Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1278/2025 11.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə 11 iyul 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. 11 iyul 2025-ci il tarixdə İddiaçı nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir; 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır; 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, İddiaçı nümayəndəsi X2 11 iyul 2025-ci il tarixli ərizəsi təmin olunmalı və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfin iddia ərizəsinin qaytarılmasına dair ərizəsi daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumunun qaytarılması məsələsi həll edilməli, 30 yanvar 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən, 14221104 nömrəli büdcə təsnifat kodu üzrə, AZ73CTRE******************** nömrəli xəzinə hesabına (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cəlilabad Rayon Poçt Filialına dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat və 10 iyul 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən, 14221104 nömrəli büdcə təsnifat kodu üzrə, AZ73CTRE******************** nömrəli xəzinə hesabına (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cəlilabad Rayon Poçt Filialına dövlət rüsumu kimi ödənilmiş 57 (əlli yeddi) manat məbləğində pul vəsaiti X1 İdarəsi tərəfindən İddiaçı geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 152-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli, o cümlədən 30 yanvar 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən, 14221104 nömrəli büdcə təsnifat kodu üzrə, AZ73CTRE******************** nömrəli xəzinə hesabına (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cəlilabad Rayon Poçt Filialına dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat və 10 iyul 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən, 14221104 nömrəli büdcə təsnifat kodu üzrə, AZ73CTRE******************** nömrəli xəzinə hesabına (VÖEN **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cəlilabad Rayon Poçt Filialına dövlət rüsumu kimi ödənilmiş 57 (əlli yeddi) manat məbləğində pul vəsaiti X1 İdarəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən (və ya alındığı) gündən 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1278/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1278/2025
11.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver