Məhkəmə qərarları › İş №2(022)-141/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-141/2024

13.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-141/2024 13.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «YeloBank» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «YeloBank» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit üzrə 10896 (on min səkkiz yüz doxsan altı) manat 96 (doxsan altı) qəpik əsas borc, 583 (beş yüz səksən üç) manat 97 (doxsan yeddi) qəpik faiz borcu və 37 (otuz yeddi) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, ümumilikdə cəmi 11518 (on bir min beş yüz on səkkiz) manat 01 (sıfır bir) qəpik məbləğində borcun və 124 (yüz iyirmi dörd) manat 55 (əlli beş) qəpik ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASCdən illik 21 faizlə 48 ay müddətinə 17500 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.2023-cü il noyabrın 17-dək Cavabdeh banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10896.96 AZN əsas borc, 583.97 AZN faiz borcu və 148.3 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 11629.23 AZN borcu vardır. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 148.3 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 37.08 AZN məbləğində tələb olunur.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Sonda iddiaçının nümayəndəsi X2 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh kreditdən istifadəyə görə illik 21 faiz ödəməsi şərti ilə 48 ay müddətinə 17500 manat məbləğdə kredit vermişdir. İş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-dən 3000 manat və 14500 manat məbləğdə pul vəsaitini qəbul etmişdir. İşdə olan «YeloBank» açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçıya borcu əsas borc qismində 10896 (on min səkkiz yüz doxsan altı) manat 96 (doxsan altı) qəpik əsas borc, 583 (beş yüz səksən üç) manat 97 (doxsan yeddi) qəpik faiz borcu və 37 (otuz yeddi) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, ümumilikdə cəmi 11518 (on bir min beş yüz on səkkiz) manat 01 (sıfır bir) qəpik məbləğdə təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 10896 (on min səkkiz yüz doxsan altı) manat 96 (doxsan altı) qəpik əsas borc, 583 (beş yüz səksən üç) manat 97 (doxsan yeddi) qəpik faiz borcu və 37 (otuz yeddi) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, ümumilikdə cəmi 11518 (on bir min beş yüz on səkkiz) manat 01 (sıfır bir) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cü maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh «YeloBank» açıq səhmdar cəmiyyətinin qarşısında ödənilməmiş əsas borc qismində 10896 (on min səkkiz yüz doxsan altı) manat 96 (doxsan altı) qəpik əsas borc, 583 (beş yüz səksən üç) manat 97 (doxsan yeddi) qəpik faiz borcu və 37 (otuz yeddi) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, ümumilikdə cəmi 11518 (on bir min beş yüz on səkkiz) manat 01 (sıfır bir) qəpik məbləğdə pul vəsaiti cavabdehdən «YeloBank» açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (yüz iyirmi dörd) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti cavabdehdən müştərək qaydada «YeloBank» açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «YeloBank» açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc qismində 10896 (on min səkkiz yüz doxsan altı) manat 96 (doxsan altı) qəpik əsas borc, 583 (beş yüz səksən üç) manat 97 (doxsan yeddi) qəpik faiz borcu və 37 (otuz yeddi) manat 08 (sıfır səkkiz) qəpik cərimə borcu, ümumilikdə cəmi 11518 (on bir min beş yüz on səkkiz) manat 01 (sıfır bir) qəpik, habelə ödənilmiş dövlət rüsumuna xərclənmiş pul vəsaitinin əvəzi qismində 124 (yüz iyirmi dörd) manat 55 (əlli beş) qəpik məbləğdə pul vəsaiti tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar