o, əlavə olaraq İddiaçı 3000 manat pul vermişdir. Pulu verdiyi gün, yəni 12 mart 2025-ci il tarixdə İddiaçıla birlikdə Polis Şöbəsindən çıxaraq Biləsuvar rayon Notariat Ofisinə getmişlər və İddiaçı ona 4000 manat borc pul verməsinə dair borc müqaviləsi bağlamışlar. İddiaçı ilə aralarında borc müqaviləsi bağlansa da, İddiaçı ona 4000 manat borc pul verməmişdir. İddiaçı onun torpaq sahəsində görülmüş işlərə görə ona borcu olmamışdır. Onun borc müqaviləsi bağlamasının əsas səbəbi isə polis şöbəsində ona təsir göstərmələri və eyni zamanda iddiaçının şikayəti üzrə işin tezliklə başa çatdırılmasını istəməsi olmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatların dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.https://eqanun.az/framework/46944 Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin müəyyən eilmiş hallarından görünür ki, iddiaçı Bayramov X1 rayonunun Səmədabad kəndində Cavabdeh məxsus 400 ha torpaq sahəsində çəltik bitkisinin əkilməsi üçün torpaq sahəsində özünə məxsus olan traktorla hər hektarı 20 manatdan hesablanmaqla bəndvurma işləri görmüş və nəticədə 8000 (səkkiz min) manat cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh həmin borcdan iddiaçının kart hesabına 500 manat köçürməklə ödəmiş, daha sonra isə 3000 (üç) manat iddiaçıya vermişdir. Cavabdeh İddiaçı cəmi 3500 (üç min beş yüz) manat pul ödəməsi işin mübahisə olunmayan halıdır. Lakin tərəflərin izahatlarından görünür ki, İddiaçı Cavabdeh 4000 (dörd min) manat borc olaraq pul verməmişdir. Onların arasında 12 mart 2025-ci il tarixli borc müqaviləsi başqa bir əqdi, yəni cavabdehin torpaq sahəsində iddiaçının gördüyü podrat işlərininin ödənilməsi məqsədi ilə bağlanmış və müqavilə bağlanarkən nəzərdə tutduqları münasibəti pərdələmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasənq öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırlımış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1-ci maddə). Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır (753.2-ci maddə). Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir (753.3-cü maddə). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun ( 759.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumuna görə 60 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavbadeh Cavabdeh 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar