Məhkəmə qərarları › İş №2(022)-142/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-142/2024

29.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-142/2024 29.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərə görə pul tələbinə dair mülki işə Biləsuvar Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərə görə 7400 manat, dövlət rüsumuna görə 96 manat, hüquqi yardıma görə vəkilin hesabına ödənilmiş 200 manatın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində “Kia Rio” minik markalı, 99 VB-418 dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobildən istifadə etmək üçün xx.xx.2023-cü il tarixdə 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixə qədər olan müddət üçün Cavabdeh elektron qaydada etibarnamə vermişdir. Cavabdeh həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul idi. 26 iyul 2023-cü il tarixdə saat 06.00 radələrində Bakı şəhəri Xətai rayonu, A.Cəlilov küçəsi ilə F.Bayramov küçələrinin kəsişməsində həmin avtomobillə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avbtomobil yolun kənarında yerləşdirilmiş reklam dirəyinə çırpılmış, sərnişinlər X5, X6, X1, X4 xəsarət almış və avtomobilə 7400 manat məbləğində zərər dəymişdir. Buna görə də Cavabdeh Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)-3333/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. Avtomobilə zərər dəyməsi barədə tərtib edilmiş “akt arayış”la təsdiq olunur ki, həqiqətən mülkiyyətində “Kia Rio” minik markalı, 99 VB-418 dövlət qeydiyyat nişanlı avtomobilə 7400 manat zərər dəymişdir. Həmin zərəri dəfələrlə Cavabdeh tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək abtomobili təmir etdirməkdən və ya zərəri ödəməkdən boyun qaçırmışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq göndərilərək 10 gün müddətində ziyanı ödəmək təklif edilmişdir. Lakin o, xəbərdarlığı alsa da, ziyanı hazırkı vaxta qədər ödəməmişdir. Buna görə də məhkəməyə müraciət etməyə zərurət yaranmışdır. Qanunun tələbi baxımından məhkəmənin qərarına əsasən Cavabdeh qanunazidd hərəkəti nəticəsində mülkiyyətində olan “Kia Rio” minik markalı 99 VB-418 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 7400 manat' zərər Cavabdeh alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-3333/2023 saylı qərarından görünür ki, Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 300 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan akt-arayışda **-VB-*** dövlət nömrə nişanlı KİA RİO markalı avtomobilə ümumilikdə 7400 manat ziyan dəydiyi göstərilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəməə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli № 9/2332 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Fiziki Şəxs X2 **********” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2006-cı il buraxılışlı, mühərrik həcmi 1493 sm3, “Kia” markalı, “Rio” model, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6280,00 manat müəyyən edilir. O cümlədən: -dəyişilməli hissələrin qiyməti - 4555,00 manat; -təmir- bərpa işlərinin qiyməti - 1725,00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə ,huququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər ,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı avtomaşınına 6280 manat dəyərində maddi zərər vurmuşdur. Ona görə də qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomaşına vurulmuş maddi zərərə görə 6280 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunanlara əsasən və MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6280 (altı min iki yüz səksən) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 82 (səksən iki) manat 80 (səksən) qəpik və vəkilin hüquqi yardımına görə 100 (yüz) manat pul alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının aparılmasına görə Cavabdeh 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar