Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-136/2024 27.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh nisyə aldığı mallara görə borclu olduğu əsas borcuna görə 21 mart 2022-ci il tarixli müqavilə üzrə 496 manat, müqavilə üzrə dəbbə pulu olaraq 50 manat, 15 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 500 manat, həmin müqavilə üzrə dəbbə pulu olaraq 500 manat, 10 avqust 2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 750 manat, həmin müqavilə üzrə dəbbə pulu olaraq 50 manat, cəmi əsas borca görə 1746 manat, dəbbə borclarına görə cəmi 150 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia əeizəsinə dəqiqləşmə verərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, sahibkarlıq fəaliyyəti - əsasən məişət əşyalarının satışı ilə məşğul olur. 2022-ci ilin mart ayının 21-də cavabdeh iddiaçı ilə malın nisyə alqı- satqısına dair müqavilə bağlamaqla iddiaçıdan 546 manat dəyərində Samsunq Galaksi A12 markalı telefonu nisyə almışdır. Aralarında tərtib edilmiş ödəmə cədvəlinə əsasən cavabdeh ilkin ödəniş kimi 50 manat ödəmiş və qalan pulu 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə götürdüyü maların pulunu ödəməmişdir. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir.- Bundan başqa, cavabdeh həmin ilin oktyabr ayının 15-də yenidən malın nisyə alınmasına dair müqavilə bağlamaqla iddiaçıdan 550 manat dəyərində Samsunq A13 markalıl telefonu nisyə almışdır. Müqavilənin şərtinə görə ilkin olaraq 50 manat ödəmiş və 12 ay müddətində qalan borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ilkin ödənişlərdən sonra ümumiyyətlə götürdüyü maların pulunu ödəməmişdir. Dəfələrlə cavabdehdən ödənişləri tələb etsə də pulu ödəməmişdir. Aralarında olan müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə ona ödənilməyən məbləğin 0,1 dəbbə pul ödəməli idi. Hazırda cavabdeh müqavilə üzrə 12 aydır ki, yəni 365 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 496 manat, 0,1 faizi 49 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə borcu 178 manat təşkil edir. Dəbbəyə görə qismən 50 manat tələb edir. Aralarında olan mobil telefonla bağlı müqavilələrə görə cavabdeh hər gecikdirilən günə görə iddiaçıya ödənilməyən məbləğin 0,1 faizi pul ödəməli idi. Hazırda cavabdeh telefona dair müqavilə üzrə 1 ildir ki, yəni 365 gündür borcu gecikdirir və borcunu ödəmir. Ödənilməyən məbləğ 500 manat, 0,1 faizi 50 qəpik edir. Hazırda onun müqavilə üzrə gecikdərməyə görə borcu 250 manat təşkil edir.Hazırda cavabdehdən əsas borcuna görə 1-ci müqavilə üzrə 496 manat, 1-ci müqavilə üzrə dəbbəyə görə 50 manat, 2-ci müqavilə üzrə əsas borca görə 500 manat, həmin müqaviə üzrə dəbbə borcuna görə 50 manat borcu qalmışdır.Sonda nümayəndə X3 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyət vəsiqəsinin surətindən görünür ki, Əliyeva X2 rayonu Bəydili kəndi M.Fizuli küçəsi ev 60-da qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il 5028 nömrəli arayışa əsasən Əliyeva X2 şəhəri Sahil küçəsi ev 4A ünvanında yaşayır. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 15 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 550 manat dəyərində Samsung A 13 markalı mobil telefonu 12 ay müddətinə hər ay 42 manat ödəmək şərtilə, 21 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh dəyəri 546 manat dəyərində Samsung A 12 markalı mobil telefonu 12 ay müddətinə hər ay 42 manat ödəmək şərtilə İddiaçı almışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı əsas borc qismində 21 mart 2022ci il tarixli müqavilə üzrə 496 manat, 15 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 500 manat məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci mddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 21 mart 2022-ci il tarixli müqavilə üzrə 496 manat və 15 oktyabr 2022ci il tarixli müqavilə üzrə 500 manat məbləğdə pul vəsaiti tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat məbləğlərdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə əsas borc qismində 21 mart 2022-ci il tarixli müqavilə üzrə 496 (dörd yüz doxsan altı) manat və 15 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 500 (beş yüz) manat, cəmi 996 (doqquz yüz doxsan altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-136/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-136/2024
27.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver