Məhkəmə qərarları › İş №2(022)-1337/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1337/2024

12.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1337/2024 12.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əliyev X1 X2 oğluna qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasına təyin edilmişdir. Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclasında İddiaçı Əliguşad oğlu ərizə ilə məhkəməyə müraciət edərək, bildirdi ki, o, məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh vəfat etmişdir. Mülki-prosessual qanunvericiliyə görə iş üzrə cavabdeh öldükdə işin icraatı, həmin şəxsin hüquqi varisi müəyyən edilənə qədər, dayandırıla bilər. Lakin o, işin icraatının dayandırılmasını və ya hazırda mülki işə mahiyyəti üzrə baxılmasını istəmir. Çünki, o, cavabdehin ailə üzvlərini tanıyır və Cavabdeh hər hansı mirasının qaldığına, həmin şəxsin ailə üzvlərindən kiminsə mirası qəbul edəcəyinə inanmır. Gələcəkdə zərurət yaranarsa, o, cavabdehin mirası qəbul etmiş ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldıracaqdır. Hazırda isə o, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, o cümlədən ödədiyi dövlət rüsumunun ona geri qaytarılmasını istəyir. Sonda İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Həmçinin İddiaçı iddia ərizəsinin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. İş materiallarından görünür ki, Cavabdeh 01 noyabr 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı oğlunun Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 4.000 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar