Məhkəmə qərarları › İş №2(022)-1353/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1353/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1353/2023 20.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Səttərxan oğluna qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Səttərxan oğluna qarşı İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1120 (min yüz iyirmi) manat 11 (on bir) qəpik əsas borc, 63 (altmış üç) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 31 (otuz bir) manat 47 (qırx yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 1215 (min iki yüz on beş) manat 34 (otuz dörd) qəpik borcun tutulması, Cavabdeh Səttərxan oğlundan İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 266 (iki yüz altmış altı) manat 43 (qırx üç) qəpik cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9 (doqquz) manat 20 (iyirmi) qəpik məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 275 (iki yüz yetmiş beeş) manat 63 (altmış üç) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 91 (doxsan bir) qəpik məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh Səttərxan oğlu xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən “Yelo Bank"’ ASC-dən illik 19.9 faizlə 36 ay müddətinə 3300 AZN kredit götürmüşdür.Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Səttərxan oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 1120.11 AZN əsas borc, 63.76 AZN faiz borcu, 62.94 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1246.81 AZN borcu vardır. Cavabdeh Səttərxan oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 62.94 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 31.47 manat məbləğində tələb olunur. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh Səttərxan oğlu İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 1300 AZN kredit götürmüşdür. 29 sentyabr 2023cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Səttərxan oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 266.43 AZN cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9.2 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 275.63 manat borcu vardır. Xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti və Cavabdeh Səttərxan oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 19.9 faiz olmaqla 36 ay müddətinə 3300 manat və xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz olmaqla 24 ay müddətinə 1300 manat məbləğində kredit verilmişdir. İşdə olan «YeloBank” açıq səhmdar cəmiyyətinin 29 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Səttərxan oğlu ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1120 (min yüz iyirmi) manat 11 (on bir) qəpik əsas borcu, 63 (altmış üç) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 31 (otuz bir) manat 47 (qırx yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 1215 (min iki yüz on beş) manat 34 (otuz dörd) qəpik borcu, Cavabdeh Səttərxan oğlunun İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 266 (iki yüz altmış altı) manat 43 (qırx üç) qəpik cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9 (doqquz) manat 20 (iyirmi) qəpik məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi borcu 275 (iki yüz yetmiş beeş) manat 63 (altmış üç) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh Səttərxan oğlu «YeloBank” açıq səhmdar cəmiyyəti ilə bağladığı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1120 (min yüz iyirmi) manat 11 (on bir) qəpik əsas borc, 63 (altmış üç) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 31 (otuz bir) manat 47 (qırx yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 1215 (min iki yüz on beş) manat 34 (otuz dörd) qəpik borcunun, Cavabdeh Səttərxan oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 266 (iki yüz altmış altı) manat 43 (qırx üç) qəpik cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9 (doqquz) manat 20 (iyirmi) qəpik məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 275 (iki yüz yetmiş beeş) manat 63 (altmış üç) qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh Səttərxan oğlu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1120 (min yüz iyirmi) manat 11 (on bir) qəpik əsas borc, 63 (altmış üç) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 31 (otuz bir) manat 47 (qırx yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 1215 (min iki yüz on beş) manat 34 (otuz dörd) qəpik borc və Cavabdeh Səttərxan oğlundan İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 266 (iki yüz altmış altı) manat 43 (qırx üç) qəpik cərimə borcu, xx.xx.2021ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9 (doqquz) manat 20 (iyirmi) qəpik məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 275 (iki yüz yetmiş beeş) manat 63 (altmış üç) qəpik məbləğdə pul vəsaiti tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 34 (otuz dörd) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Səttərxan oğlundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1120 (min yüz iyirmi) manat 11 (on bir) qəpik əsas borc, 63 (altmış üç) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 31 (otuz bir) manat 47 (qırx yeddi) qəpik cərimə borcu olmaqla, cəmi 1215 (min iki yüz on beş) manat 34 (otuz dörd) qəpik borc və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 266 (iki yüz altmış altı) manat 43 (qırx üç) qəpik cərimə borcu, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9 (doqquz) manat 20 (iyirmi) qəpik məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 275 (iki yüz yetmiş beş) manat 63 (altmış üç) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 91 (doxsan bir) qəpik məbləğdə pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar