Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-125/2024 30.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit, faiz və cərimə borcunun tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixə kredit təşkilatına 414 (dörd yüz on dörd) manat əsas, 129 (yüz iyirmi doqquz) manat 10 (on) qəpik faiz, 157 (yüz əlli yeddi) manat 10 (on) qəpik cərimə, cəmi 700 ( yeddi yüz) manat 10 (on) qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulararaq kredit təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci tarixdə "xxxx"MMC-nin idarə heyətininə müraciət edərək ona 12 ay müddətinə 1070 ( bir min yetmiş ) manat məbləğində istehlak krediti verilməsini xahiş etmişdir.E. Fətullayev kredit götürmək üçün Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş yaşayış yerindən arayışını və şəxsiyyət vəsiyəsinin surətini təqdim etmişdir. Beləliklə, lazımi sənədlər tam təqdim edildikdən sonra Kredit İttifaqı onun xahişini nəzərə alaraq, 1070 (bir min yetmiş) manat məbləğində kredit vermişdir.Təsdiq edilmiş ödəniş cədvəlinə əsasən E. Fətullayev hər ayın 12-də 104,31 (bir yüz dörd manat ,31 qəpik ) manat ödəniş aparmalı idi. E. Fətullayev kredit götürdüyü müddətdə 2021-ci ilin aprel ayında 105,0 manat, may ayında ödəniş aparmamış, iyun ayında 104,0 manat, iyun ayında 105,0 manat, avqust ayinda 105,0 manat, sentyabr, oktyabr, noyabr aylarında ödəniş aparmamış, dekabr ayinda 120,0 manat, 2022-ci ilin may ayında 120,0 manat, 2023-cü ilin yanvar ayında isə 130,0 manat ödəniş etmişdir, sonradan isə heç bir ödəniş aparmamışdır. Göründüyü kimi o, kredit təşkilatı qarşısında götürdüyü öhdəliyi dəfələrlə pozmuşdur. Bu günə kimi dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq E. Fətullayev kredit təşkilatı qarşısında olan kredit və faiz borclarını ödəməmişdir.Hər dəfə kredit borcunu tez ödəyəcəyinə söz versə də, borcunu ödəmir. Müqavilə müddəti də artıq başa çatmışdır. Bütün yuxarıda göstərilən şifahi və rəsmi xəbərdarlıqlara baxmayaraq E. Fətullayev borcun ödənilməsindən yayınır. Ödəniş cədvəlinə uyğun olaraq ödəniş vaxtı aparılmadığından E. Fətullayev xx.xx.2022-ci il tarixə "xxxx"MMC-yə 414,0 manat kredit, 129,1 manat faiz, 157,1 manat cərimə, cəmi ( yeddi yüz manat 10 qəpik) manat borcu yaranmışdır. Sonda Ə.Əliyev xx.xx.2022-ci il tarixə kredit təşkilatına 414 (dörd yüz on dörd) manat kredit, 129 ,1 manat faiz, 157,1,0 manat cərimə, cəmi 700 ,1( yeddi yüz doqquz manat ,1 qəpik) manat borcun, 30,0 manat dövlət rüsumunun Cavabdeh tutularaq kredit təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 56 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə 12 ay müddətinə illik 30% dərəcəsi ilə 1070 manat məbləğdə kredit vermişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə bağladığı xx.xx.2021-ci il tarixli 56 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hazırkı müqavilə üzrə iddiaçıya müqavilə müddəti bitdiyi tarixə - xx.xx.2022-ci il tarixə kredit təşkilatına 414 (dörd yüz on dörd) manat əsas, 129 (yüz iyirmi doqquz) manat 10 (on) qəpik faiz, 157 (yüz əlli yeddi) manat 10 (on) qəpik cərimə, cəmi 700 ( yeddi yüz) manat 10 (on) qəpik məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 157 (yüz əlli yeddi) manat 10 (on) qəpik məbləğdə dəbbə borcunun 15 (on beş) manata qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bununla da, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli 56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 414 (dörd yüz on dörd) manat əsas, 129 (yüz iyirmi doqquz) manat 10 (on) qəpik faiz, 15 (on beş) manat cərimə, cəmi 558 (beş yüz əlli səkkiz) manat 10 (on) qəpik pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun xərclənmiş pul vəsaitinin 10 manat məbləğdə hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin qalan hissəsinin əvəzi qismində 30 manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 414 (dörd yüz on dörd) manat əsas, 129 (yüz iyirmi doqquz) manat 10 (on) qəpik faiz, 15 (on beş) manat cərimə, cəmi 558 (beş yüz əlli səkkiz) manat 10 (on) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №2(022)-125/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-125/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver