Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1216/2023 19.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc kimi alınmış vəsaitin əvəzi qismində 20.250 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cavadov X2 Ramil Əli oğluna qarşı borc kimi alınmış vəsaitin borc qismində 20.250 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, İddiaçı Biləsuvar rayonu, Nəsimi kəndində yaşayır və özünün işlətdiyi mağazada qarışıq mallar satmaqla ailəsini dolandırır. İddiaçı Cavabdeh həmkəndlisi və orta məktəbdən sinif yoldaşı kimi tanımış və onlar arasında münasibətlər normal olmuşdur. Cavabdeh dəfələrlə İddiaçı mağazasından nağd və ya nisyə şəkildə müxtəlif mallar, həmçinin ondan dəfələrlə borc almış və iddiaçıya olan borcunu vaxtında ödəmişdir. Sonuncu dəfə 05 yanvar 2022-ci il tarixdə Cavabdeh İddiaçı qısa müddətdə qaytarmaq şərtilə 22.000 manat məbləğində borc istəmiş və mexanizator kimi işlədiyinə görə yüksək qazanc əldə etdiyini bildirərək, aldığı borcu tam şəkildə qaytaracağını vəd etmişdir. Həmin vaxt iddiaçı yazılı borc müqaviləsi bağlanmasını tələb etsə də, cavabdeh İddiaçı borc müqaviləsinin təsdiqi üçün notariat kontorunda əlavə xərcə məruz qalacağını əsas tutaraq, öz xətti ilə yazılı qəbz verəcəyini bildirmiş və borc müqaviləsi olmadan borcu qısa müddətə qaytaracağına iddiaçını əmin etmişdir. Buna görə də İddiaçı cavabdehə inanaraq, həmin tarixdə 20.250 manat məbləğində pul vəsaitini cavabdehə borc vermiş və cavabdeh də borcun etirafına dair qəbz yazaraq ona təqdim etmişdir. Həmin qəbzə görə cavabdeh İddiaçı olan borcunu bir ay ərzində qaytarmalı idi. Lakin borcun alınmasından uzun müddət keçsə də, Cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmiş, borcunu qaytarmamış və borcun qaytarılmasına dair İddiaçı tələblərinə də heç bir əhəmiyyət verməmişdir. Belə ki, həmin şəxs borc aldıqdan sonra iddiaçı ilə əlaqəni kəsmişdir. Buna görə də İddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Sonda, İddiaçı iddianın təmin edilməsini və ödənilməmiş borc qismində 20.250 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, İddiaçı həmkəndlisi kimi tanıyır və onlar orta məktəbdə 3-cü sinfədək birlikdə oxumuşlar. Təxminən 15-20 ildir ki, o, iddiaçıdan və həmin şəxsin atası Cavadov Nəsirağadan dəfələrlə faizlə borc almış və faizi ilə birlikdə geri qaytarmışdır. Ümumilikdə o, iddiaçının atası Cavadov Nəsirağadan aldığı borca görə həmin şəxsə indiyədək 150 min manat məbləğində ödənişlər etmişdir ki, həmin vəsaitin azı 60.000 manat hissəsini borca görə faizlər qismində onun iddiaçının atasına verdiyi qazanc təşkil etmişdir. Sonuncu dəfə o, İddiaçı atasından aldığı borcu qaytarmaq üçün “Accessbank” kommersiya bankından kredit götürmüşdür və həmin banka olan borcunu hal hazıradək geri qaytarmamışdır. 05 yanvar 2022-ci il tarixdə o, maddi ehtiyacı olduğuna görə növbəti dəfə A.N.X1 borc istəmişdir. Həmin şəxs ona əvvəlki borclarını ödəyəcəyi təqdirdə borc verə biləcəyini bildirdiyinə görə o, iddiaçının təklifi ilə razılaşmışdır. Buna görə də iddiaçı ondan 20.250 manat məbləğində borca dair qəbz aldıqdan sonra ona borc versə də, həmin borcun bir hissəsini köhnə borclarına sildiyinə görə ona faktiki olaraq təxminən 6.000 manat məbləğində pul vəsaiti vermişdir.O, borcun böyük bir hissəsini hiss-hissə iddiaçının atasına qaytarmışdır və hazırda onun iddiaçıya cəmi 1.300 manat məbləğində borcu qalmışdır. O, iddiaçıya olan borcundan hər dəfə hissə-hissə olmaqla, ya özü şəxsən, ya da zamini Şahid ödənişlər etmiş və iddiaçının atası bu ödənişlər barədə öz kitabçasında qeydlər etmiş, eyni zamanda Şahid kiçik siyahılar təqdim edərək, orada ödənişlərin məbləğini qeyd etmişdir. O, həmin qəbzlərin bir hissəsini zamini Şahid alaraq məhkəməyə təqdim etmişdir. Qeyd edilən qəbzlərdə ödənişləri qəbul edən şəxsin adı və ödənişlərin tarixləri qeyd edilməsə də, Şahid sözlərinə görə həmin qəbzlər onun əvvəlki borclarına görə deyil, məhz son borcuna görə və məhz iddiaçının atası Cavadov Nəsirağa tərəfindən tərtib edilərək, Şahid verilmişdir. Buna görə də onun hazırda iddiaçıya 20.250 manat deyil, təxminən 1.300 manat məbləğində borcu qalmışdır və hazırda maddi vəziyyəti həmin borcu ödəməyə imkan vermir. Sonda, Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehi və şahidi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid bildirdi ki, iddiaçı və cavabdeh onun həmkəndliləridir. O və Cavabdeh İddiaçı və iddiaçının atasından dəfələrlə faizlə borc almış və hər dəfə də faizi ilə birlikdə qaytarmışlar. O sonuncu dəfə iddiaçının atasından 20.000 manat məbləğində borc alıb, 21.000 manat məbləğində borca dair iddiaçının atasına yazılı qəbz verdiyinə görə, onun həmin pul vəsaiti artıqlaması ilə qaytarmasına baxmayaraq, İddiaçı məhkəmədə ona qarşı iddia qaldırmış və həmin şəxsin iddiası təmin edilmişdir. Buna görə də o, həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, 2022-ci ilin yanvar ayında Cavabdeh da iddiaçının atasından 1 il yarım ərzində qaytarmaq şərtilə 15.000 manat məbləğində borc almış, həmin borca görə faiz qismində 18 ay ərzində təxminən 5 min manat məbləğində olmaqla, ümumilikdə 20.250 manat borc hesablanmışdır. O, cavabdehin iddiaçının atasından aldığı borca görə zamin durmuşdur. Həmin vaxt cavabdeh öz xətti ilə 20.250 manat borca dair qəbz tərtib edərək, iddiaçının atasına təqdim etsə də, iddiaçının atası ödənişlər barədə heç vaxt onlara qəbz verməmişdir. 05 yanvar 2022-ci il tarixdə Cavabdeh İddiaçı borc aldığı zaman iddiaçı 15.000 manat borc məbləğindən cavabdehin əvvəlki borclarını çıxmış və Cavabdeh faktiki olaraq təxminən 6.000 manat məbləğində pul vəsaiti vermişdir. O, həmin tarixdən sonra Cavabdeh iddiaçıya olan borc ödənişlərinin bir neçəsində iştirak etmiş və İddiaçı atası hər dəfə ödəniş etdikdən sonra yazılı qəbz təqdim etmişdir. Həmin qəbzlərin ondan qalan nüsxələrini o, cavabdehə, cavabdeh isə məhkəməyə təqdim etmişdir. Qeyd edilən qəbzlərdə ödənişləri qəbul edən şəxsin adı və ödənişlərin tarixləri qeyd edilməsə də, həmin qəbzlər Cavabdeh əvvəlki borclarına görə deyil, məhz son borcuna görə və məhz iddiaçının atası Cavadov Nəsirağa tərəfindən tərtib edilərək, ona verilmişdir. İş materiallarında olan, Cavabdeh adından tərtib edilmiş 05 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 05 yanvar 2022-ci il tarixdə 22.250 manat məbləğində pul vəsaitini borc aldığını etiraf etmiş, həmin borcunu 1 ay ərzində qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi 05 yanvar 2022-ci il tarixli yazılı qəbzin onun tərəfindən tərtib edilərək, imzalamasını etiraf etməsi iddiaçını həmin faktı sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbini əsaslandırdığı faktı etiraf etməsi qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddiaçının istinad etdiyi faktları etiraf etməsi qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya olan borcunun ödənilməsi faktını təsdiq edən sübut qismində tədim edilmiş, kağız parçalarında əks olunmuş yazılardan görünür ki, həmin predmetlərdə ödəniş edən və ödənişi qəbul edən şəxslərin şəxsiyyətini, ödənişin tarixini müəyyən edən məlumatlar, o cümlədən həmin şəxslər tərəfindən icra edilmiş imzalar yoxdur. Bununla əlaqədar, məhkəmə hesab edir ki, cavabdehin iddianın rədd edilməsi istiqamətində məhkəməyə ödəniş qəbzləri qismində təqdim etdiyi predmetlərin mənbəyini, kimə məxsus olmasını, o cümlədən hansı məqsədlə verilməsini müəyyən etmək mümkün deyil və buna görə də həmin predmetlər məhkəmə tərəfindən mötəbər sübut qismində tanınaraq, mübahisənin həlli zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 05 yanvar 2022-ci tarixdə iddiaçıdan 20.250 manat məbləğində pul vəsaitini borc almış və həmin tarixdə iddiaçıya borc almasına dair öz xətti ilə yazıb imzaladığı borc sənədi təqdim etmişdir. Lakin cavabdeh həmin borcu və ya onun hər hansı hissəsini iddiaçıya ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyərək, borc sənədini özünün tərtib edib imzalaması faktını faktiki etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, borc müqaviləsi üzrə ödənilməmiş 20.250 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə cavabdehdən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 151 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh borc kimi alınmış vəsaitin əvəzi qismində 20.250 (iyirmi min iki yüz əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 151 (bir yüz əlli bir) manat, cəmi 20.401 (iyirmi min dörd yüz bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1216/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1216/2023
19.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver