Məhkəmə qərarları › İş №2(022)-1217/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1217/2023

22.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1217/2023 22.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Biləsuvar şəhər Bələdiyyəsinə və Cavabdeh2nə qarşı Biləsuvar şəhər Bələdiyyəsinin 16 noyabr 2022-ci il tarixli, 671/3 saylı məktubu əsasında Cavabdeh2 onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 18 sentyabr 2023-cü il tarixdə İddiaçı Biləsuvar şəhər Bələdiyyəsinə və Cavabdeh2nə qarşı Biləsuvar şəhər Bələdiyyəsinin 16 noyabr 2022-ci il tarixli, 671/3 saylı məktubu əsasında Cavabdeh2 onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsi ümumiyyətlə imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Biləsuvar şəhər Bələdiyyəsinə və Cavabdeh2nə qarşı Biləsuvar şəhər Bələdiyyəsinin 16 noyabr 2022-ci il tarixli, 671/3 saylı məktubu əsasında Cavabdeh2 onun təqaüdündən pul tutulması barədə verdiyi göstərişin əsassız və qanunsuz hesab edilməsi barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar