Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1224/2023 19.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2 nümayndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 15.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 20 sentyabr 2023-cü il tarixdə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 15.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 19 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi F.Ə.Quliyev ərizə ilə məhkəməyə müraciət edərək bildirdilər ki, Cavabdeh iddiaçıları aldatmaqla və onların etibarından sui-istifadə etməklə, onların 30 mindən artıq pul vəsaitini ələ keçirmişdir. İddiaçılar Cavabdeh dələduzluq hərəkətlərindən polisə şikayət vermiş və Biləsuvar rayon polis şöbəsində aparılan araşdırma zamanı Cavabdeh onlara 15.000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Buna görə də onlar Cavabdeh onlara vurduğu maddi zərərin heç olmasa bir hissəsini geri almaq ümidi ilə cavabdehin həmin vədinə inanmış və Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməmişlər. Buna görə də Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh sonrakı hərəkətləri həmin şəxsin onları təkrarən aldatmaq və mülki öhdəlik yolu ilə məsuliyyətdən yayınmaq istəyini göstərmişdir. Buna görə də iddiaçılar Cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət vermək niyyətindədirlər. Bununla əlaqədar iddiaçılar hazırki işin mahiyyəti üzrə baxılmasını istəmədiklərini və bununla əlaqədar Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən ərizənin və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin geri qaytarılmasını xahiş etdilər. Həmçinin İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili F.Ə.Quliyev iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkilini dinləyərək hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı 15.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1224/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1224/2023
19.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver